Əsl adı Erik Artur Bleyer . Dünya ədəbiyyatında isə Corc Oruel imzası
ilə tanınır. 1903-cü il iyunun 25-də
Hindistanın Motixari şəhərində doğulub. 1 yaşı olarkən ailəsi Londona köçür. İlk
hekayələrini tələbəlik illərində yazıb və bu hekayələrə görə heç bir uğur
qazanmayıb. İspaniyada vətəndaş müharibəsi baş verəndə ideyalarına görə solçu
olan Oruel qəzet müxbiri kimi İspaniyaya yollanır və partizan dəstəsində
vuruşur. Gizli polis agentləri tərəfindən təqib olunduğunu bildiyinə görə Londona
qayıdır.
Oruell məşhur "Heyvanıstan" əsərini 1943 – cü ildə yazır. 1945 – ci ildə çap olunan əsər kütlə tərəfindən
maraqla qəbul olunur. Bu əsərdən sonra müəllif məşhurlaşır. “ Heyvanıstan ” əsərində Romanda sovet dövlətinin lideri İosif
Stalinin proobrazı yaradılıb. Napoelon Stalinin ümumiləşdirilmiş
obrazıdır. Snouboll Trotskinin bədiiləşdirilmiş əksidir. Lakin çox maraqlı məqam
var. Snouboll Napoelon tərəfindən fermadan – Heyvanıstandan qovulur. Əsəri çox
bəyəndim. Amma başa düşməkdə çətinlik çəkdim. Tərcüməçi Vilayət Quliyevin ön
sözünü bir neçə dəfə təkrarən oxudum. Əsəri ümumi qəbul edərkən anlamaq daha
asan olur. Obrazların hansı tarixi şəxsiyyəti canlandırmasını araşdırarkən
beyin yorulur, romanı anlamaq çətinləşir. Konkret olaraq birmənalı şəkildə
hansl obrazın hansı tarixi şəxsiyyəti ifadə etməsini söyləmək çətindir. Mən əsərdən
ümumi anladığım hadisələri sizə demək istəyirəm. Heyvanıstan əsəri hələ də
aktual olaraq qalır, çünki əsərdə baş verən hadisələr əksər ölkələrdə yaşanır.
Corc Oruel əsərlərində totalitarizmi kəskin tənqid edir. Müasir Azərbaycanda da
ideya baxımından Oruelin davamçılarını görmək olar. Oruel ictimai fikrin
davamçısı hesab olunurdu. Bu, təsadüfi məsələ deyildi.
Əsərin sujet xətti
çox maraqlıdır. Fermaya cons rəhbərlik edir. Heyvanlar onun inzibati idarəçiliyindən
bezirlər, biganə münasibətə etiraz edirlər, üsyana qalxırlar. Vilayət müəllimin
ön sözünə inanaraq deyə bilərəm ki, Qoca Mayor obrazı Leninin və ya Marksın
obrazıdır. Mayor heyvanları inqilab etməyə çağırır, heyvanların söhbətində
Consun necə ədalətsiz qərarlar verdiyinin şahidi oluruq. Mayorun heyvanlara dediyi bu sözlər çox
maraqlıdır :
- İnsana
qarşı mübarizə apararkən biz heç vəchlə özümüzü ona bənzətməyə çalışmamalıyıq.
Hətta mübarizə qələbə ilə başa çatandan sonra da insanın həyat tərzini qəbul
etməyin.
Minimus obrazı
ehtimallara görə Maksim Qorkini ifadə edir. Maksim Qorkinin Stalinə şeir həsr
edib etmədiyini dəqiq bilmirəm. Romanda liderlərə şeir həsr edən saxtakar şairlər,
rejim qullar tənqid olunur, daha səmimi desəm Oruel onlarla məzələnir.
Yazıçı Marks və
Lenin ideyalarını qəbul etmir, Marksın ideyalarını qəbul etmədiyindən qəti şəkildə
əmin olmaq olmaz. Çünki Oruel də ideya baxımından sosial bərabərliyi dəstəkləyirdi.
Amma Leninçi marksizmə qarşı etiraz etdiyini əminliklə demək olar.
Napoelonun
heyvanlara qarşı törətdiyi qanlı əməllər 37 – ci il repressiyalarına işarədir.
Heyvanların apardığı azadlıq mübarizəsi qələbə ilə nəticələnir, öz istəyinə
çatan heyvanlar sevinərək “ Malikanə ferması ” sözlərini silib, yerinə
Heyvanıstan ferması yazırlar. Napoelon Snoubollu tənbəllikdə təqsirkar bilir,
ona qarşı ədalətsiz davranır. Hiss olunur ki, o, yeganə ağa olmaq istəyir.
Heyvanlara onlara məcburən əzbərlədilən şüarları hər yerdə yüksək səslə oxuyurlar.
Aldadıqlarının fərqinə varmırlar, lakin romanın sonunda biz heyvanların
apardığı mübarizə nəticəsində ağalığı ələ keçirən obrazın Consdan daha təhlükəli
idarəçi olduğunu görürük.
Napoelonun əlamətdar günləri atəşfəşanlıqla keçirilir.
Artıq ona yoldaş Napoleon deyərək müraciət edirlər. Bu hissələrdə şəxsiyyətə pərəstiş
tənqid olunur.
Minimusun “ Yoldaş
Napoelon ” şeirində o dövrün prosesləri geniş şəkildə təsvir olunub. Şeirdə rəhbərə
məzlumların atası, xoşbəxtliyin memarı həm də
çirkablar hökmdarı kimi müraciət olunur.
......Yolumuza nur
saçan
Qürur və hökm dolu
Gözlərinə baxanda
Yaşa, yoldaş Napoleon .
Napoleon ( Stalin
) bu şeiri çox bəyənir. Əsərin birinci
hissəsində dedik ki, Malikanə ferması əvəzinə Heyvanıstan ferması yazılır.
Qonşu fermalar məlum fermadakı anarxiyadan narahat olurlar. Heyvanlar sanki
daha dəhşətli rejimdə yaşamaq üçün mübarizə aparırmışdılar. Romanın sonunda
Heyvanıstan sözü silinir, əvəzinə yenidən Malikanə ferması yazılır. Corc
Oruel Heyvanların mübarizəsinin mənasızlığını
sübut edir.
Əsəri bu şəkildə anlamışam. Hər kəsə bu romanı
oxumağa çağırıram. Mütləq oxuyun.
Nicat Həşimzadə
Hiç yorum yok:
Yorum Gönder