Dostoyevki ilə Lev Tostoy arasında çox münaqişələr yaşanıb.
Lakin onlar heç zaman görüşməyiblər. Lev Tolstoyun qadını Sofiya Andreyevna
Tolstoy dünyaya 19 övlad gətirmişdi. Onlardan 5- i erkən yaşlarda həyatla
vidalaşsalar da Sofiya 14 övlad böyütmüşdü. Bundan əlavə “Hərb və sülh” kimi
geniş həcmli əsərin 7 dəfə üzünü köçürtmüşdü. O, uşaqlarını
səs-küy salmağa qoymurdu ki, əri rahatca işləyə bilsin. Həm də onlar arasında
17 yaş fərqi olub. Maraqlıdır ki, Tolstoy bu cür qadından imtina edib. Dostoyevskinin türk
xalqına qarşı münasibəti birmənalı olub. “Karamazov qardaşları” romanında müsəlmanları
kafir adlandıran yazıçı “Ölü evindən qeydlər” əsərində türk qılıncının kəskinliyindən
danışır. Tolstoy tərəfdarları Dostoyevskini savaşa meyilli yazıçı sayır,
Tolstoyun sülhsevər mövqeyindən həvəslə danışırdılar. Onlar arasında paxıllıq
münasibətləri var idi. Tolstoyun maddi həyatı qaydasında olub. Dostoyevskinin
xanımı Anna Qriqoryevanın dili ilə desək Lev Tolstoy Turgenyev kimi təmin
olunmuş yazıçılardan idi. Onun borcları, maddi problemləri olmayıb. Dostoyevski
isə bütün həyatı boyu borc ödəyib, hətta borclarını tam ödəmədən öldü. Maddi
qayğılarına görə Dostoyevski romanları tələsərək yazır, hətta təkrar oxumadan,
düzəliş etmədən çapa göndərirdi.
Lev Tolstoy Dostoyeskinin dilini səliqəsiz hesab
edir, romanlarında tələskənlik hiss olunduğunu yazır. Anna Qriqoryevanın gündəliyini
oxuyarkən bu suallara cavab tapmaq olur. Tolstoy “Etiraflar” ında mistik qüvvələri həqiqət
saymadığını yazır. Dostoyevskinin əsərlərindəsə mistik yanaşmalar, ilahi qüvvələrə
inam çoxdur. Tolstoy onun qəhrəmanlarını həddən artıq şişirdilmiş hesab edir.
Dostoyevski daim təqib olunub. Məhkəmə hakimiyyətinə qarşı çıxışları onun
sürgün olunmasına səbəb olub. Həm də əyyaşlıq və qumar həyatı onun sağlamlığına
sağalmaz yaralar vurub. İki dahi yazıçı arasında mübahisəli məqamlar olmasına
baxmayaraq onların qadınları rəfiqə olublar. Anna Qriqoryevna Sofiyaya çapetmə
sənətinin sirlərini öyrədib. Dostoyevskinin əsərlərini çapa hazırlayan Anna
Qriqoryevna bu prosesi Sofiyaya da öyrədib. Xanım Qriqoryevna gündəliyində
yazır :
- Mən əmin
oldum ki, Sofiya dahi yazarımızın qoruyucu mələyidir.
Tolstoyun Staxova yazdığı məktubda Dostoyevski
haqqında yüksək fikirlər var. Lakin Dostoyevski artıq həyatda deyildi. Yüksək
fikirlərə görə Anna Qriqoryevna Tolstoya təşəkkür edir. Borclara görə romanları
tələsərək yazan Dostoyevski buna görə çox üzülürdü. Bəzən etdiyi kiçik bir
qüsur romanlarının ideyasını öldürürdü. Jurnallar onun təmin olunmamış, pula su
kimi ehtiyacı olduğuna görə az qonorar ödəyirdilər.
Dostoyevski bədbəxt insan idi. Xoşbəxtlik hissi ona yad idi. Uşaqlığını sərxoş
ata və xəstə anasının yanında keçirən Dostoyevskinin əksər əsərlərində kədərli uşaq obrazları var. Dünya ədəbiyyatının
ən kədərli uşaq obrazlarını məhz Dostoyevski yaradıb. Nümunə kimi “ Alçaldılmış
və təhqiredilmiş insanlar” romanındakı Nelli, Nestoçka Nezvanova povestindəki
Nestoçka obrazları dediklərimin əyani sübutudur.
Birinci yoldaşının və qızının ölümü onda əsəb gərginliyi
yaratmışdı. Sonra sekretarıyla evlənən Dostoyevski yenidən borclara düşür və
ömrünü qumarxanalarda keçirməyə məcbur olur.
Mən sizə o Dostoyevskidən danışdım ki, Sartr və
Kamyu onu mənəvi ataları sayır, Nitşe isə onu həyatının sevinci, bəşəriyyətin
nuru sayır. Bəşəriyyətin nurusa ciyər qanaxmasından öldü. Sibirdə yaşadığı
sürgün illəri onun ciyərlərini məhv etmişdi. Nitşenin həyatımın sevinci
adlandırdığı dahi yazıçı bütün həyatı boyu heç zaman xoşbəxt olmadı.
Nicat Həşimzadə
Hiç yorum yok:
Yorum Gönder