Volter “
Kandid ” əsərini bekarçılıqdan yazdığını deyirdi. Hətta bu əsərin müəllifliyindən
imtina edirdi . Bəs görəsən dahi yazıçı nə dərəcədə səmimi idi ? Kandid əsəri
siyasi mesajlarla zəngindir. Əsərin əsas ideyası belədir : “ Bütün pisliklər
yaxşılığa doğru atılan addımdır ” . Volter məmurların idarəetmədəki qüsurlarını kəskin şəkildə tənqid
etdiyinə görə daim təqiblərə məruz qalmış, Bastiliya qalasında həbsdə olmuşdur.
O dini fanatizmin, edamların əleyhinə olmuş, bu səbəblərə görə mühacirət həyatı
yaşamış, bir ölkədən digərinə qaçmışdır. Kandid əsərini oxumaq hər bir yetkin
insan üçün faydalıdır. Volter insan faciəsinə görə əzab çəkirdi. Onun zamanında
edam cəzasından, savaşdan ölən insanlar təbii fəlakətlərdə ölənlərdən daha çox
idi.
Kandid baron nəslindən olan qızı sevir . Qızı
Kandidə layiq bilmirlər. Baronessanı öpmək şərəfinə layiq olan qəhrəman bu hərəkətinə
görə malikanədən qovulur. Təsadüfən bolqarlara rast gələn Kandid sonra həbs
olunur. Onu təhqir etdilər, çubuqladılar. Lakin bolqarların əlindən qaçmağı
bacarır. Kandid düşünür ki, heç bir səbəb nəticəsiz deyil, baş verən hər şey zərurətdən
yaranır. Bəzi anlarda yanılır. Müəllimi Panqlos ona mövcud bədbəxtliklərin, gərgin
çətinliklərin gələcək inkişafa doğru addım olacağını öyrədir. Kandidsə fikrində
yanılır. Ona Kuniqundanın öldüyünü deyirlər. Bu xəbərdən sarsılan Kandid həm də
sevgilisinin zorlandığını, işgəncəylə öldürüldüyünü eşidir. Panqlos filosofdur,
hikmətli insandır. Paketa ilə cinsi əlaqə zamanı sifilis xəstəliyinə tutulur . Panqlos
söyləyir ki, Avropaya bu xəstəliyi Xristofor Kolumbun dəstəsi gətirib. Lakin o
məlum səyahətə getməsəydi, Avropa bir çox həqiqətlərdən xəbərsiz olacaqdı .
Əsərin ən qəribə məqamlarından biri Kuniqundanın
zorlanmasını, alçalmasını bilən Kandid yenə də fikrindən dönmür, onu sevməkdə
davam edir. Panqlos isə ona xəstəlik keçirən Paketaya nifrət etmir. Volter bu əsəriylə
nifrətə meydan oxuyur. Sübut edir ki, insan qəlbi sevgiyə məhkumdur, nifrətdən
uzaq olmalıdır. Bəşəriyyətin xilası naminə nifrət duyğusunu öldürmək lazımdır.
Volter yaradıcılığı ərzində yüzdən çox təxəllüsdən istifadə etmişdi. O, mühafizəkar
cəmiyyətə nifrət etsə də belə cəmiyyətlərdə yaşamaqdan xilas ola bilmirdi. Əsərdə
hakimiyyətə , əsasən də məhkəmə hakimiyyətinə qarşı kəskin tənqidi münasibət
var. Rəhbər şəxslərin qadın düşkünü olmaları onların ədalətli qərar vermələrinə
əngəl törədir. Kandid sadiq nökəri Kakambonun optimizm nədir sualına belə cavab
verir.
- Mənim indi
anladığıma görə , optimizm çox pis anlama gələn sözdür, hər şey çox pis durumda
olanda, hər şey çox yaxşıdır demək – optimizm adlanır.
Volterin
optimizmə inamı bu fikirdə əks olunur. Müəllimi Panqlos Kandidə həyatın nikbin
olduğunu söyləmişdi, fəqət əsir düşən Kandid insanların edamını, tonqalda
yandırılmasını görür. Bu hadisələr onun iradəsini sındırır . Kandid sevdiyi
Kuniqundanın qardaşının qatili olur. Çünki baron hər zaman Kandidi alçaldırdı.
Kandidə öz nəslinin tarixini bilmədiyini, aşağı təbəqə nümayəndəsi olduğunu
deyirdi. Volter əsərində sosial təbəqələşmənin bəşəri inkişafa vurduğu zərbələri
təsvir edir. Volter çox sevgilər yaşayıb, bütün sevgiləri də uğursuz olub.
Yazdığı əksər əsərlərdə tənhalıqdan , sevgisizlikdən yaranan gərginlik hiss
olunur.
Əsərdə qarı obrazı var. O da zorakılıqların
qurbanıdır. Həyatda heç nə əbədi deyil, zadəgan nəslinin nümayəndəsi olan bu
qarı yoxsulluq içərisində yaşayır. Kakambo sahibi Kandidin ədalətli qərarlarını,
səxavətlki olmasını sevir, ona bağlanır. Sahibini sevdiyi qadına qovuşdurmaq
üçün çox çalışsa da bir nəticə hasil olmur. Bir çox dahilər qadınlara qarşı
kinli münasibət bəsləyiblər. Volter yaradıcılığında da eyni vəziyyət var. Sanki
uğursuzluqlarına görə qadınlardan qisas almaq fikri var. Hətta monarxlar da Volterə qarşı vəhşi
münasibət bəsləyirlər.
Kandidlə
Volter arasında oxşar xüsusiyyətlət mövcuddur, dini təqiblərdən qaçan mütəfəkkirə
katoliklərin və protestantların olmadığı şəhər haqqında bəhs edirlər. Həmin ölkənin
adını dəqiq bilmirəm. Bəlkə də Kandidin Eldaroda sandığı məkan Volterin təqiblərdən
qaçmaq üçün yaşadığı həmin ölkədir. Eldaroda gözəl ölkədir, insanlar nifrətlə
yaşamır, sevgi, ali duyğular onların həyat tərzidir .
Kandidin özünə bələdçi seçərkən istifadə etdiyi
üsul çox qəribədir. O, ən bədbəxt insanı bələdçi kimi işə qəbul edir. Martenlə
Kandidin fəlsəfi söhbətində Volterin yazıçıdan daha çox filosof olduğunu
görürük. Bütün dünya Volteri əvvəlcə filosof, sonra yazar hesab edir.
Kilsəyə qarşı kəskin fikirlərinə görə İngiltərəyə
sürgün olunan Volter həmin illər ərzində daha çox inkişaf etmişdir. Gənclik illərində
Şekspiri gənc şairlərə nümunə göstərən filosof bir neçə ildən Şekspirdən daha
yüksək istedada malik olduğunu demişdir .
Volter “ Kandid ” əsərinə görə həm əsəri, həm özünü
söysə də bu kitab mütləq oxunmalı olan
kitabdır.
Hiç yorum yok:
Yorum Gönder