Nəcib Məhfuzun romanlarını oxudum,
maraqlı məqamlar var, amma insan elə zənn edir ki, kitabı hansısa hacı yazıb.
Ciddi deyirəm. Salman Rüşdiyə " Şeytan ayələri " əsərinə görə nifrət bəsləyən
Nəcib Məhfuz ölüm fitvasına qarşı da etirazını bildirmiş, yazıçının söz
azadlığı məsələsini qabartmışdı. “Məhəllənin hekayətləri” əsərində mədrəsə təhsilinə
etiraz motivi məni təsirləndirdi. 19 – cü yüzillikdəki Azərbaycanı xatırladım.
Hətta 20 – ci əsrdə də mədrəsə təhsili qalmaqda idi. Savadlı insanlar mədrəsələrdən
qaçırdılar. Savadsız azərbaycanlılar isə mədrəsə təhsili deyil, məktəb təhsili
görsəydi xalqımız daha çox ziyalı qazanardı. Azərbaycan xalqının zurna – qaval
mühitindən xilas ola bilməməsinin səbəbi sovet dönəmində yüzlərlə ziyalının
sürgün edilməsi, öldürülməsidir.
Bilirəm, mövzudan yayındım. Amma Nəcib Məhfuzun
yaradıcılığı ilə tanış olarkən hər şeydən öncə mədrəsə təhsilinə etiraz gördüm.
Kəndlilərin silaha sarılıb imperializmə qarşı savaşa çıxmaları onu
sevindirmişdi. Yazıçı, haqqında danışdığım romanda bu məsələyə xüsusi
diqqət ayırıb. Misirdə qızların erkən yaşda ərə verilməsindən narazı olan yazar
məntiqdən kənar köhnə xalq ənənələrinin kütləvi savadsızlığa yol açdığını
bildirir. Romanda uşaqlar arasında mərc kəsilmə səhnəsi var. Obrazlardan biri mərc
etdiyinə görə 10 ədəd acı bibər yeyir. Bəzən mən də uşaq olanda belə mənasız mərclər
etmişəm. Lakin bir həqiqəti dərk edirəm ki, həmin mənasızlığa qayıtmaq üçün qarşıdakı
mənalı illərimdən keçməyə hazıram. Gəlin, səmimi olaq və etiraf edək ki,
uşaqlıq illərimizdə hamımız sevmişik və uğursuz eşq bizim üçün müəyyən müddətə
qədər ciddi travmaya səbəb olub. Orta məktəbdə yaxşı oxumuşam. Başı eşq məsələlərinə
qarışanlarsa həyatda heç bir uğur qazanmadılar. “ Məhəlləmizin hekayətləri ”ndə əsas qəhrəman
uğursuz eşq yaşadığı üçün bəzi anlarda zahidlik həyatını arzulayır. Sevən insan
həmişə narahatdır, şübhə qurdu həmişə beynini dağıdır, unudulmaqdan,
satılmaqdan qorxur.
Seyyidə adlı qız elçilərə yox cavabı verir.
İnsanlar şübhələnir, söz-söhbət yaymağa başlayırlar. Qızın atası bu dərdə dözməyib
ölür. Ərəb yazıçı müsəlman xalqlarının savadsızlığının səbəbini göstərir. Hələ
də inkişaf yoxdur. Ərəblərə maddi zənginliyi ona görə bəxş ediblər ki, mənəvi
yoxsulluqlarının fərqinə varmasınlar.
Bütün münaqişələrin sülh yolu ilə həllini arzulayan
Nəcib Məhfuz Misir ənənələrini pozaraq 43 yaşda evlənmişdir. Nəcib Məhfuz Nobel
mükafatına layiq görülmüş ilk ərəb yazıçısıdır. Afrika mənşəli amerikalıların vətəndaş
hüquqları uğrunda qeyri-zorakı yolla mübarizənin önündə gedən Martin Lüter Kinqin
(1964-cü ildə Nobel Sülh mükafatına layiq görülmüşdü, bundan dörd il sonra o qətlə
yetirilmişdi) sözlərini xatırladım. . “Bu dünyada şüurlu cəhalətdən və
axmaqlıqdan daha qorxulu şey yoxdur” Əminəm ki, müsəlmanların cəhaləti
şüurludur. Onlar şüursuz olduqlarını dərk etsələr də tənbəlliklərinə görə bu bəladan
xilas ola bilmir. Ağıllı insan ağıllı olmasından əmin olmadığı qədər axmaq adam
axmaq olduğundan əmindir. Sadəcə tənbəllik edir. Ovcuna qoyulan hər şeyi
rahatlıqla həzm edir. Hər növ nəticə ilə razılaşır. Ərəb şeyxləri cib dəsmallarını
da qulluqçulara daşıtdırırlar.
Deyəsən, çox danışdım.
Hiç yorum yok:
Yorum Gönder