Etiraf edək ki, cəmiyyətimiz zorlanma və
ölüm xəbərlərini hədsiz səbirsizliklə gözləyir. İnsanlar yalnız şou xarakterli məsələlərə diqqət göstərirlər. Azərbaycan jurnalisti hansısa “müğənninin
harasısa çöldə qaldı ” başlıqlı məqalələr
yazır. Mən
jurnalistləri həm qınayıram həm də yox. Çünki hər kəs qazanmaq , yaşamaq istəyir.
Lakin peşəkar jurnalist səviyyəsini qorumalıdır. Cinsi zorakılıq hallarına görə
oğul ataları cavabdehdirlər. Atalar öz oğullarına, analar öz qızlarına cinsi
bilgiləri aşılamalıdır. Hər bir normal yetkin insanda cinsi həvəslər olur. Bu həvəslər
zamanla tələblərə çevrilir. İnsanın cinsəl tələbləri ödənilmədikdə nevrozlaşma
prosesi yaşanır. Çünki seks ən gözəl antistressdir. Atalar öz oğullarına cinsəl
dünya haqqında bilgilər verməli və seksual tələblərin ödənilməsi üçün maddi vəsait
ayırmalıdır. Bu proses baş verərsə zorlanma hadisələri azalacaq. Əksər hallarda
azyaşlı qızlar öz yaxın qohumları tərəfindən zorlanırlar. Qızın valideynləri bu
hadisədən xəbər tutduqları zaman məsələni gizli saxlamağa çalışaraq
övladlarının haqqını tapdalayırlar. Qızlarının əxlaqsız hesab olunacağını zənn
edirlər. Amma kim müəyyən edib bu meyarı ki, zorlanmış qız əxlaqsızdır. Azərbaycan
cəmiyyəti boşanmış, əri ölmüş qadını əxlaqsız sayır. Dul qadınla icdivac qurmaq
istəyən çox az kişi tapılar. Siz yalnız Bakını düşünməyin. Əyalətlərimizdə çox
ciddi qüsurlar var. Hələ də qadın ərinn hər ləyaqətsizliyinə dözməlidir ideyası
ilə yaşayan ailələr var.
Fahişələrin öldürülməsini tələb edən , küçə
qadınlarına qarşı kinayəli münasibət bəsləyən insanlar fahişələr olmadığı halda
zorakılıq hallarının dəfələrlə çoxalacağını düşünürlərmi ? Əksər kişilər fahişə
xidmətindən istifadə edirlər. İşini bitirdikdən sonra da əxlaqsız deyirlər. Əgər
əxlaqsızdırsa niyə o qadınla öpüşürsən, eyni yatağı paylaşırsan, eyni şüşədən şərab içirsən ? Deməli sən də əxlaqsızsan.
Azərbaycanda fahişəlik fəaliyyəti leqallaşdırılmalıdır. Dövlət bu məsələləri nəzarətə
almalıdır. Əks halda xəstəliklərin qarşısını almaq çətinləşəcək. Çünki qürurlu
Azərbaycan kişisi prezivativdən istifadə etməyi özünətəhqir sayır.
Azərbaycan xalqı qədər özünü boş yerə öyən ikinci
xalq tapmaq çox çətindir. Dövlət aparatlarından deyirlər ki, savadsızlıq ləğv olunur,
yoxsulluq 0 – a enir. Ya mən koram, ya da onlar yalan danışırlar. Axı biz bir
millət olaraq savadlanmırıq. Ən dəhşətli hal bilirsiz nədir ? Azərbaycan insanı
hələ də televiziyaya inanır. Xəbərlərə baxır və gerçək olduğunu düşünür. Hətta
mübahisə etməyə də hazır olur. Bu məmləkətə o qədər odlar yurdu deyil ki, hər kəs
yanıq oldu. Aşıqlar , Vətənşüvən şairlər, ABŞ konqresindən maddi yardım alan
portallar insan beynini yumaqla məşğuldurlar. Biz hələ də xalqı uyduran ziyalı
ilə oyadan ziyalı arasında seçim edə bilməmişik. Əslində ziyasız deməli idim.
Amma istəmədim xətirlərinə dəyim. Çünki yüzlərlə mənasız kitablar oxuyublar. Azərbaycanda
zorlanan qadın cəmiyyətin qınağı , gülüşü, nifrət dolu münasibəti ilə
qarşılaşacağından əmin olduğu üçün intihar etmək istəyir. Qədim Misirdə Nil
çayının daşmaması üçün ən gözəl qızlar qurban verilirdi. Biz də gicbəsər
mentalitetimizi yaşatmaq üçün gənc qızları qurban edirik . Odlar yurdunu
yanıqlar ölkəsi olmaqdan xilas edək. Azərbaycan gənci işsiz olduğu üçün fahişə
xidmətindən istifadə edə bilmir. Nəticədə zorakı hallar yaşanır. Deməli
zorlanma hadisələrinə görə dövlət də
günahkardı. Təhsilimiz bərbad haldadır.
Orta məktəblərdə, ali təhsil ocaqlarında psixoloq
yoxdur, tibb otağında heç kim tapılmır. Hətta tibb otağı olmayan universitetlər
var. Universietlərimizin rektorlarını iş yerində tapmaq insan qəlbində dünyanın
8- ci möcüzəni yaratmaq qədər sevinc yaradır.
Daha çox yazdıqca daha çox əsəbiləşirəm. Valideynlərdən xahiş edirəm,
övladlarınızı qoruyun, cəmiyyətimiz üçün nəcib insan formalaşdırın. Tin
uşaqları, qəsəbə debilləri yox .
Nicat Həşimzadə
Hiç yorum yok:
Yorum Gönder