Cəlil Cavanşirin “ Qadın Corabları ” qeyri – adi əsərdi, detektiv və erotik , həmçinin yüngül eşq
romanlarına qarşı açıq bir savaş olmasa da bu tip əsərlərin kütləvi şəkildə oxunulmasına
etiraz motivləri var. Romandakı obrazlarla tanış olarkən anlamaq olar ki, bu qəhrəmanlar təsadüfi
deyil ( yəni müasir dövrün əksər romanlarının qəhrəmanları kimi fiqurlar deyil,
real həyatdan götürülmüş canlı obrazlardır .
Əsəri oxuyarkən daha çox bu suala cavab axtardım.
Ümumiyyətlə intihar çıxış yolu hesab oluna bilərmi ? Nəyə görə intihar çarəsizlik
kimi başa düşülür ? bunu cəsarətsizlik hesab edənlər özləri intihardan qorxacaq
qədər cəsarətsizdirlər . Romanda ifadə olunan əsas ideyaları aşağıdakı formada
qruplaşdırmaq olar .
Həyatda əbədi heç nə yoxdu və əbədi olmayan nəsnələr
uğrunda gərgin zəhmət çəkib vuruşmaq mənasızdır. ( bəlkə də bu fikir insanlarda
bədbinlik yaradacaq , bu mənada romanı tənqid etmək lazımdır )
Yaxın gələcəkdə ölkədə intihar hallarının artması
gözlənilir və bunun səbəbləri əsərdə göstərilib . Düşüncəni zorlayan, səni öz
beyinin məhsulu kimi yaradıb müəyyən qəlibə salmağa çalışan insanlar əslində səni
intihara sövq edirlər .
1.
Xurafatın
hələ də tüğyan etdiyi ölkədə ateist imanı olan şəxslərin məzarlığında dəfn
olunmaq istəmir və ya bunu cəmiyyət qəbul etmir. Lakin sonda yenə də azlıq kütləyə
tabe olmaq məcburiyyətində qalır .
2.
İntihara
cəhd edən Nicat Aslan dəfələrlə çalışsa da intihar etmir, ya tam mənada qəti qərar verə bilmir, ya da ki
yeganə məqsədi diqqət cəlb etməkdir .
3.
Baş
qəhrəman bəlli qərarlara etiraz edir, inqilabçı gəncdir , lakin sonra şəraba,
içkiyə qurşanır, qadın düşkünü olur. Bəlkə də bu Nicatın etiraz etdiyi qüvvələr
tərəfindən düşünülüb ?
4.
Psixoloqlara
nifrət etdiyimə görə Orxan obrazını məmnuniyyətlə kəsib atardım . Sanki keşiş
kimi çalışaraq tərəflər arasında sülhü bərqərar edir. Psixoloqlar həm də sözün
həqiqi mənasında psikopat olurlar, amma Orxan obrazı səbirli halda Könül kimi
intizamsız, bezdirici obrazı dinləyir. Məncə əsl ölüm elə həmin anda baş verməliydi.
5
Elxan
obrazı çox maraqlıdır, yəqin ki roman yazmaq istəməkdə yeganə məqsədi
qadınlarla tanış olmaqdır. Dindarlar bunu günah hesab edə bilərlər, lakin
untumayaq ki, təbiətin öz qanunları var, materialistlər bu həqiqətləri daha dərindən
duya bilirlər. ( yəni ki Elxan qardaşımızı yormayaq, roman yazmağında olsun )
6
Könül
- ən çox sevdiyim obrazdır, sanki bütün
dünyayla məzələnir, heç nəyi vecinə almır, fahişəlikdən həzz alır, amma məsələnin
dərininə endikdə anlamaq olur ki, Könülün taleyində cəmiyyət günahkardır. Lakin
bu obraz Orxanla danışanda sırf erotik xəyallarını paylaşır, Orxana Nicatla necə
sevişdiyini nəql edir. Bu hissə həqiqətə
çox da bənzəmir. Fahişələr əksər hallarda psixoloqlardan, ümumiyyətlə həkimlərdən
qaçırlar. Əslində Könülün Nicatı sevdiyini də qəbul etmirəm, bu, sadəcə müəllif
fantaziyasıdır. Könül sadəcə ona lazım olanları sevir . Bu mənada Könülü
romanın ən real obrazı sayıram
7
Romanda
hərbi dedavşina məsələləri əks olunub, hansı ki, ordumuzda hər zaman bu kimi məsələlər
ən aktual problem olub. Lakin Nicat hərbi xidmətdə olduğu müddətdə belə yalnız
diqqət çəkmək üçün intihara cəhd göstərib. Kitabın üstündə ona görə + 18 qoyulub ki, - 18 lər əsəri oxusalar onlar
da intihara cəhd edə bilərlər. ( mən belə düşünürəm )
8
Bəlkə də şair obrazının intiharvari sui – qəsdi
Azərbaycan cəmiyyətinin şair obrazlarına olan qeyri – etik münasibəti əks
etdirir . Hikmətin Nicata şair deyə müraciət etməsində belə alçaldıcı münasibət
var. Ümumilikdə isə bir fikir deyə bilərəm ki, istedadına hər zaman hörmət bəslədiyim
Cəlil Cavanşir bu romandan daha mükəmməlini yaza bilər.
Nicat
Həşimzadə
Hiç yorum yok:
Yorum Gönder