Rafiq Tağı unudulmaz yazıçı olmağa layiq yazıçıdır. Bunu inkar
etmək ağılsızlıq olar. Qan Turalının “ Doquz hekayə
” kitabını Rafiq Tağıya ithaf etməsi
sevindirici haldır. Kitabı oxudum. Hər bir hekayə haqqında fikirlərimi yazıram.
“ O qız və o
oğlanın hekayəsi ” mental dəyərlərin sınmaz stereotiplərə çevrilməsi tənqid
olunur. Sevil kədərli obrazdır. Qızların zorlanma xəbərlərini tez – tez eşidirik.
Və həmin qızlar Sevil kimi onları alçaldan, təhqir edən oğlanla məcburən ailə
qurmalı olurlar. Çox acınacaqlı haldır. Bu fikri birdəfəlik məhv etmək
lazımdır. Vonnehutun Rüstəm Behrudiyə bənzədilməsi çox uğurlu alınıb. Ən çox
bəyəndiyim məsələ hekayənin dialoq formasında qurulmasıdır.
“ Şahmat məktəbinin direktoru ” hekayəsində baş verənlər
aktual olaraq qalmaqdadır. Mən belə anladım ki, məktəb direktorlarının
savadsızlığı tənqid olunur. Lakin məktəb direktorunun hansı məqsədə xidmət
etdiyi sonradan aydın olur. Uşağın məsum düşüncələri mənə saf uşaqlıq xəyallarımı
xatırlatdı. Hekayədə axıcı təhkiyəni dəyərləndirmək lazımdır.
“ Şaxta babanın qətli ” hekayəsini oxumuşdum. Təkrar
yenə oxudum. Rusiyaya gedib müxtəlif hoqqalardan çıxan kişilər yaramaz
adamların sözlərinə aldanıb öz qadınlarını səbəb olmadan qısqanır, ailədə
mübahisələr yaradırlar, bəzənsə bu məsələlər qətlə qədər gəlib çıxır. Nailə
uşaqları ilə parka gedib Şaxta Babayla şəkil çəkdirir. Bu şəkildən iki ədəd
çıxartdırır, birini özündə saxlayır, dgərinisə məktubla birgə ərinə göndərir.
Ər də dost tanışının atmacalarına
inanır, arvadını qısqanır və sonra faciə törədir.
“ Bir – birini sevməkdən qorxan iki adamın hekayəsi
” yaxşı alınıb. Amma dialoq çoxdur və həddən
artıq fəlsəfidir. Gözünün önündə baş verən real hadisələri qoyub səmalarda
mövzu axtaran yazıçıların tənqidini gördüm. Çexovla bağlı söhbəti bəyəndim.
Yumoristik səhnədir və uğurlu alınıb.
“ Darıxanlar ” hekayəsində ağır sosial həyat şəraiti
tənqid olunur. Müəllimlərin gərgin durumlara düşməsindən bəhs olunur. Darıxan
iki yoldaşın dialoqunda maraqlı məsələlərdən söhbət açılır. Amma etiraf edim
ki, bu hekayəni digərləri kimi çox da bəyənmədim.
“ Kafka” hekayəsini bəyəndim, əla alınıb. Şablon
sağlıqlardan uzaqlaşma qistəyən dostlar unikal sağlıqlara üstünlük verir və
nostaliji anlar yaşayırlar.
“ Çılğınlar ” hekayəsində obrazların qeyri – adi hərəkətləri
məni də cuşa gətirdi. Uğurlu alınıb. Səmimi, kopmlekssiz obrazları sevdiyimdən
bu hekayəni sevdim.
Kitabda ən çox sevdiyim əsər “ Füzulinin qayıdışı ”
oldu. İnsanı düşünməyə məcbur edir. Bir anlıq inanmaq istəyirsən ki, həqiqətən
də heykəl canlı varlığa çevrilib şəhəri dolaşa bilər. Füzulinin şair yoldaşları
ilə söhbətində dövrümüzün bir çox hadisələrinə etiraz amillərini görmək olur.
Şairlər müxtəlif dpvrlərdə yaşamalarına baxmayaraq görüşləri alınır və söhbətləşirlər.
Qan Turalının dialoq qurma bacarığınl qiymətləndirmək lazımdır. Bəzən dialoqlar
da , dedi, söylədi, ifadə etdi kimi sözlər görəndə insan istər – istəməz əsəbiləşir.
Füzulinin polislərlə söhbətində bir məsələ məni düşündürdü. Azərbaycan polisləri
ümumiyyətlə şeir bilirlərmi, Füzulini tanıyırlarmı, ondan heç olmasa 1 – 2 beytlik
nəsə əzbər öyrəniblərmi ? Maraqlı əsərdi, oxumağa dəyər. Nə zamansa bu kitabı
yenidən oxusam ilk öncə bu əsərdən başlayacam.
“ Prokurorun 3 günü ” əsəri mənim üslubuma yaxın
olmadığı üçün çox da zövq almadım. Ancaq aspirantın ölümü və bu ölümün müəyyən
səbəblərlə əlaqələndirilməsi , həmçinin kodlardakı rəqəmlərin istintaqı həyata
keçirən prokurorun həyatı ilə bağlandırılması çox yaxşı alınıb. Xüsusən də bu ölümün
intihar kimi düşünülməsi də maraqlıdır. Firudin bəy Köçərlini öldürənlər bu
ölümə görə də günahkar hesab olunurlar.
Qan Turalı haqqında tənqidi məqalə yazdıqdan sonra
çoxları bəlkə də onun kitabını oxuduğuma və haqqında yazı yazdığıa inana bilməyəcəklər,
amma şəxsi munasibətləri yaradıcılığa qarışdırmağı sevmirəm. Çünki müəllif həqiqətən
də istedadlıdır, bunu danmaq olmaz.
Nicat Həşimzadə
Hiç yorum yok:
Yorum Gönder