Azərbaycan xalqı ürəkdən sevinə bilmir. Sevinc
duyğusunu unudub. Səbəblərdən biri kredit borclarıdır. Keçən həftə qonşumuz bu
səbəbdən intihar etdi. Ölkəmizdə kredit faizləri çox yüksəkdir. İnkişaf səviyyəsinə
görə Azərbaycandan dəfələrlə geridə qalan ölkələrdə kredit faizləri daha
aşağıdır. Sual verə bilərsiz, kredit almağa məcburuq? Bəli məcburuq, çünki ya
iş tapmırıq, ya da əmək haqqı yaşamaq üçün yetərli olmur. Ərzaq məhsullarının
satış qiymətində artım müşahidə olunsa da əmək haqları artmır. Lakin 300 manat
maaş alan adamın 30 minlik maşın sürdüyü ölkədə bu halları normal hesab etmək
olar. Biz ayağımızı yorğana görə uzatmağı öyrənməmişik, əgər buna cəhd etsək
yorğan belimizdə qalar. Bəs çıxış yolu nədədir? Heç özüm də bilmirəm. Dəfələrlə
müşahidə etmişəm. Mövcud vəziyyətə aktiv formada etiraz edənlərin əlsəriyyəti
rusdillilər və ya digər millətdən qarışığı olanlardır. Bu da təbii haldır,
çünki onlar bizim kimi dözümlü xalq deyillər.
Nəinki sevinməyi, hətta ağlamağı da bacarmırıq. Rusları bəyənmirik,
deyirik ki, məzarlıqdan gəlib şərab içirlər, ingilisləri bəyənmirik, deyirik
ki, məzarlığa kostyumda gedirlər, norveçliləri bəyənmirik, deyirik ki, məzarlıqda
ağlamırlar. Özümüzü çox bəyənirik. Çünki dəfn zamanı şüvən arvadlar kimi mərsiyə
deməyi, ağlamağı yaxşı bacarırıq. Azərbaycanda
qadınlar dəfn mərasimində iştirak etmirlər. Çünki mərsiyə oxuyur, özlərini
daşa- divara çırpır, mənasız hərəkətlər edilər. İnsanın savadsızlığı həm də
onun kədərə münasibətindən bəlli olur.
Keçən həftə məhəlləmizdə yas mərasimi keçirildi.
Qadınlar çox çalışsalar da ağlaya bilmədilər. Məclisə mərsiyyə deyən gətirdilər.
Qadın elə sözlər danışdı, elə ağlaşma qurdu ki, hamı ağladı. Həmin qonşum 30
minə atasına məzardaşı düzəltdirdi. 3 gün sonrasa qonşumuz Mirəziz dayı ciyər
qanaxmasından öldü. Vaxtında əməliyyat olunsaydı yaşayardı. 20 min manat lazım
idi. Xalqımız pulunu dirilərə yox, ölülərə xərcləyir. Yaşasın, 30 minlik ölülər.
Biz ağlamağı da normal bacarmırıq.
Azərbaycanda 100
uşaqdan soruşsan ki, həyata niyə gəlmisən? 90 nəfər eyni cavabı verəcək.
- Valideynlərimin sözünə baxmağa, anamın, atamın dediklərinə qulaq asmağa.
Uşaqlara seçim şansı tanınmır. Valideynlər savadsız olduğuna görə övladlar da savadsızdır. Atalar və oğullar arasındakı oxşarlıq fərqlilikdən daha çoxdur.
- Valideynlərimin sözünə baxmağa, anamın, atamın dediklərinə qulaq asmağa.
Uşaqlara seçim şansı tanınmır. Valideynlər savadsız olduğuna görə övladlar da savadsızdır. Atalar və oğullar arasındakı oxşarlıq fərqlilikdən daha çoxdur.
Nicat Həşimzadə
Hiç yorum yok:
Yorum Gönder