Nyutonun ümüdunya cazibə qanunu cəfəngiyyatdır, mənim
üçün sənsən cazibə qanunu. Əgər təsir əks təsirə bərabərdisə biz niyə bərabər
ola bilmirik? Dostluq və sevgi tənha
qalmaq üçündür. Əslində bu duyğunu sevgi adlandırmaq gicbəsərlik olardı. Bəzən
erotik hisslər sevgidən daha güclü olur. Bu sözləri də sadəcə ağlıma gəldiyi
üçün yazdım.
Bütün
nağıllar” biri var idi, bir yox idi “ilə başlar, mənim nağılımsa “biri yox” idi
ilə başladı. Amma yox, yadıma düşdü, bir zamanlar biri oldu. Qadın sevgilisinə
o qədər sadiq idi ki, mənimlə sevişəndə belə telefondan uzaqlaşmır, məşuquyla
mesajlaşırdı. Məşuqu bilirdi sevişdiyimizi, lakin necə deyərlər sevgi fədaakarlıq
tələb edir. Elə də tez-tez görüşmürdük, Həftədə 3 dəfə görüşür, 4 dəfə
sevişirdik, seviş rəqslərimizdən birini virtual aləmdə edirdik. Nə yaxşı ki
Zükerberq “facebook” u yaradıb. Arada müqəddəs hisslərini inboksa boşalda
bilirsən. Bunun zövqü tam fərqlidir. Küçə qadınını sevməyin xüsusi gözəllikləri
var. Məsələn onunla istədiyin pozada sevişə bilərsən. Həm də dünyaya övlad gətirmə
şansı yox idi. Belə rəzil dünyaya uşaq gətirmək
istəmirəm deyərək təsəlli tapırdı, bəzən biz insanların elə mənasız təsəllilərə
ehtiyacı olur ki..
Seksdən
doyandan sonra yataqda fəlsəfədən, Tanrının ədalətsizliyindən, dünya tarixindən,
erotik yarışmalardan danışırdıq. Ali təhsilli küçə qadınıyla yatmaq kişinin
intelektini artırır. Yataq rəqsi zamanı nostaliji hisslər yaşamağı ondan öyrəndim.
Çox zaman Bethovenin “Moon Light”
sonatasını dinləyərək klassik üslubda sevişirdi. Tez- tez təkrar edirdi, sevməyə
tələs, yoxsa ölməyə gecikərsən.
Və bir
gün, yataq otağında qadının cəsədini tapdılar. İntihar etdiyi söylənirdi.
Etmişdimi? Qadın ölümündən əvvəl aynaya dodaq boyasıyla bu sözləri yazmışdı,
dünyaya gələrkən bakirə idim, bakirə olaraq da ölürəm. Əlvida həyat və müqəddəs küçələr..
Hiç yorum yok:
Yorum Gönder