Məzar daşları oğurlayıb
satdığı ehtimal edilsə də
şübhələr əsassız qaldı.
Kolumbiyanın Medellin şəhəri narkotik ocağına çevrilmişdi. Narkobaronların
silahlı toqquşmaları şəhər əhalisini təşvişə salırdı. Pablo Vaskes gənclik dövründə maşın oğurluqları edərək ilk
cinayətlərini edirdi. Az qazanclı oğurluqlar onu qane etmədiyindən 1970 – ci illərdə narkotik biznesinə qoşuldu.
Etdiyi uğurlu oğurluqlar onu cinayət aləmində məşhur simaya çevirdi. Baron ona
yeni vəzifə təklif etdi. Kokainin küçə satışına o rəhbərlik edəcəkdi.
Yaratdığı yeni üsula görə kokain şəhərin
ən kiçik mağazalarında şokalad qutularında satılacaqdı.
31 Aralık 2014 Çarşamba
Kokain kralının həyat eşqi ( hekayə )
Qüsursuz fəaliyyətinə görə onu Medelinin ən nüfuzlu narkotik satıcısı Felipenin səfiri təyin etdilər . Kolumbiyada hüquq- mühafizə orqanları zəngin ailələrin törətdiyi cinayətlərə göz yumurdu. Qanunun hökmü yaşamaqdan daha üstün deyil. O, iş təcrübəsini zənginləşdirdikdən sonra Felipe əhəmiyyətsiz insana olmuşdu . Bütün tərəfdaşları Felipeni unutmuş, Pabloyla iş birliyi qurmuşdular. Sərt üz cizgiləri, nifrət dolu baxışları ilə dünyaya meydan oxuyan Vaskes şərikinə nifrət edirdi. Ən zəngin narkobaron onun sifarişi nəticəsində güllələnərək öldürüldü. Nəticədə Vaskes Kolumbiyada olan bütün narkotik ticarətinin şəriksiz liderinə çevrildi. Daha sonra ABŞ – a narkotik ixrac etdi . Satılan məhsuldan əldə edilən gəlirin 70 % - i mübahisəsiz olaraq onun hesabına yazılırdı. Latın Amerikası ölkələri hər zaman narkotik istifadəsinə və satışına qarşı göstərdiyi liberal münasibətlə fərqlənirlər. Nəticədə ən qüdrətli narkobaronlar bu ölkələrin iş adamları olurdu. Pablo biznesini genişləndirərək hakimiyyətdə rəhbər vəziləfələrdən birinə sahib oldu. Dövlət məmurları ilə xoş münasibətlər yaratmaqla öz nüfuzunu artırdı. Rəhbərlik etdiyi qruplaşma yüzlərlə insanın ölümündə günahkar bilinirdi. Lakin hakimiyyət susurdu, çünki dövlət – Pablo Vaskesin özü idi. Dünyanın ən böyük narkobaronu olsa da heç zaman spirtli içkilərdən, narkotikdən və siqaretdən istifadə etməmişdi. Bu məlumat çoxlarının simasında ikrah dolu gülüş yaratsa da gerçək idi. 80- ci illərdə artıq böyük narkotik imperiyasını yaratdı. Onun karteli gün ərzində 60 kq- a qədər narkotik satırdı. Bacısı vicdansız əməllərinə etiraz etsə də, Vaskes narkobaronluq uğurundan imtina etmirdi. Mən satmasam zatən ağ ölümü kimlərsə satacaq deyərək bacısına təsəlli verirdi. Çox qəribə haldır ki, yüzlərlə insanın ölümünə səbəb olan kokain kralı həm də xeyriyyəçiliklə məşğul olur, məktəblər, uşaq evləri tikdirirdi. Yeganə övladı Xuan Vaskes kokain aludəçisi olmuşdu . Pablonun hökmünü keçirə bilmədiyi tək insan oğlu Xuan idi. Dəfələrlə məcburi müalicəyə göndərsə də nəticələr xoşagəlməz oldu. Oğlunun bədbəxtliyinə kədərlə baxan kokain kralı məhv etdiyi gənclərin atalarını düşündü. Əzablarını dərk etmək, şərəfsizlik etməkdən daha çətindir. Amma təsəllisi dəyişməz olaraq qaldı.
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder