Arzuların ölümsüzlüyü məlum olanda məchulluğun dərk
edilmə sahəsi azalır. 12 yaşlı qızın baxışlarından dünyaya nifrət
oxunur. Uşaqlar evində yaşayır, ana nəvazişinə ehtiyac duyur. Qız zorlanma hadisəsindən xəbərsizdir. Uşaqlar
evinin müdiri kimsəsizlərin hesabına mədəsini böyüdərək vicdanını pəhrizdə
saxlayır .
Atası şeyx
olub, siğəni Tanrının hökmü hesab edir, kəbindən sonra ehtirasın zirvəsinə
çatırdı. Övladlarının sayını unutmuşdu. Avropaya səyahət edər, şeyx olduğunu
unudar, qadınları məhəbbət rəqsinə dəvət etmədən dərhal yatağa atmaqdan həzz
alardı. Saqqalı kişi qadın üçbucağında dünya həqiqətini axtararaq zülmətdə
uyuyardı . Erməni konyakı ən çox sevdiyi içki növü idi. Qadın Həvva qədər hikkəli
olsa da, Elledalı Yelena qədər günahsızdır. Savadsızlığı onu zindana qədər
qovmuşdu. Cadugər qadın ona söyləmişdi
ki, şeyxin iradəsinə tabe olmamaq Tanrının lənətinə səbəb olmaq qədər
qorxuludur. Qadın kəbini şeyxin deyil, Tanrının hökmü hesab edirdi. Etiraz etmək
iqtidarında deyildi. Zifaf gecəsində şeyx qadına söyləmişdi :
- Mənim qadınım olmağı seçməklə cənnəti qazandın. Mənə
bir oğul ver, əzizim. Şeyx günah toxumlarını müqəddəs bətinə tökəndə yeni bir
oğulun deyil, qız övladının əsası qoyuldu. 9 ay sonra dünyaya qız övladı gəldi.
Şeyx qəzəbləndi , bəlkə də 20 – dən çox qızı var idi. Dəqiq sayı bilmirdi. Ona
qız övladı bəxş edən qadınları eyni bəhanə ilə boşamışdı. Pula hədsiz ehtiyac
duyan kişilərə tapşırıq verirdi.
- İcazə verirəm, mənim qadınımı zorla, səni qızıla
tutaram, yetər ki, boşanım.
Və beləcə şeyx azadlıq əldə edərdi. Qızın anasını
orta yaşlı bir kişi zorlamaq istəyəndə qadın müqavimət göstərmiş, güldanı
kişinin başında partlatmışdı. Sonra zindan həyatı yaşamalı oldu. Şeyx isə qadın
ovunu davam etdirirdi. Şəhərdə söhbət dolaşırdı ki, bir qadın müğənni onun xəzinəsinin
dadını gördükdən sonra xeyli məşhurluq qazanıb. Həmin gənc müğənni də müsahibə
vermişdi :
- Cavanlarda
enerji yoxdur, qadını doydura bilmirlər, nə varsa qocalarda var.
Qadın həbsxana həyatına alışa bilmirdi. 12 yaşlı
qız anasına yazdığı sonuncu məktubun məzmunu təxminən belə idi :
Salam, ana. Necəsən ? Mənə görə narahat olma , hər şey
yaxşıdır. Tərbiyəçilər bizə yaxşı baxırlar ( anasının narahat olmaması üçün belə
yazıb ) . Dərslərimi yaxşı oxuyuram. Ana , keçən həftə eşitdim, tərbiyəçilər öz
aralarında söhbət edirdilər ki, həbsxanalardakı qadınları fahişəlik etməyə məcbur
edirlər. Fahişəlik nə deməkdir ? Ana, məktəbdə bir oğlan mənə bicbala dedi .
Amma heç nə başa düşmədim. Bicbala nə sözdür ki ? Mənası nədir ? Darıxma ana,
biz görüşəcəyik. Tanrı müqəddəsdir, mən onun ədalətinə, hökmünün qüdrətinə
inanıram. Bağışla ana, məktubu bitirirəm . İndi müəlliməmiz gələcək. İstəmirəm
sənə yazdıqlarımı kimsə görsün. Sağ ol, ana. Özünə yaxşı bax. ( Kağızda göz
yaşlarının ləkəsi var idi )
Məktub sahibəsinə yetişmədi. Fahişəliyə məcbur edilən
qadın qızının ləyaqətini düşündüyünə görə intihar etmişdi. Qız heç zaman bilmədi ki, atası ölkənin ən nüfuzlu
insanlarından biridir. Ömrü boyu atasının güldanla endirilən zərbədən sonra
ölmüş kişi olduğuna inandı.
Şeyxin “müdrik”
arzuları, “Tanrı sevigisi ”əsasında bu qız, kimsəsiz qalan sonuncu qız
olmayacaqdı. Bir neçə ildən sonra şeyx də
həyatla vidalaşdı. Cümə axşamı mərasimində avara bir gənc molladan soruşdu :
- Molla əmi, qiyamət günü olacaq ?
- Bəli, oğlum olacaq.
- Molla əmi, qiyamət günü ölülər diriləcək ?
- hə, oğlum .
-Molla əmi, bəs şeyx də diriləcək.
- Bəli , diriləcək.
- Eh , molla əmi, bax, gördün ki, Tanrıya inanmamaqda haqlıyam . .
Hiç yorum yok:
Yorum Gönder