- Qonşu, deyirlər məmləkətimizdə kenquru yarışları
keçirilir. Düz söhbətdir ?
- Nə kenquru, nə yarış , başın qaçıb ya təkərə
düşmüsən ?
- Yox, ciddi deyirəm. Kenqurular artıq gətirilib.
Özü də Avstraliyadan.
- Ay ağıllı, bəs kenquruları Şəmkirdən gətirməlidirlər ? Kenquru
Avstraliyada olur da. Yəqin çox xərc çəkilib
hə ?
- Hə, təxminən 25 milyon manat. Sadəcə başa düşmürəm
ki, kenqurular 1 ay əvvəl gətirilib, amma vəsait indi ayrılır.
- Eee qonşu, boş ver bu söhbətləri. Dövlətimiz nə
etdiyini yaxşı bilir. 25 milyondan 10 manat versəydilər pivə içərdik.
- Sən axı əsas məsələni bilmirsən. Siyasi
partiyaların ümumi görüşündə qərara alınıb ki, kenquru yarışlarında hər
partiyanı bir kenquru təmsil edəcək. 1 –
ci yerə çıxan kenquru təmsil etdiyi
partiyanın parlamentdə üstünlük qazanmasına səbəb olacaqdı.
- Aydaa, başım xarab oldu e. AZTV – yə baxandan
yaman savadlı danışırsan. Yox e, mədəni dildə necə deyirlər , nəql edirsən ?
Yarış başladı. Kenqurular finiş xəttinə
yaxınlaşanda dalaşdılar. Heç kim siyasi üstünlüyünü itirmək istəmirdi. Qalib müəyyən
olunmadı. Növbəti iclasda qərara alındı ki, inək yarışı keçirilsin. Hansı
partiyanın inəyi daha çox nəcis istehsal etsə o partiya da üstünlük qazanacaqdı.
Bütün inəklər eyni miqdarda nəcis dünyaya gətirdilər. Parlament nəcislə doldu.
Üstünlüyü “ Bəşəri nəcis ” patiyası
qazandı
P.S. Hadisələrin Azərbaycanla əlaqəsi yoxdur , sadəcə
yazıçı təxəyyülünün məhsuludur
Nicat Həşimzadə
Hiç yorum yok:
Yorum Gönder