Azərbaycan oxucusu "Bozun əlli çaları" nı, "On bir dəqiqə"ni
oxuya bilər. Azərbaycan yazarının erotik romanınsa oxumaq olmaz. Hətta söymək,
alçaltmaq da olar. Çünki Azərbaycan yazarının erotik əsər yazması milli mənəvi
dəyərlərə ziddir. Hansısa qızın arxasına göz dikmək, parkda tum
çırtlamaq, eyvandan aşağı zibil atmaq, küçədə hündür səslə danışmaq, alt
paltarını küçədən asmaq, azyaşlı uşaqların yanında siqaret çəkmək olar. Öz
yazarımızın erotik əsərini oxumaqsa milli mənəvi dəyərlərə ziddir. Milli dəyərləri
kim müəyyən edir? Bu dəyərlər bizə hansı müsbət keyfiyyətləri bəxş edib?
Bir yoldaşım deyirdi ki, Azərbaycan qızının əcnəbiyə
ərə getməsi milli dəyərlərimizə ziddir. İnkişaf etmiş, intelekti ilə
mövcudluğunu sübut etmiş xalqın nəcib bir nümayəndəsi xalqımızın qızını sevsə
bu cür inanılmaz fədakarlığa görə həmin əcnəbiyə təşəkkür etməliyik.
Xalqın təfəkkürünü korlayan, darmadağın edən əsas nəsnələrdən
biri də şifahi xalq ədəbiyyatı nümunələrimizdir. Dastanlarımız bərbad səviyyədədir.
Zurna – qaval havası əks etdirir. Dədə Qorqud ud çalır, ayrandan, qatıqdan, gəlin-qayınana
münasibətlərindən danışır. Koroğlu saz çalır, mahnı oxuyur, toylara gedir. Folklorumuzun
ən geniş yayılmış nümunələrindən biri də əmək nəğmələridir. Bu millət iş
gördüyü zaman da mahnı oxuyurmuş. İndi bildinizmi biz nə üçün zurna- qaval
xalqıyıq. Eşq olsun bizə.
Müasir Azərbaycan gənci fərqli görünmək üçün özünü
gicliyə qoyur. Əksər gənclər heç nəyi səmimi etmirlər. Olduqları kimi görünməkdən
qorxub fərqlənmək eşqinə görə gic - gic hərəkətlər edirlər. Bunun səbəbkarı da
milli mental dəyərlərimizin kasadlığıdır. Yadıma gəlir, orta məktəbdə bədən tərbiyəsi
dərsinə çıxmağa çox şagird tənbəllik edərdi. Zalın pəncərəsindən tullanıb dərsdən
qaçardılar. Bədənimizi tərbiyə edə bilmədik,
şüurumuzu necə tərbiyə edək ? İnsan elə bir varlıqdır ki, həmişə özündə olmayanı axtarır. Əksər adamların əxlaqlı kitablar axtarması da bu səbəbdən doğur. Həqiqətən də insanların əxlaqa ehtiyacı var. Məsələn onlar üçün Henri Miller və Markes dahi yazıçı deyil. sadəcə əxlaqsızdırlar.
Hiç yorum yok:
Yorum Gönder