Alman roman ustası , bioqrafiya yazarı, araşdırmaçı və
publisist. Stefan Sveyqi “ Yad qadının məktubları ” əsərinə görə tanımışam. Uzun
zaman bu əsərin təsirindən xilas ola bilməmişdim. Yəhudi əsilli fabrikantın oğlu olan Sveyq əsasən
yaratdığı tarixi xarakterlərə və bioqrafik əsərlərə görə tanınır. Yaşadığı
zamanda bir çox həmkarları Freydi qınaq obyektinə çevirsələr də Sveyq Freyd təfəkkürünü
yüksək qiymətləndirir, onun ideyalarından yararlanır və bunu səmimi şəkildə
etiraf edirdi. Hər iki dünya müharibəsinə şahidlik edən Sveyq savaşa həmişə
etiraz etmiş, sivil qaydada mübarizə aparmışdır.
1942 ci ildə savaşa, dünya böhranına etiraz edərək qadını ilə birlikdə
intihar etmişdir. Həyatının son illəri nasist təqiblərindən qaçmağa sərf
olunub.
“ Dünənin dünyası ” kitabında müəllif öz yaşadığı
hadisələrdən bəhs edir. Tolstyoy haqqında bioqrafiya yazan müəllif RomaN Rollandla tanışlığı və Ceyms Coysla
bağlı xatirələrindən danışır. Nasistlər yəhudi bəstəkarlarının musiqilərinin
ifasını qadağan edir, bu qadağa hətta ölən bəstəkalara da aid edilir. Sveyq bəşəriyyətə
müharibədə ölümün mənasızlığını izah etməyə, sülhü qorumaq naminə hər kəsi bir
araya cəlb etməyə çalışır. Maksim Qorki ilə görüş daha maraqlıdır. Çünki Qorki
fransız və alman dillərini bilmir, Sveyq
isə rus dilini. Və müəllifin xatirələrindən belə məlum olur ki, Maksim Qorkinin
üz cizgilərindən , jestlərindən nə söylədiyini anlamaq olur. Həmçinin bu
kitabda Jozef Fuşenin siyasi xadim kimi əhəmiyyətini , istənilən situasiyada doğru qərar verə bilmək
iqtidarına malik olmasını yazır.
Sveyqi narahat edən ən kədərli məsələ bəşəriyyətin
insan sevgisizliyidir. Hakimiyyəti, idarəetmədəki problemləri kəskin şəkildə tənqid edir. Təhsil
sistemindən narazılıq hiss olunur. Nasistlərin yəhudilərə qarşı bəslədiyi
kin Sveyqi narahat edir. Kitabda nəzərimi
daha çox cəlb edən məsələ Sveyqin
Vyanaya olan həssas münasibətidir. Sveyq müharibə olmasına baxmayaraq Vyana
insanından yüksək əhval, hədsiz enerji gözləyir. Lakin böhran bütün ölkələri məhv etdiyi kimi
Vyananı da bərbad hallara salmışdı.
Stefan Sveyq hətta intihar etsə də inanırdı, inanırdı ki,
müharibə bitəcək. İnsanlar müəyyən zamandan sonra savaşı unudub xoşbəxt
yaşayacaqlar. Lakin ölən gənclər bir daha geri gəlməyəcək. Ölümə qarşı həssas
olan, etiraz edən Sveyq öz həyatına ölümlə son qoyur . Bir çox ziyalılar
intihar edərək müharibəyə etirazlarını ifadə ediblər. Sveyq isə tək yox, qadını
ilə birlikdə intihar edib. Bu onu fərqləndirən cəhətlərdən bəlkə də ən
vacibidir. “ Dünən dünyası ” kitabını nəyə
görə sevdim ? Sveyq xatirələrində yazır
ki , əgər bəşəriyyət müharibə qurbanına çevrilirsə bunun günahkarı siyasətçilər
və ya silah satıcıları deyil, daha böyük
ərazilər əldə etmək üçün vuruşan
kapitalistlər deyil. Günahkar - biz ziyalılarıq. Deməli normal təfəkkürə sahib
, sivil düşüncəli cəmiyyət yarada bilməmişik. Kitabda Sveyq sanki coğrafi xəritə
yaradıb. Parisə səfərində qeyri – adi mühitlə qarşılaşan Sveyq alman sisteminin
qəddarlığını daha dərindən dərk edir. Müharibə nələri məhv edir və sülh bəşəriyyətə
nələr bəxş edir. Sveyq bütün həyatı boyu ölümsüz olmağı arzu edirdi. Hər iki
dünya müharibəsinə məcburən şahidlikk etməyi onun əsəbləri pozmuş , yazıçı milyonlarla
insanın ölümündə özünü günahkar saymış və intihar etmişdir. İstənilən savaşa
görə hər kəs günahkardır və hər kəs cavab verməlidir. Müharibə mədəniyyət abidələrini
məhv edir. Bir çox ziyalı insanların ölümünə səbəb olur. İnsanlar məcburən
döyüş meydanlarına aparılır, hətta yəhudi uşaqlar da işgəncələrə məruz
qalırlar. Sveyq qeyd edir ki, müharibənin ikinci mərhələsində Berlin də
dağıdılmışdı. İnsanlar hakimiyyətə tabe olmaq istəmirdilər. Hər kəsi azadlığa
çağıran gizli təşkilatlar dövlətdən daha qüdrətli idi. Sveyq həyatında ilk dəfə
aclıq gördüyü insanların acısını təsvir edir. “ Çəkisi az olan çörək
qapqaraydı, yapışqan- qətran qarışığını xatırladan dadı vardı , arpadan
hazırlanır, qum kimiydi ” Insanların bəziləri ətin dadını unutmuş, digərləri isə
unutmamaq üçün dovşan, sincab əti ilə qidalanırdılar. Köhnə çuvallardan şalvar
tikilməsi adət halını almışdı. Sveyq bu kitabı yazmaqla sübut edir ki, bəşəri
aclıq bütün əxlaqı dəyərləri, ən ali mənəvi aləmləri belə dağıtmaq gücünə
malikdir. Həmin illər Sveyq pyeslər yazır. 2 dəfə pyesləri tamaşaya qoyulmağa
yaxın olsa da uğursuzluğa düçar olur. Lakin sınmır, mübariizəsini davam
etdirir. Romen Rollan bütün təqiblərə, hədələrə , aşağılayıcı qərəzli münasibətə
baxmayaraq müharibə , ümumilikdə imperializm əleyhinə beynəlxalq miqyasda əks-
səda yaradan məqalələr yazır. Heç bir səbəb onu sarsıtmır, Heç bir təhdid onu
yolundan döndərə bilmir. Qorxmadan mübarizə aparmaq Rollandın həyat tərzinə
çevrilir. Sveyq Rollanı sarsılmaz, ləkəsiz nümunə hesab edir. Lakin dahi mütəfəkkirin
xəstəlik dönəmindəki çətinliklər Sveyqi üzür. Müəllif kitabda yazır ki. Avropa
vicdani dəyərlərini qoruyub saxladığı üçün Romen Rollana minnətdar olmalıdır. Həyatı
boyu azadlığını hər şeydən üstün tutan Rolland heç bir gizli təşkilata
qoşulmur. Sveyq kütlənin ziyalılar, vicdanlı təfəkkür sahibləri tərəfindən
deyil, vəhşilər tərəfindən idarə edilməsinə etiraz edir. Kitabda ən ağır səhnələrdən
biri müharibədə ərləri ölən qadınların fahişə kimi çalışmasıdır. Savaş illərində
fahişəlik kütləvi hal alır. Lakin sülh bərqərar olduqdan sonra bu problem həll
olunmuş, fahişələrin sayı azalmışdır. Sveyqin atası yəhudi idi. O nasistlərin
işgəncələrinə , yəhudilərə qarşı bəslədiyi vəhşi münasibətə daha həssas
yanaşırdı. Yəhudi xalqını bəşərriyətin
canlı mədəni abidəsi sayan Sveyq bu nifrətə göz yuma bilməzdi . Müharibədən
fiziki çatışmazlıqla qayıdan kişilər övladlarının aclıqdan əziyyət çəkdiyini
görür və intihar edirdilər. Kitab həm də ona görə sevilir ki, Sveyq hər fikrində,
hər cümləsində səmimidir, humanistdir. Sveyq bu kitaba qədər də tarixi əsərlər,
miniaturlar yazıb. “ Bəşəriyyətin ulduzlu saatları ” bu baxımdan ən dəyərli
nümunədir. Tərcümə də çox uğurlu alınıb . Eyni düşmənə qarşı mübarizə bir zamanlar
fərqli cəbhələrdə olmuş tərəfləri birləşdirə bilər və bu birləşmə bəzən
qaçılmaz olur . “ Dünənin dünyası” nı oxumazdan öncə
“Kazanova” və “ Iblisə savaşanlar – Nitşe haqqında monoqrafiyanı “ oxudum .
Stefan Sveyq mütləq oxunmalı olan ziyalıdır. Sveyqi oxumaq dünyanı dərk etmək,
özünü aliləşdirmək, mənəvi kamillik əldə etməkdir.
Ən çox
sevdiyim yazıçılardan birinin kitablarını nəşr etdirən “Alatoran Yayınları” na
təşəkkür edirəm . Həm “ Bəşəriyyətin ulduzlu saatları ” həm də “ Dünənin
dünyası ” kitablarını Sveyq yazaraq yaşamayıb, yaşayaraq yazıb. Tam əminliklə
oxucu dostlara bu kitabı oxumağı tövsiyyə edirəm .
Nicat Həşimzadə
Hiç yorum yok:
Yorum Gönder