Sevdiyi qadın ona xəyanət etmişdi, qəzəbli idi. uşaq
yaşlarında zorlanan imperator dünyadan necə qisas aldısa o da belə vəhşi şəkildə
intiqam almaq istəyirdi. Mexikoda doğulmuş, orada böyümüşdü. gözəl qaməti,
yaraşıqlı siması, seksual bədəni vardı. Əlləri hamar və ağappaq idi. Brend
ayaqqabılar geyinərdi. Qadınların ən çox diqqət etdiyi iki əsas məsələ, kişinin
əlləri və ayaqqabıları. Şəhərləri gəzir, qadınların pulları hesabına yaşayırdı,
bütün alfonslar ilk tanışlığa kədərli eşq əhvalatıyla başlar, ya da uşaqlıq illərində
yaşadığı çətinliklər, gənclik məhrumiyyətləri əsas söhbət mövzusu olar.
Alfonslar qadından sevgi yox, mərhəmətlə verilən bəxşişləri tələb edər. Amma bəzən
yaşlı qadınlara xidmət göstərəndə əsəbləri korlanar, peşələrinə görə nifrət edərlər
özlərinə. Amma nə qədər ki pul var, hər şey satılacaq, alınacaq. Məşhur filmdə deyildiyi kimi. İnsanlar 3
qrupa bölünür , satanlar, alanlar və satılanlar.
Bəzən gənc xanımlar da düşürdü bəxtinə, belə hallarda təəccüblənərdi.
Axı bu qızlarla yatmağı çox kişi arzulayar. Amma bunun da müxtəlif səbəbləri
var, Alfonslar əsla utanmaz, komplekslərdən uzaq olar, Sirr saxlamağı
bacararlar. Erotika dərslərində peşəkardırlar, bədənlər qovuşmadan təkcə əlləri ilə gözəl sevişərlər,
qadını orqazma çatdırarlar. Alfonsların bədən və beyin dilləri eyni sözləri danışar. Onlar dünyanın gerçək
simalarıdır.
Garsiya Ernandes ölkələri
gəzərək alfonsluq fəaliyyətini davam etdirirdi. Eşitmişdi ki, Bakı adlı şəhərdə
transları, homoseksualları təhqir edir, alçaldır və hətta ya öldürür, ya da
özünü öldürmə həddinə çatdırırlar. Ölümlə oynamaq Ernandes üçün xüsusi
adrenalin idi. Böyük həvəslə Bakıya gəldi. İşləri yaxşı alınmadı. Çünki Azərbaycanda
alfons fəaliyyətinə elə də kəskin ehtiyac olmur. Yalnız ərləri impotent olanlar
onun xidmətindən istifadə edirdilər. Anatomiya müəllimi orta məktəb illərində
Ernandesdən soruşmuşdu, insan bədənində o nədirki, 7 saniyəyə qalxır,
Ernandes cinsi orqan deyə cavab vermişdi, Müəllimi qulağını
burmuş və demişdi:
- Qan təzyiqi
Ernandes, qan təzyiqi.
Səni sevən insana sevgi əvəzinə mərhəmət göstərmək onu öldürmək
deyil, ruhunu sındırmaqdır, insanı
öldürmək olar, amma ruhunu alçaltmaq vəhşilikdir. Ernandes mərhəmətli insan idi,
amma peşəkar alfons olduğuna görə təmənnaslz iş görmürdü. Azərbaycan haqqında fərqli
məlumatlara malik idi, amma düşüncələrində yanıldığını dərk etdi. Cəmiyyət
intelektual olmağı bacarmadan "Avropalaşırdı ". bu süni xəstəlik
özünü incəsənətdən, mədəniyyətdən, intelektual sahələrdən başqa hər şeydə göstərirdi.
Dünyanın ən əxlaqsız
yazarı sayılan Markis De Sad bakirə qızla sevişmək üçün qıza deyir:
- Valideynlərindən
icazə al,özümü səni zorlamış kimi hiss etməyim.
intelektuallıq insandan eleqant olmağı tələb edir. Ernandes
sivil, savadlı insan idi. Düşünürdü ki, tez- tez sevişməsən dünyanın nizamını
itirərsən, qadının sevişmə istəyinin olub- olmaması kavalerinin baxışlarından,
vücud dilinin danışığından asılıdır. O anladı ki, Azərbaycan qadınları vəhşi seksi
romantik, nəzakətli əlaqədən daha üstün hesab edirlər.
Hər kişinin ruhunda bir qadın ağlayır, hər qadının ruhundasa
ömür boyu nə olduğunu kəşf edə bilməzsən.. qadınlar sərhədsiz dərəcədə sirlidilər,
təhtəlşüurlarını heç zaman oxumaq olmur. və bu yaxınlarda bir həqiqəti kəşf
etdim ki, ötəri münasibətləri qadınlar kişilərdən daha çox arzulayır. Bakıda
cəmi bir müştərisi oldu. Əri impotent olaN vəzifəli bir qadın alfonsun xidmətlərindən
həvəslə istifadə etdi. Ernandes də narazı deyildi, qadın yaşlı olsa da pul xərcləməyi
sevirdi. Lakin bədənin intim yerləri tüklü olduğundan Mexikolu alfons bəzən
hirslənirdi.
Qadın
insanların bu hadisələrdən xəbər
tutacağından , nüfuzunu itirəcəyindən
qorxdu. Və Mexikolu alfons sadəcə “ yox ” oldu. Hələ də yaşadığı ya öldüyü bilinmir.
Mexikolu alfonsun Bakı macəraları beləcə sona çatdı, bu şəhər taleyinə meydan
oxuyan qisasçı insanları sevmir.
Nicat Həşimzadə
Hiç yorum yok:
Yorum Gönder