Bəzən darıxırsan və gərginlik
səni öldürür. Bəzənsə darıxmırsan, uğrunda darıxacağın səbəbin olmur . Əsəblərin
qarışır. Sənin üçün varlıqla heçlik arasındakı sərhəd itir. O zaman hər şey
absurd görünür. Günəş batır, ay çıxır, qışda qar yağır, yayda qızmar isti olur,
amma nə olsun ki ? Bütün bunların sənə dəxli yoxdur. Düşünürsən ki, hər şəy cəfəngiyyatdır.
Və heç gözləmədiyin anda ürəyin bulanır, təbii ki, təbiət kişilərə hamilə olmaq
görəvi vermədiyi üçün ürək bulanmanın yeganə səbəbi zəhərlənmə ola bilər. Fəqət
sən qidadan deyil, ətrafdakı insanlardan, ümumən bəşəriyyətdən zəhərlənmisən.
Dünya öz gərginliyi ilə səni yeyib bitirir. Ya da sən bəşəriyyəti öz kədərinlə
məhv edirsən. Ya sən ətraf mühiti dəyişirsən, ya da mühit səni dəyişir. Bəs ətrafındakı
dəyişikliklər insanı dəyişməyə bilərmi ? Yaşanan xaoslar, mövcudluqlar, qəfil hərəkətlər,
ölümlər insan təbiətinə təsirsiz ötüşə bilərmi ?
“
Ürəkbulanma ” romanını
oxuyan gənc həyatdakı bütün
mövcudluqların absurd olmasına inanmaq istəsə də bacarmırdı. Eşq hələ də onun
üçün ali həqiqət olaraq qalırdı. Evli olduğu zamanlar bir ərli qadına aşiq
olmuşdu. Sonra qadın boşandı, lakin boşanma səbəbi təkcə o , deyildi. Sadəcə
bir gerçək var idi ki, gəncin əminliyi ona cəsarət vermişdi. Bəzən etirazlar
edirdi.
- Yox. , bağışla , mümkün deyil, mən evli kişini
sevə bilmərəm. Axı buna layiq deyiləm.
İsterik hallara qapılmaq qadınların ən çox
arzuladıqları məqamdır. Onların isteriyaya ehtiyacları var. Şöhrət qadınlar
üçün ən ali həqiqətdir. Dostoyevski yazırdı ki, rus qadını dünyanın ən dözümlü
qadınıdır. Çünki əyyaş rus kişisinə dözür. Fəqət rus qadınının kübar aləmdə
nüfuz qazanmaq üçün etməyəcəyi rəzillik yoxdur.
- Mən tezliklə boşanacam. Hər şey gözəl olacaq.
İnan.
Qadın susdu. Etiraz etmədi. Bəlkə də bir kişi tərəfindən
bu dərəcədə cəsarətli eşq görmək onu məmnun edirdi.
Kişi boşandı. Qadınla münasibəti çox gözəl idi. Amma bir
zamana qədər. Xəyanət eşqin qatilidir demək nə qədər şablon səslənsə də
reallıqdır. Mən evli kişini sevmərəm deyən qadın elə evli kişi ilə ona xəyanət
etdi.
Bir müddətə qədər liberal təfəkkürlü idim.
Qadınların azadlığa layiq olmadığından əmin olduqdan sonra bu mənadakı
liberallağımı məcburən öldürdüm.
İndi biz şərab
içirik, qızının dünən 2 yaşı oldu. Bu
günsə sevdiyi qadının xəyanət xəbərini aldı. Hələ də bilmirəm ki, içdiyimiz şərab
dünənin sevinci yoxsa bu günün kədəridir ? İçək deyir, mən də içirəm. Bəlkə də
içməkdən öləcək
Hiç yorum yok:
Yorum Gönder