İnsanlar
ölür və onlar xoşbəxt deyillər. Bu fikir Kaliqulaya məxsusdur. Bəs Kaliqula
kimdir ? Roma imperatoru , həqiqət axtaran müdrik insan ya daxili gərginlik
içində boğulan, Ayı axtardığını söyləyən
axmaq ? O yaxın qohumu Druzillanı sevir. Hər kəs onun qızı zorladığını düşünür.
Bəs həqiqət nədir ? Kaliqula eyni anda bir neçə qadını sevir, lakin bunu xəyanət
zənn etmir. Bəzi anlarda o bütün insanları sevir. Lakin həm də köməkçisi ilə
söhbətləşəndə necə qəddar imperator olduğu hiss olunur. Bəlkə də bu, qəddarlıq
deyil. Hakimiyyətin tələbidir. Əgər xəzinə varsa insan həyatının heç bir önəmi
yoxdur. Bunu Kaliqula deyir, həmçinin onu da deyir ki, insanlar xoşbəxt deyil,
onların həyatında çatışmazlıqlar var, hiss edirəm ki, mənim də içimdə adsız
varlıqlar oyanır. Mən elə bilirdim ki, ümidsizlik qəlbin xəsislidir. İnsan
olmaq necə də çətin və acıdır. Əgər dünyadakı qayda – qanunları dəyişə bilmirəmsə
qüdrət mənim nəyimə gərəkdir ? Mən əzablardan gülüş zərrələri yaratmaq istəyirəm
. Mən istəyirəm ki, insanlar ölməsin, xoşbəxt olsunlar, hər kəs bərabər olsun.
Lakin mənə qurbanlar və müqəssirlər gərəkdir. Bütün bunları Kaliqula sevgilisi
Sezoniya ilə söhbətində danışır.
Patrisilər elə zənn edir ki, Kaliqula onların ləyaqətini
alçaldır. Həqiqətən belədir. Qay onların hisslərini heçə sayır, qadınlarını əllərindən
alır, yaxın silahdaşının və sevgilisi Sezoniyanın atasını öldürür. Onun hərəkətləri
insanlarda ikrah yaradır. Haqlı olaraq ondan qurtulmaq üçün sui – qəsd planı
hazırlanır. Ən yaxın silahdaşları və sevgilisi Sezoniya bu planda fəal iştirak
edirlər. Lakin Qoca patrisi Kaliqulaya bu sui – qəsd planı haqqında xəbər verir
. Kailula isə qocaya deyir :
- Sən mənə
sadiqliyini göstərmək üçün öz
yoldaşlarını satırsan ? Səncə mən sənin satqın olduğunu düşünməliyəm ?
Kaliqula dözülməz azadlıq arzu edir. O, Ayı
axtarır, onu ovcunda saxlamaq istəyir. Təmmənasız sevgiyə ehtiyacı var.
Xereneyanın ona nifrət etdiyini bilsə də qarşı tərəfə kinayəli münasibət bəsləmir.
Xereneyaya gözəl qəlbə, möhtəşəm duyğulara sahib olduğunu deyir. Əsərin sonunda
Kaliqula öz – özünə deyinir :
- yox, deyəsən mənə
Ay qismət olmayacaq.
Öz mənəvi susuzluğunu yatırmaq üçün sonsuz ülviyyət
axtarışına çıxan Kaliqula axtardığını tapa bilmir. Acizliyini dərk edir.
Helikon ona sona qədər sadiq qalır. Sonda sui qəsd gerçəkləşir. Helikon və
Kaliqulanın ölümü ilə əsər sona çatır .
Kaliqula tarixə doğru gedir və ona qılınc
vuranların üzərinə qışqırır :
- Mən hələ yaşayıram . .
Albert Kamyu müəmmalı avtomobil qəzasında həlak
olub. Bu ölümün sui – qəsd olduğunu düşünürəm. Əsərin sonuna çatanda düşdündüm : Bəlkə Kamyunu öldürənlər elə Kaliqulanı
öldürənlərdir ? Təbii ki ideyalar baxımından . Kamyu da Kaliqula kimi ziddiyətlər
tufanında boğulan insandır. Biri bədii , digəri isə həyati obrazdır.
Xan Rəsuloğlunun tərcümə etdiyi “ Kaliqula ” əsərini
mütləq oxuyun .
Nicat Həşimzadə
Hiç yorum yok:
Yorum Gönder