27 Şubat 2015 Cuma

şeirlər

Təxirə salınmış xoşbəxtlik
Rədd ol qadın,
mənə məğlubiyyətimi xatırlatma,
ölümü yadıma salma
qapını üzümə bağlama
sadəcə sus və get.
Baxma mənə qadın,
səni tapmaq yenidən itirməkdi,
səni görmək yenidən sevməkdi.
Çıx get, qadın,
mənə ölümü xatırladırsan.
Bacarırsan unutdur özünü,
elə özünü sevdirdiyin kimi asanlıqla
Axı hardan biləsən ki, sevginin mənasız olduğunu
söyləyən filosof, elə sevgisizlikdən ölüb ,
axı hardan biləsən ki, sevməyin asan olduğu qədər
çətindir unutmaq,
Viski və siqar unudulmaq tablosudur .
Sənin şadlığın mənim xoşbəxtliyimi təxirə salırsa,
demək ki, bəşər övladları birlikdə xoşbəxt ola bilməzlər ,
çıx get qadın, sadəcə sus və get,
bağışla qadın, bağışla ki, sənə
rədd ol dedim . . . .


Küçədə bir axmaq mahnı oxuyur,
Depressiya könüllü represiyyadır.
Ruh mövcud deyil, yalnız vücud yaşayır,
yalnız bədən ölür.
ruh deyilən nəsnə insan təfəkkürüdür.
Paralel dünyaların kəsişməsində
düz xəttlər sonlu olur,
Cazibə qanununun ağırlığı üstünə çökür
Nisbilik nəzəriyyəsi atasını söyür,
insan həyatı vakuma dönür
indisə gedək, zamanımız var,
qeyd edək şərabla ,
şərabla vidalaşmağımı .


Mən Bakıdan əzablara hamilə qaldım, 
müdrik şəhər mənə öyrətdi, 
hakimiyyət sahibi ən bədbəxt quldur.
Xoşbəxtlik duyğusu daş dövründə ölümə məhkum edilib,
tunc dövründə bədbəxtliyi Tanrı bilənlər ona səcdə ediblər. 
müqəddəs nigah hələ eneolit dövrünü yaşayır .
hunların zamanında qalıb igidlik anlayışı.
əvəllər ölülərin yanında əşyalarını dəfn edirdilər.
indi ölünün ləyaqətini alçaldırlar.
gicbəsər ekspertizalar yarır insan vücudunu ,
bəşəriyyət sevgi əvəzinə, nifrət nəğməsi oxuyur
elin dul gəlini kədərdən əcəl çələngi toxuyur.
Yer öz oxu ətrafında deyil,
özgə oxu ətrafında fırlanır. .


Həkimlərə nifrət edirəm,
ölümü təxirə salırlar.
sevgi ginekoloqların uydurmasıdır,
doğulan hər kəsin yaşamaq hüququ,
ağ xalatlı qadının " şirinlik " arzusunda gizlənir.
həkimlərə nifrət edirəm,
işgəncənin ömrünü uzadırlar,
soyğunçuluq edirlər qəddar cani kimi.
amma bəzən təxirəsalınmaz ölümlər də olur,
mücərrəd duyğuların cansızlaşma zamanı.
ən sadiq dostlar ən erkən tərk edənlərdir .
ən ali duyğular qocalmadan vidalaşanlardır.
doğulursan, ağlamırsan, yanına şapalaq vurub,
məcburən ağladırlar, sənin çığırtı səslərin
ağ xalatın ciblərində əskinaslara çevrilir.
Gün doğanda ümidsiz Atanın çəkdiyi siqaretlər
səmanı dumanla işğal edir.
daha bir körpə xoşbəxtlik duyğusunu unutmaq üçün
mənasız moizələr oxuyan dünyaya gəlir. .


hələ gələndə bilmişdim ,
erkən gedəcəyini,
hansı qadın dostunu sevgisindən üstün bilib ki ?
küsməyə bəhanələr axtarar qadın,
sevdiyi kişinin tələbləriylə.
hələ gələndə bilmişdim,
qadınlar dost olmağı bacarmır,
onlara səbirli dinləyici lazımdır,
danışsın, ağlasın və tərk etsin,
bu üç şeyi yaxşı bacarır qadın.
hələ gələndə bilmişdim,
gəlişin qədər gedişinin sürətli olacağını.
buludlar kişilərin axmayan gözyaşlarıdır,
axan yağışsa qadın sevgiləridir.
dost dediyin kişinin nəfəsi üzünə sığal çəkməyibsə,
sevgilini bir anlıq unutdura bilməyibsə,
unutmaq asan olur, sən də unut.
ayrılıq sevginin övladıdırsa,
vidalaşmaq unutdurmaq deyil, unudulmaqdır.
hər kişi sevə biləcəyi qadına dostum deyir,
hər qadın da sevişə biləcəyi kişiyə.
hələ gələndə bilmişdim,
sevişməyəcəyimizi . .
yalqızlaşacağımı, yaddan çıxacağımı . 


Gözəl bir qız ola, mavi gözlü sarışınlar tək
saçlarını yuya, sonra ilıq nəfəsiylə
yaş saçlarını quruda,
göz yaşlarıyla əzablarına tüpürə ,
başını sinənə söykəyəndə
qəlb döyüntülərini sayacaq qədər sevimli ola.
sevgi dolu şeirlər yazanda kimə həsr etdin kimi
gicbəsər suallar verməyə,
yerin kürə olduğunu,
Tanrının qəddarlığını,
Savaşın fəlakətlərini ,
körpələrin qəhərini,
yalanların zəhərini ,
əlillərin kədərini,
unutduracaq qədər
şıltaq, gülərüz ola.
sevgi rəqsində hüdud tanımaya.
Yoxsulluğunu qınamaya
hətta yalanlarına da inanacaq qədər sevə,
uğrunda ölməsə də yadlara olan eşqini
sənə görə öldürməyi bacara,
Axmaq söhbətlərini həvəslə dinləyə
dodaq boyasıyla sinənə adını yaza,
sonra öpüşləriylə o yazını təmizləyə,
qızlıq ismini yaza ruhunun dərinliyinə,
Və taleyinin tragikomik ironiyası üçün
əcəl zəngləri çalına, o gözəllə sevgiləşərkən


Bir şeir yazdır mənə, qadın . . .
elə şeir ki, nəqarəti həzz anındakı
iniltilərin kimi ezackar, 
islaq öpüşlərin, isti nəfəsin,
ruhumda ərimək istəyin qədər 
fədakar olsun.
səndən öncəkiləri unudub,
səndən sonrakılara bağlayım
ruhumun qapısını,
bir şeir yazdır mənə qadın,
sevgisindən doğan şərbətin suyunda
boğulsun dünyanın tozu.
oxuduğum yüzlərlə kitabın
mənasızlığını anlatsın.
gecənin həzin bəstəsinə qoşulub
həqiqət şərqisi yaratsın.
Şərab çəlləyində uyumuş
zavallı şairi oyatsın.
bir şeir yazdır mənə qadın,
sədaqətə əvvəlki tək inanım,
gerçəklərdən usanım,
yalan çarpayısına uzanım
Bir şeir yazdır mənə qadın,
keçmişi xatırlatmasın,
səni unutduracaq qədər
sonsuz gücə sahib olsun.
dayan qadın, tələsmə getməyə,
həyat vərəqindəki ləkələri dodağının
şirəsiylə təmizlə, unut qadın, unut hər şeyi,
keçmişi, indini , gələcəyi.
yenidən başla, yenidən itir ,
yenidən məğlub ol, zatən dünya fırlanır,
başlanğıcla son eyni yerdə birləşir,
bir şeir yazdır qadın, kürəni parçalayıb
üçbucağa çevirsin,
hər yeni ehtiyacda
məni sənə yetirsin..
bir şeir yazdır mənə qadın

Sevgi Tanrının insanla mazaqlaşmasıdır,
Min illər boyu insan sevib, aldanıb, ayrılıb, tərk edilib,
Peyğəmbərin arzularını gerçəkləşdirən eşq
sadə insan həyatını fəlakətə çevirib,
Ayrılıqdan doğulub qadın,
xəyanətdən yoğrulub kişi,
Tənhalıqdan boğulub Tanrı .
Eşqin hədsizliyi sevgisizliyə dönəndə
sədaqətsiz Həvva unudub Adəmi,
cənnət meyvəsi sevgilərdən daha şirindir bəlkə də
Tanrı ərli qadın Məryəmi qaçırıb zorlayanda
Yeni peyğəmbərin əsası qoyuldu,
Sonra İsanın ölümüylə özünü çarmıxa çəkdi,
və o gündən bəşər övladı
Tanrını axtarır. . .

Qovuşmaq məhəbbətin Parisi,
Ayrılıq Budapeşti .
Sevişmək Amsterdamı,
Sevişməmək Vatikanıdır.
eşqsizliyin kimsəsiz övladı Bakı,
dul qadını Bağdad,
ümidsizliyi İstanbul,
tənəzzülü Dehlidir .
eşqin hamilə qadını Pekin,
sərxoşluğu Boqota,
intihari Afina,
görüş yeri Monakodur . . .


bilirəm Yelena, yenə eyni sözləri deyəcəksən,
səfil şair, dünyanın hansı rəngdə olduğundan xəbərsizsən,
daltonik yaramaz, insanları günaha sürükləmə
Tanrı səndən bir gün qisas alacaq, 
ananı sənin hərdəmxəyal həyatını
düşünmək öldürəcək.
uzaqlaş sadist düşüncələrdən
insanlar əzablarının səbəbkarı deyil.
bir qadına xəyanət qarşılığında min qadın satdı səni,
tələbəlik illərində nişanlı qıza bəslədiyin sevgini,
universitet partalarına köçürdün .
amma bir qız vardı, simanı yaddaşının ən məhrəm
güşəsinə köçürmüşdü.
həyat imtahanının Tanrı adlı nəzarətçisi qıza söyləmişdi,
köçürmək qadağandır, özünü aldatma,
qız razılaşmasa da susmuş,
köçürməyə davam etmişdi.
Yelena, sən bir az da atama oxşayırsan,
o da hər gün eyni sözləri təkrarlayır,
saqqalını qırx, Homerə oxşatma özünü.
bənzətməsi yanlışdır, çünki ruhən De Sada yaxınam.
Yelena, daha heç nəyin əhəmiyyəti yoxdur,
heç nəyin fərqində deyiləm,
Mənə ərə gələrsən ?

Sən əvvəlki sarışın qız,
mən bir azca dəyişmişəm, 
Bir az rəngim solğunlaşıb,
saçlarıma ağ düşüb,
Qəlbim eşqlə sağollaşıb,
xəyallarım dalğınlaşıb
Boş məzara sağ düşüb.
Bir az saqqal saxlamışam,
toz gəzdirir özündə,
sükunətdə dayanmışam,
refleks bacarığım 0- a bərabərdir.
Beynimdəki su 100 dərəcədə qaynamır,
ruhumda mənfi sonsuzluq yaşayır,
Müsbət olma ehtimalı,
Leninqrad şaxtasında donur.
Film hələ bitməyib,
davam edir yalqızlıq,
film arası reklamlar,
ananın telefon zənglərinə oxşayır,
görüşün ən şirin anında
zəng vurardı həmişə


70 yaşlı məhbus sevincindən ağladı, ölümünü azadlıqda qarşılayacaqdı, çünki ömürlük həbs cəzası ləğv edilmişdi . 

Nizami küçəsində aclıqdan gəbərən bomujun son arzusu bahalı şotland viskisi içmək idi. . .


14 Şubat 2015 Cumartesi

Sevgi Tanrının insanla mazaqlaşmasıdır,
Min illər boyu insan sevib, aldanıb, ayrılıb, tərk edilib,
Peyğəmbərin arzularını gerçəkləşdirən eşq
sadə insan həyatını fəlakətə çevirib,
Ayrılıqdan doğulub qadın,
xəyanətdən yoğrulub kişi,
Tənhalıqdan boğulub Tanrı .
Eşqin hədsizliyi sevgisizliyə dönəndə
sədaqətsiz Həvva unudub Adəmi,
cənnət meyvəsi sevgilərdən daha şirindir bəlkə də
Tanrı ərli qadın Məryəmi qaçırıb zorlayanda
Yeni peyğəmbərin əsası qoyuldu,
Sonra İsanın ölümüylə özünü çarmıxa çəkdi,
və o gündən bəşər övladı
Tanrını axtarır. . .




Sən əvvəlki sarışın qız,
mən bir azca dəyişmişəm, 
Bir az rəngim solğunlaşıb,
saçlarıma ağ düşüb,
Qəlbim eşqlə sağollaşıb,
xəyallarım dalğınlaşıb
Boş məzara sağ düşüb.
Bir az saqqal saxlamışam,
toz gəzdirir özündə,
sükunətdə dayanmışam,
refleks bacarığım 0- a bərabərdir.
Beynimdəki su 100 dərəcədə qaynamır,
ruhumda mənfi sonsuzluq yaşayır,
Müsbət olma ehtimalı,
Leninqrad şaxtasında donur.
Film hələ bitməyib,
davam edir yalqızlıq,
film arası reklamlar,
ananın telefon zənglərinə oxşayır,
görüşün ən şirin anında
zəng vurardı həmişə



Böyük şəhərlərin tənha olur insanları,
kiçik şəhərlərdəsə dərd ortaqları dostlaşır,
Böyük şəhərlərdə insanları çarəsizlik kiçildir.
kiçik şəhərlərdəsə insanları kiçik xərclər böyüdür.

İlk eşqimə qovuşmaqçun gəldim böyük şəhərə,
unutdum gözləri yollarda qalan ananı,
kirələrdə süründüm, qış gecəsi
yun adyala büründüm. ac dolandım
böyük şəhərin küçələrində dalınca.
Bir gecə barında sərxoş olub
itirdim sənədlərimi.
əvvəl şəxsiyyətimin vəsiqəsini,
sonrasa özünü itirdim…..
Dönmədin geri, baxmadın mənə
ədayla yeridin məni heçə sayaraq.
mən yazıqsa nakam eşqi duyaraq
it sümüyə baxan kimi baxdım
pəncərənə.
ömrüm axdı böyük şəhərin çirkli sularına.
tənha qaldım böyük şəhərdə böyük adamlartək.
bir zamanlar eşqdən köksə sığmayan ürək də
Əridi böyük şəhərin əzablarından küsərək.
Bir yaz gecəsi kiçik şəhərə dönərək,
anamın can verdiyini gördüm.
kiçik şəhərdə yaşayan anam da dözmədi
böyük şəhərin dərdinə.