Analar
qızlarına tərbiyə əvəzinə nevroz verirlər . Kitab həvəskarı olan gənc oğlan
qızın əlindəki kitabı görüb yaxınlaşır .
- Xanım,
kitaba baxmaq olar ?
Qız
qışqıraraq kobud jestlərlə cavab verir :
- Xeyir, olmaz.
Oğlan pərt olur, bağışlayın belə sərt cavab gözləmirdim.
- Rədd olun da. Gərək qışqırım. ( sanki bayaqdan
asta tonda danışırdı )
Sualım belədir, nə üçün bu ölkədə qızlar nevrozdur,
niyə elə düşünürlər ki, bütün oğlanlar onları zorlamaq istəyir. Nədir axı bu
qorxunun səbəbi ? Analarla qızlar arasında niyə bu qədər uçurum var ? Hansı səbəblərə
görə analar qızlarına tərbiyə verə bilmir? Ümumiyyətlə övlada təlim – tərbiyə dərsi
keçmək lazımdırmı ? Qızlar sabahın analarıdır, onlar kitab oxumurlar, gələcək
anaların beyinlərini manıslar, mənasız şou proqramlar və türk serialları
formalaşdırır. Daha dəqiq desəm formalaşdırmır, əksinə olan – qalan beyinləri də
bu kimi vasitələrlə yuyulur. Bəs valideynlərimiz istirahət saatlarını nəyə sərf
edirlər, Ömrü boyu qəzet – kitab oxumayan ana övladına nələr öyrədə bilər . Televiziya və internet əsarətindən
xilas ola bilməyən valideyn övladına zaman ayıra bilmir, övladının dərslərinin
səviyyəsindən xəbərdar olmur, həyatı ilə maraqlanmır, heç olmasa həftədə 1 dəfə
gündəliyinə də baxmır. Daha sonra həmin övlad 150 balla heç sevmədiyi, hansısa
təsadüfi bir ixtisasa qəbul olur. Yenə də oxumur, çünki genetik kodların böyük əhəmiyyəti
var. Ana dünya mədəniyyətinə, dünya tarixinə qarşı laqeyd münasibət bəsləyirsə,
intelektuallığa meyilli deyilsə onun qızı da eyni münasibəti göstərəcək.
Bilirsiz,
bu nəyə oxşayır ? Nəvəsini teatra, kitabxanaya aparmaq əvəzinə tində həmyaşıdları
ilə nərd oynayan qocalar gənclikdən narazılıq edirlər ? Mən bu cür qocalara tin
ağsaqqalları deyirəm .
Bütün dünya
gəncləri oxuyur, çalışır , intelektuallığa meyil göstərirlər, nigah, sevgi kimi
məsələləri unudublar, amma Azərbaycanda qızlar ər axtarır, oğlanlarsa “ fırlatmağa
” qız axtarır. Nəticədə hər iki cins yalnız seks haqqında düşünür.
Bu cür düşüncəylə cəmiyyətimiz məhvə gedir. Nə
zamana qədər beynimizi yuyacaqlar. 2014 cu ildə ən çox yadda qalan söhbətlər :
- Tələsmə
Zaur, qurban olum , tələsmə.
- Əəə, komandir vur.
- bax,
doyunca bax. Həsret qaleceysen.
Və gələk 2015- ə.
- Həcilik başqa söhbətdi Yavər .
Bütün bunlar xalqımızın intelektual səviyyəsizliyindən
xəbər verir . . .
Nicat Həşimzadə
Hiç yorum yok:
Yorum Gönder