sonuncu viski şüşəsi boş qalanda
dünya böhranı yaşandı,
müharibə başladı,
silahlar bahalaşdı, ömürlər ucuzlaşdı.
şərabın təsirindən ayılan ilk insan
cənnət meyvəsinin qabığını çeynəyib
kapitalizmin üzünə tüpürdü .
anarxistlərin itaətsizliyindən qəzəblənən rəhbər
sadə xalqdan qisas aldı.
bəşərin azad olmuş ilk varlığı - Şeytan
insanları tabe olmamağa, üsyan edib qalib gəlməyə çağıranda
Tanrı mənəvi böhran yaşadı .
kədərli qoca təqaüd ala bilmədi insan köləliyindən .
sonuncu viski şüşəsi boş qolanda
mən ilk şeirimi yazdım,
mənim şeir yazmağımla başladı dünya böhranı
Hiç yorum yok:
Yorum Gönder