Gürcü ədəbiyyatından
bu zamana qədər heç bir əsər oxumamışdım. Kənan Hacının məsləhəti ilə Aka
Morçiladzenin “ Madatov adasına gediş və dönüş ” romanını oxudum. 1966 – ci ildə
anadan olan Morçiladze postsovet Gürcü ədəbiyyatının ən oxunaqlı yazarlarından
biridir. İxtisasca tarixçi olan nasir yeni nəsr üslubu yaradıb. Ssenariləri əsasında
filmlər çəkilib. Azərbaycan tarixini və coğrafiyasını yaxşı bilən Morçiladze məşhur
“ Qarabağa səyahət ” romanının müəllifidir.
“ Madatov
adasına gediş və dönüş ” romanını oxuyarkən insan fərqli düşüncələrin şahisi olur. Rəngsaz Hafo
romanın əsas qəhrəmanıdır. Sənətində əsl peşəkar olan Hafo cəmiyyət tərəfindən əxlaqsız
hesab olunur. İnsanlardan ondan şikayətlər edirlər. Hafo kişibazlıqda günahkar
bilinir. Hətta romanda elə bir məqam var ki, yeddi kişi birlikdə münasibətdə
olurlar. Rəngsaz lal oğlanı evinə gətirir. İnsanlar deyir ki, o oğlan Hafonun arvadını əvəz edir. Guya ki,
həmin uşağı Hafo qorxutmuş və bu qorxunun nəticəsində uşaq lal olmuşdu. Hafonu
sevmirlər, sevməmələri üçün yetərincə səbəbləri var. O, heç kimdən çəkinmir,
insanlara qürurla baxır. Bütün həyatı dedi – qodularla dolu olsa da heç nəyə əhəmiyyət
vermir. Bəlli bir həqiqət var ki, Hafo təkcə rəngsaz deyil, başqa işlərlə də məşğuldur
və bu işlər insanlarda nifrət duyğusu yaradır.
Romanda keşiş obrazı var. Belə ki, Hafonun etdiyi əxlaqsız
hərəkətlərə görə insanlar keşiş Zaxariya ataya şikayət edirlər. Parmeniy ağa
Zaxariya ataya söyləyir ki, Hafonun varlığı məhəlləmizin əxlaqını pozur. O ,
insanları pis yola çəkir.
Burada təriqət parçalanmasının yaratdığı gərginlik hiss olunur. Zaxariya ata kəskin qərar
verməkdə çətinlik çəkir. Çünki özü də Hafonun əməllərindən çəkinir. Keşiş
Hafonu görmək üçün evinə yollanır, lakin tapa bilmir, sonra Hafo özü kilsəyə gəlir.
Keşiş isə onu kilsəyə qəbul etmək ismətir. Acıqlanır ki, sənin dinin, fikirlərin
məlum deyil. Əsərin bu hissəsini oxuduğum zaman Kamyunun “ Yad ” povestini xatırladım.
Hafo ilə Zaxariya atanın dialoqu ilə Mersonun keşişlə söhbəti arasında oxşarlıq
var. Hafo da Merso kimi dinə qarşı etinasız münasibət göstərir. Keşişlərələ
söhbətdə onlarla məzələnirlər. Hafo keşişə deyir :
- Sənə nə
lazımdır ? Çörəyimi çətinliklə qazanıram, vəssalam.
Zaxariya atasa öz – özünə danışır, nə zavallı
adamdır, öz dinini də bilmir. Zakariya atanın müəmmalı ölümü romana olan
marağımı daha çox artırdı. Araşdırma aparılsa da keşişin ölümünü təsadüfi bədbəxt hadisə
adlandıraraq istintaqa son qoyuldu.
Halfo general Şavişvilinin evindən qiymətli əşyaları
oğurlamaqda günahkar bilinir. Onun ölümü vəziyyəti daha da çətinləşdirir. Kim
idi onu öldürən, məqsədi nə idi ? İstintaq prosesi polkovnik Korqanova həvale
edilir. O Korqanov ki, uzun müddət heç bir uğur qazanmayıb, yüksək nailiyyəti
yoxdur. Təhmətlərlə rastlaşır. Bəs bu cinayətin istintaq prosesinin ona
tapşırılmasında səbəb nədir ? Qatil tapılırmı ? Bu suallara cavab tapmaq üçün
romanı oxumaq lazımdır .
Nicat Həşimzadə
Hiç yorum yok:
Yorum Gönder