Bağışla dostum, sən intihar etmədin, səni biz öldürdük. .
Şərqin axmaq mental qaydaları onları bezdirsə də Həsənlə Əli biri-birilərini sevirdilər. Lakin amansız Şərq despotizmi onları öz hisslərini gizli saxlamağa məcbur edirdi. Cəmiyətdən qaçır, gizli görüşürdülər. Ən çox da doğma ailələrindən qorxurdular. İslam təfəkküründə eyni-cinslilərin sevgi münasibətləri qəbul olunmur, əksinə rəzillik sayılırdı. Əslində heç bir təriqət eşcinsəllik anyalışına normal münasibət bəsləmir. Bəzən Həsən halından şikayətlənərək deyinirdi: “ Əgər İslam dini insan azadlığı anlayışını qəbul edirsə, bəs hansı səbəblərə görə bizim hisslərimiz gizli qalmağa məhkumdur. Əli çox zaman onu sakitləşdirirdi: “Bütün dinlər hakim zümrələrin mənafeyi naminə yaradılıb”, Hammurapi məcəlləsindən, Drakon qanunlarından xristianlığa, islama qədər bütün qanunlar toplusu və hətta müasir dövrün konstitusiyaları belə.
Sivil ölkələrdə homoseksuallıq anlayışı normal qəbul edilsə də, Şərq hələ çox geridə qalmış, dinin gətirdiyi fanatizmə uymuş, bu səbəbə görə də intelektual cəmiyyət yarada bilməmişdi. İnsanları məscidlərə gedib ibadət etməyə sövq edən müsəlman liderləri özləri qadın alveri ilə məşğul olur, sonra da utanmadan deyirlər ki, qızlarımızı fahişə olmaqdan xilas edirik.
1970-ci illərdən indiki dövrə qədər dörd mindən çox insan homoseksualizm maddəsi ilə edam edilib. Sudan, Yəmən, Səudiyyə Ərəbistanı kimi müsəlman ölkələrində isə homoseksuallara qırmanc cəzası verilirdi. Bu fakt Şərqin insan hisslərinə olan hörmətsizliyini göstərir. Platonun düşüncələrinə görə insanlar cinsi təsnifatlara bölünməzdən əvvəl ikicinsli androginlər mövcud olub. Lakin Tanrı androginlərin nəsilartırmaq qabiliyyətinin olmadığını gördükdən sonra insanları cinslərə ayırıb. Platon həmçinin homoseksual sevginin İlahi qüvvəyə yaxınlaşacaq qədər ülvi, müqəddəs duyğu olduğunu bildirib. İntelektual ölkələrdə insanları dini, milli, irqi mənsubiyyətlərə bölmək tərbiyəsizlik sayılır.
Həsənlə Əli Suriyada yaşayırdılar. Qərar vermişdilər ki, təqiblərdən xilas olmaq üçün İsrailə qaçacaq, yeni həyata başlayacaqlar. Lakin doğma ailə üzvləri ilə vidalaşmadan ayrılmaq, onları tərk etmək çətin idi. Bunu edə bilməzdilər, sirrləri bəlli olardı. Əli bəzi anlarda düşünürdü:
- Tanrı bütün axmaq liderləri müsəlmanlar üçün yaradıb , İsrailin “uşağı” xalqı bir-birinə qırdırır. Tanrınınsa yəqin daha vacib işləri var . Peyğəmbər ümmətinin davamçıları ona söyləmişdilər ki, Tanrının cinsi yoxdur.
Keşiş böyük həvəslə kəbinlərini kəsdi. Əgər günahınız varsa da cəzanızı Tanrı verəcək, - dedi. Əslində sevindi. Dünyanın gedişi mənsub olduğu xalqın istəyinə uyğun idi. Yəhudi rahib nigah mərasimini rəsmiləşdirməkdə gənclərə kömək etdi. Uzun sürmədi xoşbəxtlikləri.
“Saqqallı qardaşlar” tərəfindən güllələndilər. Dünyanın hər yerinə qolları uzanırdı “Saqqallı qardaşların”.
Dörd əsr sonra Həsənlə Əlinin nigah tarixi “Eşcinsəllərin nigah günü ” kimi tarixə düşdü. Dünya eşcinsəlləri məhz həmin gündə izdivac qura bilərdilər . 25-ci əsr olmasına baxmayaraq bəşəriyyət hələ də özünü dərk etmirdi .
Qeyd: Hekayədəki "Saqqallı qardaşlar" şərti addır.
Hiç yorum yok:
Yorum Gönder