Aytaca əxlaqsız deyənlər
Öz doğma kəndinin qadınlarını erməni dığalarının altında qoyub qaçan şərəfsizlər
Aytac Babayevanı əxlaqsız adlandırır. Tüpürüm üzünüzə. Ay eşşək, sənin millətinin
qadını düşmən yatağının bəzəyidir, sənin xalqının qadını rus bazarında hansısa
alkaş kişinin ayaq basdığı torpağı təmizləyir. Sənin millətinin qadını günü bü
gün də ermənilər tərəfindən fransız və ingilis kişilərinə satılır. bəs hanı sənin
əxlaqın, şərəfin, ləyaqətin ? Adam olun, adam. Aytacın tüpürcəyindəki su qədər
də deyilsiz . . . Ləyaqətinizi sevim .Facebook
da bu cümlələri qətlə yetirilən Aytacı əxlaqsız
hesab edənlər üçün yazdım. Əsəblərimi qarışdırdılar. Mən də ürəyimi boşaltdım.
Son hadisələr bir daha sübut etdi ki, Azərbaycan toplumu ölüm hadisələrinə,
zorlanma xəbərlərinə qarşı çox həssasdır. İnsanlar daha çox bu sualı verir :
- 17
yaşlı qız niyə sevirdi ki, başına belə iş gəlir ? Qızlar 12 yaşdan sonra sevə
bilər. Hətta 8 yaşlı qızda da müəyyən mənada məhəbbət duyğusu olur. Bunu mən
demirəm, şəxsi fikrim deyil. Elm sübut
edib. Bu fikri söyləyən qadınlar özləri qoşulub qaçan, evdən didərgin düşənlərdi.
Yıxılan insanı günühkar zənn etmək cəmiyyətimizin həmişəki adətidir. Əgər bir məmurun,
bir milyonerin övladı öldürülsəydi, hər
kəs deyəcəkdi ki, rəhmətlik əxlaqlı qız idi. Heyif, erkən yaşda öldü. Çıxarın
maskalarınızı, özünüz olmağa çalışın. Hətta əgər bir insan əxlaqsızdırsa onun əxlaqsız
olmasına görə bütün cəmiyyət məsuliyyət daşıyır. Azərbaycan ziyalısı partiya
binalarında nökərçilik edirsə onun düşüncələri topluma təsir etməyəcək. Satılan
ziyalılar sivil təfəkkür formalaşmasına imkan vermirlər.
Nəticə budur, bir insan öldü. Bir daha deyirəm
insan. Kainatın ən ali varlığı. Öz millətinin qadının xadiməliyə, fahişəliyə məcbur
edən kişilər deyir ki, 17 yaşlı qızın sevməsi, sevdiyi oğlanla görüşməsi milli
mentalitetə ziddir. Tüpürüm mentalitetə. Bu sözü kim icab edib bilmirəm, amma
rastlaşsam ona iki güllü söz deyəcəm .
Əgər tələbə qızlar universitetlərə dəftər,
kitab əvəzinə kosmetik vasitələr aparacaqsa, özlərini dərsdə deyil, koridorda
göstərəcəksə, oğlanlar 20 vərəq dəftəri it ağzına salıb çıxarandan sonra
şalvarının arxa cibinə qoyaraq fit çala- çala dərsə gəlib müəllimi sındırım
ideyası ilə yaşayacaqsa İzzətlər, Aytaclar, Lamiyələr, Nərgizlər günü- gündən
çoxalacaq. İzzət yeniyetmə qızı öldürsə də gəncdir. Onu dar ağacından asmaq
axmaqlıqdır, həbs olunması daha rəzil şeylər öyrənməyinə səbəb olacaq. Təələbə
yoldaşlarımdan birinin dediyinə inansam İzzətin el dili ilə desəm dəlilik
kağızı var. Azərbaycan yeganə ölkədir ki, ata oğluna
sevinə - sevinə dəlilik kağızı alır. Bu məlumat dəqiq deyil. Həm İzzətin , həm
Aytacın yaxınlarına sarsılmaz dözüm arzu edirəm. Valideynlər övladları ilə səmimi
olmalıdırlar . Qızlar dərsdən qaçıb sevgililəri ilə görüşürlər. Buna məcburdurlar.
Çünki atasına və ya anasına öz sevgisi haqqında danışsa tərbiyəsiz hesab
olunacaq. Bir həqiqət var. Nə qədər – malıdır, - məlidir desək də unutmayaq ki,
hüquq normaları, mental dəyərlər olsa da
təbiətin öz qanunları var . Bir cəmiyyət olaraq gənclərimizi qoruya
bilmirik. Yaşlı nəslin gicbəsər tənqidləri isə gənclərdə depressiya
yaradır.
Nicat Həşimzadə
Hiç yorum yok:
Yorum Gönder