Mavi gəlin (hekayə) + 21
Ucqar bir dağ kəndində ən yaxın dostunu homoseksual olduğuna görə öldürdülər. Ona görə dost deyirəm ki, bilmirəm rəfiq deyim, yoxsa rəfiqə. Hərçənd ki, Azərbaycan dilinin orfoqrafiyasında rəfiq sözünə rast gəlməmişəm.
Qərara gəlmişdi ki, qisas alacaq. Qəlbi intiqam hissiylə coşurdu. Əvəllər Vaqif idi, indi Vaqifə olmuşdu. Ehtiyac belə tələb etmişdi . Bədəninin bütün əzalarını əməliyyat etdirib qadın görkəmi almışdı. Təkcə günah alətinə toxunmamışdılar. Özü istəməmişdi.
Bilənlər bilir ki, kənd cavanları vəhşi öküz kimi ehtiraslı olur. Heyvan bədəni görməkdən bezən gənclər canlı qadın bədəni arzulayırlar . Hara gedirsiz , hələ söhbətimi bitirməmişəm, inanmırsızsa rədd olun.
Amma inanın, onsuz da çox danışmayacam, təxminən 40 dəqiqə . Vaqifə tez bir zamanda fəal əməliyyatlara başladı . Elxanı yoldan çıxarmaq elə də çətin olmadı . Ehtiraslı baxışlar, erotik yeriş, gözlənilməz psixoloji təsir və vəssalam, nəticədə kişi qadının quluna çevrilir. Fəqət, Vaqifəyə tam olaraq qadın da demək olmazdı.
Oğlan hətta öpüşdükləri zaman da heç nə hiss etmirdi , hiss etmirdi deyəndə ki, əslində çox təsirli hisslər kek2çirirdi həmin an, ən vacib olanısa duymurdu . Ehtiras – Yaradılışın ən vəhşi , qarışısıalınmaz , sərhəd tanımaz duyğusu və ən nəhayət kişini qadının quluna çevirən amansız quldar. Çox zaman keçmədi , evlənmək təklifi etdi Vaqifəyə. (hə, başımı o qədər xarab elədiniz ki, Elxan haqqında danışmağı unutdum .Vaqifənin dostunu o öldürmüşdü . Kənd yerlərində homoseksuallıq, trans, heteroseksual, lezbianka kimi anlayışları heç kim bilməzdi, hətta cinsi əlaqəyə cütləşmə deyəcək qədər sadək8lövh idilər).
Gözəl məclis təşkil olundu. Toy hələ bitməmiş Elxan Vaqifənin dizlərini sığalladı, belini qucaqlamaq istəyəndə sərt bir dirsək zərbəsi aldı, səbri tükənirdi artıq. Etiraf etmək lazım ki, plan qüsursuz dərəcədə mükəmməl düşünülmüşdü . Səhvsiz də həyata keçirilirdi. Əsas məsələ qalmışdı hələ. Zifaf gecəsi başlandı, Elxan dərhal soyunmağa başladı, yengələr də gizlincə baxırdılar. Vaqifə də soyundurulmasına mane olmadı. Sonra isə müharibənin həlledici döyüşündə zəfər qazanmış döyüşçü kimi hədsiz həvəslə günah alətini Elxana göstərdi.
Hiç yorum yok:
Yorum Gönder