Feminist yazardır. Yaşadığı mühit onu kişilərə nifrət
etməyə məcbur edib. Düşünür ki, qadın günahkar ola bilməz. Çünki onun cəmiyyətində
günahları yalnız kişilər edə bilər. İslamda qadının rolu və yerinə dair
çoxsaylı kitablar müəllifidir. Ölkəsində
qadın sünnətinə qarşı etiraz çıxışları təşkil etdiyinə görə həbs olunmuşdur. Ərəb
cəmiyyətində qadının statusunu ironik dillə təsvir etmişdir. Söhbət Nəval Əl Səədavidən
gedir.
Müsəlman qadını niyə bədbəxtdir. O, müsəlman ölkələrində
aşağılanan, təhqir olunan qadınların dərdlərindən söhbət açır. Müsəlman ailələrində
qız övladı doğulanda kədərlənirlər, qızlar ölü doğulanda və ya sonradan öləndə
atalar sevinirlər. “Sıfır nöqtəsində qadın ” romanına görə qadın yazara qarşı təqiblər
artmışdı. Səəadavi yazır ki, müsəlman qadın əri tərəfindən döyülməyi,
alçaldılmağı ilahi xoşbəxtlik zənn edir. Modern təfəkkürə sahib olan qadın dərhal
lənətlənir.
Adını çəkdiyim roman real hadisələr əsasında
yazılıb. Qənatir zidanında həbsdə olun qatil qadının həyat hekayəsi yazarı bu
romanı yazmağa həvəsləndirib. Firdovs uğursuz qadın simvoludur. Uğursuzluğuna
görə onu günahlandırmaq olmaz. Səəadavi ilə görüşdən bir neçə dəfə imtina etmiş
Firdovs nəhayət yazarla görşmək qərarına gəlir. Ona öz faciəli taleyi haqqında
danışır. Keçmişində fahişəlik etməyə məcbur olan, bir insanı qətlə yeyirən
Firdovs əfv ərizəsinə imza çəkməyəcək qədər qürurludur. O, bağışlanmasını istəmir,
çünki etdiyinin günah olduğunu zənn etmir. Onu edam edəcəklər, bu qaçılmaz məsələdir,
özü də bu həqiqəti anlayır.
Uşaq yaşlarında Firdovsu sünnət edirlər. Qızlarda
erkən ehtiraslanma hallarının qarşısını almaq üçün vaginalarının zövq hissəsini
kəsirlər. Bunun da nəticəsində onlarda psixoloji travma yaranır. Əgər Allah hər
şeyi mükəmməl yaradıbsa müsəlmanlar
qızlarını və oğullarını nə üçün sünnət
etdirirlər ? Yəqin ki, bu sualıma görə məni döyməzlər. Anasını erkən itirən
Firdovs bunun acısını yaşayır. Başqa bir qadın ona analıq edir. Əgər buna
analıq demək olarsa. Firdosun anası qızının gözləri önündə atasının ayaqlarını
yuyur. Sonrasa qız özü atasının ayaqlarını yuyur. Bu cür hallar kişi hakimiyyətinin
göstəricisidir.
Əsər haqqında fikrimi soruşsanız, tək cümlə ilə belə
ifadə edərdim. Bu əsər məni yıxdı, sözün əsl mənasında sürüdü. Belə düşündüm
ki, belə bir mühafizəkar cəmiyyətdə Firdovs xoşbəxt ola bilməzdi. Əmisi
yoxsulluq səbəbinə görə Firdovsu yaşlı kişiyə ərə verir. O da qocaldıqdan sonra
Firdovsa baxmaq, maddi və mənəvi ehtiyaclarını ödəmək gücünü itirir. Əslində
heç Firdovsun qayğısını da çəkmirdi. Nəticədə Firdovs fahişəlik etməyə məcbur
olur. Maddi qayğılar və tənhalıq əzabı qadını əxlaqsızlaşdırır. Əsərin verdiyi əsas
iki ideyadan biri budur. Digər ideyasa qadın sünnətinə etirazdır. Təbiət hər
şeyi mükəmməl yaradıb.
Mən də bu mənada
həm qadın, həm kişi sünnətinə etiraz edirəm. Sünnət edilən hissə kişi cinsi
orqanını müxtəlif infeksiyalardan qoruyur. Sünnət zamanı isə həmin müdafiəedici
dəri kəsilir. Elm artıq sübut edib ki, sünnətin xeyirdən daha çox ziyanı var.
Qadın sünnəti də olduqca anormal haldır. Əsl əxlaqsızlıq budur.
Fahişə olduğu zaman duyğularından məhrum olan
Firdovsun həyatı edamla sona çatır. O, özü edam cəzasının ömürlük həbslə əvəz
edilməsini istəmir. Ölüm anı Firdovs gerçəyə çatdığını düşünürdü. Bəs
çatmışdımı ? Bəlkə də bu, təsəlli idi ? Ancaq ölümünü rahatlıqla qəbul edən
insan təsəlliyə ehtiyac duyarmı ?
Bu, bir həqiqətdir ki, dünyanın hər hansı bir nöqtəsində
bir qadın sıfır nöqtəsində gözləməkdədir.
Hiç yorum yok:
Yorum Gönder