Tüpürəsən hər şeyə,
gedəsən bilmədiyin yerə,
Çıxasan göyə, enməyəsən bir də.
Tanrının qadınını sevəsən,
Hər ikisini aldadasan.
Əzablarının heyfini çıxasan,
Yalnız özünün yox, bəşəriyyətin
qisasını alasan.
Tanrıya deyəsən, materiyadan gözünü çək,
Bəşər övladı daha inanmır,
öz oğluna qıyan Varlığa .
Müqəddəs ruhun toxumları
hələ o zaman günah şərqisi oxuyurdu.
Elə o gündən məsum insan
həsrət qalıb bir udumluq sevincə,
Elə o gündən insan arzuları
beşikdəcə boğulur,
nakam eşqin bakirə qalan cismini
ləkələnmiş ruh lənətləyir
Elə o gündən
Ömürlər yuyulur savaş qanlarıyla
Çıxasan göyə, enməyəsən bir də.
Tanrının qadınını sevəsən,
Hər ikisini aldadasan.
Əzablarının heyfini çıxasan,
Yalnız özünün yox, bəşəriyyətin
qisasını alasan.
Tanrıya deyəsən, materiyadan gözünü çək,
Bəşər övladı daha inanmır,
öz oğluna qıyan Varlığa .
Müqəddəs ruhun toxumları
hələ o zaman günah şərqisi oxuyurdu.
Elə o gündən məsum insan
həsrət qalıb bir udumluq sevincə,
Elə o gündən insan arzuları
beşikdəcə boğulur,
nakam eşqin bakirə qalan cismini
ləkələnmiş ruh lənətləyir
Elə o gündən
Ömürlər yuyulur savaş qanlarıyla
Yalan bətnindəki həqiqət
Kainatın hər zərrəsində
bir həqiqət bir yalanın bətnindən doğulub.
aclıqdan ölən körpənin ümidsizliyindən
yoğrulub ən acı həqiqət.
Nifrət gülləsindən ölən əsgərin
dul qadını boğub gerçəkləri.
bütün nifrətlərin səbəbi zənginlik arzusu ,
sevgilərin özəyisə vəhşi ehtiras,
Kainatın hər zərrəsində bir kiçicik ümid var,
o ümid savaş sözünü bilməyən
körpənin həyat eşqidir.
atam niyə öldü sualını sora bilməyən
lal qız uşağının Tanrıya inamıdır.
Övlad qatillərinin bağışlanma arzusudur o ümid.
kainatın hər zərrəsində min ölüm əvəzində
ölümlərin səbəbi tək
bir mənasız həyat var.
bir həqiqət bir yalanın bətnindən doğulub.
aclıqdan ölən körpənin ümidsizliyindən
yoğrulub ən acı həqiqət.
Nifrət gülləsindən ölən əsgərin
dul qadını boğub gerçəkləri.
bütün nifrətlərin səbəbi zənginlik arzusu ,
sevgilərin özəyisə vəhşi ehtiras,
Kainatın hər zərrəsində bir kiçicik ümid var,
o ümid savaş sözünü bilməyən
körpənin həyat eşqidir.
atam niyə öldü sualını sora bilməyən
lal qız uşağının Tanrıya inamıdır.
Övlad qatillərinin bağışlanma arzusudur o ümid.
kainatın hər zərrəsində min ölüm əvəzində
ölümlərin səbəbi tək
bir mənasız həyat var.
nişan tarixin qocaldıqca.
qızının doğum günündə
ümidisizliyimin 10 yaşı oldu.
ərli qadını sevmək,
qovuşmağa ümid etmək,
keçəl qızın hörüklərini
sığallamağa bənzəyir.
yazdığın son məktubda
dodaq boyasıyla, vida busəsinin
izini xatirə qoymuşdun.
yemlədiyimiz göyərçinlər
çürək qırıntılarını udmaqla
məni yadlaşdırdı gözündə.
xəyallarımızı aparır,
Xəzərin neftindən bezən qağayılar.
və gəmilər üzür nəhayətsizliyə
bir xatirəlik səadət tapmaq üçün.
Tənhalığım qocalır,
sevgilərim köhnəldikcə
barmağındakı üzükdən,
nigah sənədindən daha çox,
dəyişilən saç düzümün,
ərli qadın olduğunu xatırladır.
Yalqızlığımı yadıma salır.
arzularım tükənir,
sən ruhumda qaldıqca ,
hər gün bir az ölürəm,
hər gün bir az içirəm,
sərxoş olur,
dəli kimi gülürəm.
Tanrıdan küsürəm,
bəzən qarğış edirəm.
qaranlıq otağımda
gəlirəm , gedirəm,
bir az deyinirəm,
Tənhalığım qocalır,
sevgisizliyim köhnəlir,
həyat eşqim tükənir,
köçəri quşlar aparır ömrümü
bahar nəğməsi oxunan ellərə..
Hiç yorum yok:
Yorum Gönder