Sənə Camal Feyzulla
deyirəm e, elə - belə adam deyil, elə - belə yazıçı olsa da. Ağıldankəm
olmasına baxma. Orta əsrlər Avropasında yaşasaydı, 4-cü Gözəl Fillipin məsləhətçisi
təyin olunardı . Varlığa nə darlıq, keçən
ay dünya şöhrətli
Uqanda yazıçısı ilə görüşüb. Həmin yazıçı İtaliya
tarixi haqqında roman yazaraq
adını Nobel siyahısına əlavə etdirib. Qəhrəmanımız Camal Feyzulla da milyonlarından keçib adını həmin
siyahıya saldırıb. Qəhrəmanı çox da qınamayaq.
İnsandır da, həvəsi var, ümidlənib. Möhtərəm Camal bəy haqqında şəhər əhalisi
bir lətifə danışır. Günlərin bir axşamı Camal Feyzulla müəllim həmkarı ilə
çayxanada ədəbi söhbət edir :
- S, türk ədəbiyyatının poeziyası
gözəldir.
- Hə, Camal, haqlısan. Cəmal Sürəyya
yaxşı şeirlər yazır.
- Hmm, savadlı qadındır.
Bir dəfə də qoca şairlə şəhərdə gəzərkən
təsadüfən gənclərin söhbətini eşidir. Gənclər Elif Şafakın “ Aşk ” romanını
müzakirə edirlər. Camal Feyzulla həmkarına deyir:
- F, bu türklər də bizim kimi şablon
mövzularda yazırlar a.
- Bəli, Camal müəllim elədir.
- Kimdir axı bu Əlif Şafak , erməniləri
söyən ?
- Hə də o açkili kişi. Nə qanmaz
adamdır e.
Söhbəti çox da uzatmayacam. Qısa
danışacam, təxminən 40 dəqiqə. Deməli növbəti həftə ədəbi dərgilərdə, ictimai
portallarda, tele- kanallarda “ Camal Feyzulla Nobel alır ” adlı məlumatlar
yayıldı. Dünya ədəbi mühitinin bu məsələdən xəbəri yox idi. Bu məsələ yazarımızı bir anda məhşurlaşdırdı .
Yoxsul gənc yazarlar pul qazanmaq
üçün Camal Feyzulla haqqında tənqid yazırdılar, möhtərəm yazarımız da onları
pulla şirnikləşdirib tənqid əvəzinə tərif yazdırırdı. Gənclər pul qazanmaq
yolunu tapıblar. Bədbəxt Camal Feyzulla hələ də bilmir ki, onun kitablarını heç
kim oxumur . Bildirmək istədiyim məsələ ibarətdir ondan ki, Camal Feyzulla təhlükəli
yazıçıdır. Onu tənqid etməyin. Tənqidə ehtiyacı yoxdur. Yaradıcılığı
insanın özünütəhqir üsuludur.
Hiç yorum yok:
Yorum Gönder