14 Şubat 2015 Cumartesi

Sevgi Tanrının insanla mazaqlaşmasıdır,
Min illər boyu insan sevib, aldanıb, ayrılıb, tərk edilib,
Peyğəmbərin arzularını gerçəkləşdirən eşq
sadə insan həyatını fəlakətə çevirib,
Ayrılıqdan doğulub qadın,
xəyanətdən yoğrulub kişi,
Tənhalıqdan boğulub Tanrı .
Eşqin hədsizliyi sevgisizliyə dönəndə
sədaqətsiz Həvva unudub Adəmi,
cənnət meyvəsi sevgilərdən daha şirindir bəlkə də
Tanrı ərli qadın Məryəmi qaçırıb zorlayanda
Yeni peyğəmbərin əsası qoyuldu,
Sonra İsanın ölümüylə özünü çarmıxa çəkdi,
və o gündən bəşər övladı
Tanrını axtarır. . .




Sən əvvəlki sarışın qız,
mən bir azca dəyişmişəm, 
Bir az rəngim solğunlaşıb,
saçlarıma ağ düşüb,
Qəlbim eşqlə sağollaşıb,
xəyallarım dalğınlaşıb
Boş məzara sağ düşüb.
Bir az saqqal saxlamışam,
toz gəzdirir özündə,
sükunətdə dayanmışam,
refleks bacarığım 0- a bərabərdir.
Beynimdəki su 100 dərəcədə qaynamır,
ruhumda mənfi sonsuzluq yaşayır,
Müsbət olma ehtimalı,
Leninqrad şaxtasında donur.
Film hələ bitməyib,
davam edir yalqızlıq,
film arası reklamlar,
ananın telefon zənglərinə oxşayır,
görüşün ən şirin anında
zəng vurardı həmişə



Böyük şəhərlərin tənha olur insanları,
kiçik şəhərlərdəsə dərd ortaqları dostlaşır,
Böyük şəhərlərdə insanları çarəsizlik kiçildir.
kiçik şəhərlərdəsə insanları kiçik xərclər böyüdür.

İlk eşqimə qovuşmaqçun gəldim böyük şəhərə,
unutdum gözləri yollarda qalan ananı,
kirələrdə süründüm, qış gecəsi
yun adyala büründüm. ac dolandım
böyük şəhərin küçələrində dalınca.
Bir gecə barında sərxoş olub
itirdim sənədlərimi.
əvvəl şəxsiyyətimin vəsiqəsini,
sonrasa özünü itirdim…..
Dönmədin geri, baxmadın mənə
ədayla yeridin məni heçə sayaraq.
mən yazıqsa nakam eşqi duyaraq
it sümüyə baxan kimi baxdım
pəncərənə.
ömrüm axdı böyük şəhərin çirkli sularına.
tənha qaldım böyük şəhərdə böyük adamlartək.
bir zamanlar eşqdən köksə sığmayan ürək də
Əridi böyük şəhərin əzablarından küsərək.
Bir yaz gecəsi kiçik şəhərə dönərək,
anamın can verdiyini gördüm.
kiçik şəhərdə yaşayan anam da dözmədi
böyük şəhərin dərdinə.



Hiç yorum yok:

Yorum Gönder