28 Mayıs 2015 Perşembe

Eldoradodakı cənnət

                                                
      
    Volter “ Kandid ” əsərini bekarçılıqdan yazdığını deyirdi. Hətta bu əsərin müəllifliyindən imtina edirdi . Bəs görəsən dahi yazıçı nə dərəcədə səmimi idi ? Kandid əsəri siyasi mesajlarla zəngindir. Əsərin əsas ideyası belədir : “ Bütün pisliklər yaxşılığa doğru atılan addımdır ” . Volter məmurların  idarəetmədəki qüsurlarını kəskin şəkildə tənqid etdiyinə görə daim təqiblərə məruz qalmış, Bastiliya qalasında həbsdə olmuşdur. O dini fanatizmin,  edamların əleyhinə  olmuş, bu səbəblərə görə mühacirət həyatı yaşamış, bir ölkədən digərinə qaçmışdır. Kandid əsərini oxumaq hər bir yetkin insan üçün faydalıdır. Volter insan faciəsinə görə əzab çəkirdi. Onun zamanında edam cəzasından, savaşdan ölən insanlar təbii fəlakətlərdə ölənlərdən daha çox idi.
Kandid baron nəslindən olan qızı sevir . Qızı Kandidə layiq bilmirlər. Baronessanı öpmək şərəfinə layiq olan qəhrəman bu hərəkətinə görə malikanədən qovulur. Təsadüfən bolqarlara rast gələn Kandid sonra həbs olunur. Onu təhqir etdilər, çubuqladılar. Lakin bolqarların əlindən qaçmağı bacarır. Kandid düşünür ki, heç bir səbəb nəticəsiz deyil, baş verən hər şey zərurətdən yaranır. Bəzi anlarda yanılır. Müəllimi Panqlos ona mövcud bədbəxtliklərin, gərgin çətinliklərin gələcək inkişafa doğru addım olacağını öyrədir. Kandidsə fikrində yanılır. Ona Kuniqundanın öldüyünü deyirlər. Bu xəbərdən sarsılan Kandid həm də sevgilisinin zorlandığını, işgəncəylə öldürüldüyünü eşidir. Panqlos filosofdur, hikmətli insandır. Paketa ilə cinsi əlaqə zamanı sifilis xəstəliyinə tutulur . Panqlos söyləyir ki, Avropaya bu xəstəliyi Xristofor Kolumbun dəstəsi gətirib. Lakin o məlum səyahətə getməsəydi, Avropa bir çox həqiqətlərdən xəbərsiz olacaqdı .
Əsərin ən qəribə məqamlarından biri Kuniqundanın zorlanmasını, alçalmasını bilən Kandid yenə də fikrindən dönmür, onu sevməkdə davam edir. Panqlos isə ona xəstəlik keçirən Paketaya nifrət etmir. Volter bu əsəriylə nifrətə meydan oxuyur. Sübut edir ki, insan qəlbi sevgiyə məhkumdur, nifrətdən uzaq olmalıdır. Bəşəriyyətin xilası naminə nifrət duyğusunu öldürmək lazımdır. 
Volter yaradıcılığı ərzində yüzdən çox  təxəllüsdən istifadə etmişdi. O, mühafizəkar cəmiyyətə nifrət etsə də belə cəmiyyətlərdə yaşamaqdan xilas ola bilmirdi. Əsərdə hakimiyyətə , əsasən də məhkəmə hakimiyyətinə qarşı kəskin tənqidi münasibət var. Rəhbər şəxslərin qadın düşkünü olmaları onların ədalətli qərar vermələrinə əngəl törədir. Kandid sadiq nökəri Kakambonun optimizm nədir sualına belə cavab verir.
 - Mənim indi anladığıma görə , optimizm çox pis anlama gələn sözdür, hər şey çox pis durumda olanda, hər şey çox yaxşıdır demək – optimizm adlanır.
  Volterin optimizmə inamı bu fikirdə əks olunur. Müəllimi Panqlos Kandidə həyatın nikbin olduğunu söyləmişdi, fəqət əsir düşən Kandid insanların edamını, tonqalda yandırılmasını görür. Bu hadisələr onun iradəsini sındırır . Kandid sevdiyi Kuniqundanın qardaşının qatili olur. Çünki baron hər zaman Kandidi alçaldırdı. Kandidə öz nəslinin tarixini bilmədiyini, aşağı təbəqə nümayəndəsi olduğunu deyirdi. Volter əsərində sosial təbəqələşmənin bəşəri inkişafa vurduğu zərbələri təsvir edir. Volter çox sevgilər yaşayıb, bütün sevgiləri də uğursuz olub. Yazdığı əksər əsərlərdə tənhalıqdan , sevgisizlikdən yaranan gərginlik hiss olunur.
Əsərdə qarı obrazı var. O da zorakılıqların qurbanıdır. Həyatda heç nə əbədi deyil, zadəgan nəslinin nümayəndəsi olan bu qarı yoxsulluq içərisində yaşayır. Kakambo sahibi Kandidin ədalətli qərarlarını, səxavətlki olmasını sevir, ona bağlanır. Sahibini sevdiyi qadına qovuşdurmaq üçün çox çalışsa da bir nəticə hasil olmur. Bir çox dahilər qadınlara qarşı kinli münasibət bəsləyiblər. Volter yaradıcılığında da eyni vəziyyət var. Sanki uğursuzluqlarına görə qadınlardan qisas almaq fikri var.  Hətta monarxlar da Volterə qarşı vəhşi münasibət bəsləyirlər.
  Kandidlə Volter arasında oxşar xüsusiyyətlət mövcuddur, dini təqiblərdən qaçan mütəfəkkirə katoliklərin və protestantların olmadığı şəhər haqqında bəhs edirlər. Həmin ölkənin adını dəqiq bilmirəm. Bəlkə də Kandidin Eldaroda sandığı məkan Volterin təqiblərdən qaçmaq üçün yaşadığı həmin ölkədir. Eldaroda gözəl ölkədir, insanlar nifrətlə yaşamır, sevgi, ali duyğular onların həyat tərzidir .
Kandidin özünə bələdçi seçərkən istifadə etdiyi üsul çox qəribədir. O, ən bədbəxt insanı bələdçi kimi işə qəbul edir. Martenlə Kandidin fəlsəfi söhbətində Volterin yazıçıdan daha çox filosof olduğunu görürük. Bütün dünya Volteri əvvəlcə filosof, sonra yazar hesab edir.
Kilsəyə qarşı kəskin fikirlərinə görə İngiltərəyə sürgün olunan Volter həmin illər ərzində daha çox inkişaf etmişdir. Gənclik illərində Şekspiri gənc şairlərə nümunə göstərən filosof bir neçə ildən Şekspirdən daha yüksək istedada malik olduğunu demişdir .

Volter “ Kandid ” əsərinə görə həm əsəri, həm özünü söysə də  bu kitab mütləq oxunmalı olan kitabdır. 

Margaret Atwood“Kor qatil” romanı

Margaret Atwood haqqında danışacağımız " Korqatil ” romanına görə 2000 – ci ildə Booker mükafatının qalibi olub. Həmin zamana qədər adı 5 dəfə mükafatçılar siyahısında düşsə də yalnız bir dəfə qalib oldu. Dünyada daha çox feminist yazar kimi tanınan Margaret Atwood roman və hekayə kitablarından başqa 15 ədəd şeir kitablarının da müəllifidir. Qeyri – adi yazı üslubu olan müəllif oxucunu düşünməyə, hadisələrin gedişini yazarla birlikdə müəyyən etməyə məcbur edir. Metafizika sahəsini, mifoloji faktları dərindən bildiyi əsasən " Kor qatil ” romanından hiss olunur.
Təsadüfi qəza, yoxsa düşünülmüş qətl ? Luranın ölüm səbəbləri nədir ? Şahidlər intihar etdiyini söyləyirlər ? Bəs həqiqət nədir ? Roman İris Çeysin hadisələri nəql etməsiylə başlayır. Onunla bacısı arasında əksər hallarda qısqanclıq duyğuları yaşanıb. İki bacı uşaqlıqları dönəmində tərbiyəçiləri Renniyə çox bağlanıblar. İntihar edən obraz Laura olsa da İrislə müqayisədə o, öz məqsədlərini həyata keçirmək uğrunda daha çox mübarizə aparır. İris ağır sosial şəraitin sərt qaydalarına boyun əyən cəsarətsiz insandır. Atasının hökmü əsasında Riçard adlı  zəngin biriylə izdivac qurur. Müflis olma təhlükəsi ilə üz – üzə qalan ata qızını Riçardla nigaha məcbur edir. Lakin həyata keçirilən, gerçəkləşən bu qərar Çeysin ailəsini böhrandan xilas edə biləcəkmi ? Romanda idealist düşüncəylə materialist təfəkkürün, nasizmlə kommunizmin toqquşmasından danışılır. Müəllif obrazların diliylə öz təfəkkürünü məntiqli fikirlərlə əsaslandırır. Həmçinin əsərdə dövlət hakimiyyətinin təşkil olunmasındakı çatışmazlıqlardan bəhs olunur. Əsərin adı çox maraqlıdır. Nə üçün məhz Kor qatil ? Romanda azyaşlı uşaqlara qarşı amansız rəftar, kor uşaqların, oğlan və yaz qız olmasından aslı olmayaraq gecə həyatına, fahişəliyə məcbur edilməsi , ən yaxşı haldasa həmin kor uşaqların fahişəxanadan xilas olsalar da gecə həyatından qurtula bilməmələri , oğru , cani, qatil olmaları haqqında fikirlər var. Həmin insanların kədərli taleyindən söhbət açılır.
Romanda diqqətimi ən çox çəkən məsələlərdən biri də budur :
" Böhrandan xilas olmaq üçün bəzən müharibələrə də ehtiyac olur ” Konkret olaraq bir fikir söyləmək çətindir. Bəlkə də bu düşüncə aclıqdan bezən insanın ölüm arzulamasından doğulur. Müharibədən qayıdan ata ateistdir.Bəlkə də  savaşda gördüyü fəlakətlər Tanrı sevgisini məhv edib. Lakin qızı Laura Tanrıya inanır. İnsanları Tanrıya ibadət etməyə çağırır, lakin əsərin sonlarına yaxın görürük ki, Lauranı monastıra qəbul etmirlər. Bəs Lauranın monastıra qəbul edilməməsinin səbəbləri nədir ? Margaret həm də eşq mövzusuna toxunub. Yazıçı hesab edir ki, eşq günahdır, amma vazkeçilməz günahdır. Gerçəyi o zaman yazmaq olar ki, yazdıqlarının oxunulmayacağından əmin olasan. Romanın bəzi hissələri olduqca anlaşılmazdır. Sanki əsəri bir neçə nəfər yazıb.
Margaret materialist ideologasiyasına sahib olsa da yaratdığı obrazlar da idealist təfəkkürə hədsiz maraq var. Romanın sonunda Laura sanki illər boyu inandığı Tanrı tərəfindən tərk edilir. Çeysinlər ailəsində dini təfəkkürlər tamamilə fərqlidir. Valideynlərdin biri metodist, digəri anqlikan təriqət nümayəndəsidir. Bəlkə Atwood insanları dini birliyə səsləyir ? Romanı Çeynis ailəsinin faciəsi də adlandırmaq olar. Renni obrazı bu ailəyə sədaqəti ilə diqqəti cəlb edir.
Laura fotoşəkilləri rəngləyir, bu, onun psixoloji durumundakı çətinlikləri göstərir. Normal şüura sahib olan insan fotoşəkilləri rəngləyərmi ? Romanın ən gərgin anlarından biri iki bacının eyni kişini – Aleksi sevməsidir. Aleks canidirmi ? Əgər canidirsə onu hansı cinayətlərə görə günahlandırmaq olar ? Laura onu nə üçün gizlədir ? Romanı bütövlükdə məntiq oyunu hesab etmək olar. Ay ərzində 17 kitab oxudum. Amma heç biri beynimi bu şəkildə lərzəyə salmadı. Beynim son dəfə belə çaxnaşmanı Kamyunun " Yad ” əsərini oxuduğum zaman yaşamışdı. Laura, İris və Aleksin birgə çəkdirdikləri foto var, həmin foto Aleks Çeynislərdən ayrıldıqdan sonra Laura fotodan İris olan hissəni kəsir, İris də həmçinin Laura olan hissəni kəsir. İnsan hisslərinin əməli olaraq bu formada təsvir edilməsi ağılagəlməzdir.
Yazıçı " Korqatil ” romanında burjua inancını batil hesab etdiyini deyir. Bacılardan biri atalarına qatı kapitalist olmasına etiraz edirlər. Məncə romanın ən bədbəxt obrazı İrisdir. Çünki anasını, atasını, bacısını itirir, əri Riçardla xoşbəxt ola bilmir. Doğmalarının ölümü onu sarsıdır. Lauranın qeydləri insanı şok vəziyyətinə salır . Onun müqəddəs kitabdan sevmədiyi hissələri kəsməsi bacısı İrisdə hədsiz heyrət yaradır.
Evliliyin ilk günü, zifaf gecəsi İris Riçardla cinsi münasibətindən həzz almır. Əksər hallarda düşünülür ki, qadın zövq almırsa cinsi zövqü başqa kişilərdə axtaracaq. Atwood isə zənn edir ki, qadın əriylə cinsi münasibətdən həzz alırsa başqa kişilərdə müxtəlif həzlər axtaracaq.
Romanda ən çox sevdiyim fikirlər :
" Gənclərdə şəhvəti eşqlə qarışdırma halları var , hər cür məsələdə idealistdirlər ”
" Planet bir zaman inkişaf etmiş ancaq indi ölmüş olan yüksək sivilizasiyadan xatirə qalmış bir çox maraqlı qalıqlara sahibdir . Hər cür ağıllı həyat tərzinin yox olmasına yol açan fəlakətin nə olduğunu bilmirik ”
" Bəzən insan əslində gerçəkləşməyəcəyini bildikləri bir şeyə ümidsizcə inanırlar. İnsanlar xoşbəxt sonluğa necə ağlayırsa, toy sevincinə də eyni səbəblə ağlayır ”
Qatil öz qurbanına aşiq ola bilərmi ? Aşiq olsa onu necə xilas edə bilər ?
Bütün bu suallara cavab tapmaq üçün Margaret Atwoodun " Kor qatil ” romanını oxumaq lazımdır. Romanı daha dərindən dərk etmək üçün təkrar yenə oxuyacam. Çox ciddi fəlsəfi- psixoloji əsərdir.

Con Fante mənim Tanrım oldu

Yaradıcılıq arzusu, yaşam eşqi olan hər kəsdə fərqli formalarda olsa da bir Baldini yaşayır. Öz şəxsiyyətinə bu dərəcədə pərəstiş etmək, söhrətpərəstliyə qapılmaq əksər yaradıcı insanlarda olur. Çünki yaradıcılıq ego məhsuludur. Romanın baş qəhrəmanı Baldini qeyri – müəyyən fikirlərlə zəngin obrazdır. Hekayələrini bir neçə dəfə redaktor Halkmuta göndərsə də uğurlu cavab almır. Lakin Halkmuta yazdığı ümidsiz məktubu redaktorun diqqətini cəlb edir və həmin yazını dərc edib Baldiniyə qonorar ödəyir. Küçələrdə dolaşan Baldini əsas bir məsələ haqqında düşünür :
Indi hər kəs mənə baxacaq, məni bir – birinə işarə edəcək, mənim hekayələrimdən danışacaq, imza almaq istəyəcəklər. Fəqət gözlədiyi diqqəti görmür, bəzi anlarda ümidsizliyə qapılır. Con Fante " Tozdan soruş ” adlı romanında göstərir ki, kişi üçün ən ağır xəstəlik qadınsız qalmaqdır, Qadınsızlıq kişidə nevroz yaradır. Elm də bunu sübut edir. Aclıqdan xilas olmaq üçün Baldini portağallarla qidalanır. Romanın bu hissəsi çox ağırdır. Gecə barlarından birində Kamillanı görür və aşiq olur. Hətta yoxsul anında belə özünü kübar, zəngin kişi kimi göstərir. Bu da söhrətpərəstlik nəticəsində yaranır. Başqa bir nəşriyyat da həmin yazını xülasə formasında istəyir və nəticədə Baldini əlavə 100 dollar qonorar alır. Bu onu sevindirir, lakin daxilində bir nagümanlıq var. O Kamillanı arzuladığı zamanda vera adlı qadın peyda olur. Baldini onun – Veranın Kamilla olduğuna özünü inandırmaq istəyir. Lakin müəyyən müddətdən sonra bu daxili gərginlikdən, isteriya anından xilas olduqdan sonra öz həqiqi Kamillasının axtarışına çıxır. Onu tapır, bəs sonra nələr yaşanır, Kamilla ondan nələt tələb edir.
"Tozdan soruş ” romanı bir yaradıcı insanın faciəsini əks etdirir. Əsərin sonunda Baldiniyə yazlarına görə yüksək qonorar verirlər. Lakin o uzun müddət həsrətində olduğu redaktor diqqətini, oxucu qayğısını görsə də yenə də tam olaraq xoşbəxt deyil. Vera gedir, Kamilla yenidən qayıdır, lakin bir daha gedir. Bandini yenə də tənhadır. Bundan sonra milyonlarla qonorar alsa da heç nə dəyişməyəcək. O ümidsizliyə qapılacaq. Əvvəlki şöhrətpərəstliyi zamanla öləcək. Oxucuları çoxalsa da o əvvəlki kimi həvəsli olmayacaq. Yazarın kitabı nəşr olunur, lakin o ilk hekayəsininn çap olunması xəbərini eşitdiyində sevindiyi kimi sevinmir.
Hanı Kamilla ? Şöhrətpərəst, təkəbbürlü Baldini yenə də qadınsızdır. Ona başqa qadın yox, məhz Kamilla lazımdır. Ondan teleqram gəlmir. Kamillanı tapa bilməyən Baldini kitabının ilk səhifəsinə Kamillaya sevgilərlə , Arturo yazır və kitabı külək istiqamətində bacardığı qədər uzağa tullayır .
Zero Nəşriyyatının oxuculara təqdim etdiyi bu kitab axıcı təhkiyəsi ilə insanı mütaliəyə çağırır. Tərcümə də uğurlu alınıb. Bu zamanadək Zero Nəşriyyatının cib kitablarını oxumuşdum. Cib Kitablarını istənilən yerə aparmaq olar. Həmin kitabları ictimai nəqliyyat vasitələrində oxumuşam.
Nicat Həşimzadə

27 Mayıs 2015 Çarşamba

"Mexikolu alfonsun Bakı macəraları" + 18



Sevdiyi qadın ona xəyanət etmişdi, qəzəbli idi. uşaq yaşlarında zorlanan imperator dünyadan necə qisas aldısa o da belə vəhşi şəkildə intiqam almaq istəyirdi. Mexikoda doğulmuş, orada böyümüşdü. gözəl qaməti, yaraşıqlı siması, seksual bədəni vardı. Əlləri hamar və ağappaq idi. Brend ayaqqabılar geyinərdi. Qadınların ən çox diqqət etdiyi iki əsas məsələ, kişinin əlləri və ayaqqabıları. Şəhərləri gəzir, qadınların pulları hesabına yaşayırdı, bütün alfonslar ilk tanışlığa kədərli eşq əhvalatıyla başlar, ya da uşaqlıq illərində yaşadığı çətinliklər, gənclik məhrumiyyətləri əsas söhbət mövzusu olar. Alfonslar qadından sevgi yox, mərhəmətlə verilən bəxşişləri tələb edər. Amma bəzən yaşlı qadınlara xidmət göstərəndə əsəbləri korlanar, peşələrinə görə nifrət edərlər özlərinə. Amma nə qədər ki pul var, hər şey satılacaq, alınacaq.  Məşhur filmdə deyildiyi kimi. İnsanlar 3 qrupa bölünür , satanlar, alanlar və satılanlar.
Bəzən gənc xanımlar da düşürdü bəxtinə, belə hallarda təəccüblənərdi. Axı bu qızlarla yatmağı çox kişi arzulayar. Amma bunun da müxtəlif səbəbləri var, Alfonslar əsla utanmaz, komplekslərdən uzaq olar, Sirr saxlamağı bacararlar. Erotika dərslərində peşəkardırlar, bədənlər  qovuşmadan təkcə əlləri ilə gözəl sevişərlər, qadını orqazma çatdırarlar. Alfonsların bədən və beyin dilləri  eyni sözləri danışar. Onlar dünyanın gerçək simalarıdır.
 Garsiya Ernandes ölkələri gəzərək alfonsluq fəaliyyətini davam etdirirdi. Eşitmişdi ki, Bakı adlı şəhərdə transları, homoseksualları təhqir edir, alçaldır və hətta ya öldürür, ya da özünü öldürmə həddinə çatdırırlar. Ölümlə oynamaq Ernandes üçün xüsusi adrenalin idi. Böyük həvəslə Bakıya gəldi. İşləri yaxşı alınmadı. Çünki Azərbaycanda alfons fəaliyyətinə elə də kəskin ehtiyac olmur. Yalnız ərləri impotent olanlar onun xidmətindən istifadə edirdilər. Anatomiya müəllimi orta məktəb illərində Ernandesdən soruşmuşdu, insan bədənində o nədirki, 7 saniyəyə qalxır,
Ernandes cinsi orqan deyə cavab vermişdi, Müəllimi qulağını burmuş və demişdi:
 - Qan təzyiqi Ernandes, qan təzyiqi.

Səni sevən insana sevgi əvəzinə mərhəmət göstərmək onu öldürmək deyil,  ruhunu sındırmaqdır, insanı öldürmək olar, amma ruhunu alçaltmaq vəhşilikdir. Ernandes mərhəmətli insan idi, amma peşəkar alfons olduğuna görə təmənnaslz iş görmürdü. Azərbaycan haqqında fərqli məlumatlara malik idi, amma düşüncələrində yanıldığını dərk etdi. Cəmiyyət intelektual olmağı bacarmadan "Avropalaşırdı ". bu süni xəstəlik özünü incəsənətdən, mədəniyyətdən, intelektual sahələrdən başqa hər şeydə göstərirdi.
 Dünyanın ən əxlaqsız yazarı sayılan Markis De Sad bakirə qızla sevişmək üçün qıza deyir:
 - Valideynlərindən icazə al,özümü səni zorlamış kimi hiss etməyim.
intelektuallıq insandan eleqant olmağı tələb edir. Ernandes sivil, savadlı insan idi. Düşünürdü ki, tez- tez sevişməsən dünyanın nizamını itirərsən, qadının sevişmə istəyinin olub- olmaması kavalerinin baxışlarından, vücud dilinin danışığından asılıdır. O anladı ki, Azərbaycan qadınları vəhşi seksi romantik, nəzakətli əlaqədən daha üstün hesab edirlər.
Hər kişinin ruhunda bir qadın ağlayır, hər qadının ruhundasa ömür boyu nə olduğunu kəşf edə bilməzsən.. qadınlar sərhədsiz dərəcədə sirlidilər, təhtəlşüurlarını heç zaman oxumaq olmur. və bu yaxınlarda bir həqiqəti kəşf etdim ki, ötəri münasibətləri qadınlar kişilərdən daha çox arzulayır. Bakıda cəmi bir müştərisi oldu. Əri impotent olaN vəzifəli bir qadın alfonsun xidmətlərindən həvəslə istifadə etdi. Ernandes də narazı deyildi, qadın yaşlı olsa da pul xərcləməyi sevirdi. Lakin bədənin intim yerləri tüklü olduğundan Mexikolu alfons bəzən hirslənirdi. 
Qadın insanların  bu hadisələrdən xəbər tutacağından ,  nüfuzunu itirəcəyindən qorxdu. Və Mexikolu alfons sadəcə “ yox ”  oldu. Hələ də yaşadığı ya öldüyü bilinmir. Mexikolu alfonsun Bakı macəraları beləcə sona çatdı, bu şəhər taleyinə meydan oxuyan qisasçı insanları sevmir.

                                                                         Nicat  Həşimzadə

21 Mayıs 2015 Perşembe

Anasız tərbiyələr

  Analar qızlarına tərbiyə əvəzinə nevroz verirlər . Kitab həvəskarı olan gənc oğlan qızın əlindəki kitabı görüb yaxınlaşır .
  - Xanım, kitaba baxmaq olar ?
  Qız qışqıraraq kobud jestlərlə cavab verir :
 - Xeyir, olmaz.
Oğlan pərt olur, bağışlayın belə sərt cavab gözləmirdim.
- Rədd olun da. Gərək qışqırım. ( sanki bayaqdan asta tonda danışırdı )
Sualım belədir, nə üçün bu ölkədə qızlar nevrozdur, niyə elə düşünürlər ki, bütün oğlanlar onları zorlamaq istəyir. Nədir axı bu qorxunun səbəbi ? Analarla qızlar arasında niyə bu qədər uçurum var ? Hansı səbəblərə görə analar qızlarına tərbiyə verə bilmir? Ümumiyyətlə övlada təlim – tərbiyə dərsi keçmək lazımdırmı ? Qızlar sabahın analarıdır, onlar kitab oxumurlar, gələcək anaların beyinlərini manıslar, mənasız şou proqramlar və türk serialları formalaşdırır. Daha dəqiq desəm formalaşdırmır, əksinə olan – qalan beyinləri də bu kimi vasitələrlə yuyulur. Bəs valideynlərimiz istirahət saatlarını nəyə sərf edirlər, Ömrü boyu qəzet – kitab oxumayan ana övladına  nələr öyrədə bilər . Televiziya və internet əsarətindən xilas ola bilməyən valideyn övladına zaman ayıra bilmir, övladının dərslərinin səviyyəsindən xəbərdar olmur, həyatı ilə maraqlanmır, heç olmasa həftədə 1 dəfə gündəliyinə də baxmır. Daha sonra həmin övlad 150 balla heç sevmədiyi, hansısa təsadüfi bir ixtisasa qəbul olur. Yenə də oxumur, çünki genetik kodların böyük əhəmiyyəti var. Ana dünya mədəniyyətinə, dünya tarixinə qarşı laqeyd münasibət bəsləyirsə, intelektuallığa meyilli deyilsə onun qızı da eyni münasibəti göstərəcək.
  Bilirsiz, bu nəyə oxşayır ? Nəvəsini teatra, kitabxanaya aparmaq əvəzinə tində həmyaşıdları ilə nərd oynayan qocalar gənclikdən narazılıq edirlər ? Mən bu cür qocalara tin ağsaqqalları deyirəm .
  Bütün dünya gəncləri oxuyur, çalışır , intelektuallığa meyil göstərirlər, nigah, sevgi kimi məsələləri unudublar, amma Azərbaycanda qızlar ər axtarır, oğlanlarsa “ fırlatmağa ” qız axtarır. Nəticədə hər iki cins yalnız seks haqqında düşünür.
Bu cür düşüncəylə cəmiyyətimiz məhvə gedir. Nə zamana qədər beynimizi yuyacaqlar. 2014 cu ildə ən çox yadda qalan söhbətlər :
 - Tələsmə Zaur, qurban olum , tələsmə.
- Əəə, komandir vur.
-  bax, doyunca bax. Həsret qaleceysen.
Və gələk 2015- ə.
- Həcilik başqa söhbətdi Yavər .
Bütün bunlar xalqımızın intelektual səviyyəsizliyindən xəbər verir . . .


Nicat Həşimzadə    

18 Mayıs 2015 Pazartesi

" Qadınını paylaşan ər "

            
Çox anlaşılmaz insan olan Yura qeyri – adi davranışları ilə məni  təəccübləndirirdi. Sevgilisinin xəyanət etdiyini bilsə də nigahdan imtina etməmişdi. İzdivac illərində də qadın onu aldadır, hətta bir yox, bir neçə kişiylə görüşürdü. Yura da hər şeyi bilir, biruzə vermir, susmağa üstünlük verirdi. Natalya əvəllər oynaşlarını ərindən gizlətsə də sonralar bunu lüzumsuz hesab etdi. Yura evdə başqa insanın olduğunu anlayanda səssiz halda uzaqlaşar, qadınını başqa kişinin qoynunda sərbəst qoyardı. Bilirəm, çoxlarınız onu ləyaqətsiz hesab edəcəksiz. İçinizdən ona vicdansız deyənlər olacaq. Amma inanın, Yura gözəl insandır. Heç vaxt  dostunu satmaz, çətin vəziyyətdə qoymaz, kimsəsizlərə dəstək olardı. Natalyanı da sevirdi. Etdiyi bütün rəzalətlərə baxmayaraq boşanmaq haqqında düşünmürdü. Yura boşanmaq istəməsə də Natalya özü məhkəməyə boşanma haqqında ərizə təqdim etdi. Onun xəyali ər obrazı qadınını oynaşıyla birlikdə yaxalayarsa hər iksini öldürməli idi. Ərini şərəfsiz sayan qadın beləcə ilk nigah həyatına son qoydu. Qısa zamandan sonra Yura yenidən evləndi. Bəxtindən Anya da Natalya kimi oldu. O da zəngin oynaş siyahısına sahib idi. Ər bu dəfə də etiraz etmədi. Sanki kişilər Anyayla Yuranın da əvəzinə yatırdılar . Yuranın münasibətindən belə düşünmək olar. İkinci evlilik həyatı da uzun sürmədi. Hər şey təkrar olundu, Anya da Natalya kimi düşündü və boşandı. Xoşbəxtlikdən heç biri Yuraya övlad sevinci bəxş etmədi. Yoxsa aliment ödəməkdən ödəcəkdi yazıq ər.
2 il sonra Yura dul qadın Mavrayla evləndi. Çox danışıb başınızı yormaq istəmirəm. Mavranın oynaşları Anya və Natalyanınkın da daha çox idi. Hətta ikisinin cəmindən 2 dəfə çox idi. Mavra da Anya və Natalya kimi Yuradan boşandı. Qeyri – müəyyən, ziddiyətli düşüncələri ilə məni təəccübləndirən Yura sanki həyadakı təzadlara meydan oxuyurdu.
     Depressiyaya qapılmışdı. 3 evlilik həyatı. Hər üçü də uğursuz. Heç birində də onu günahkar saymaq olmaz. Əsəbləri qarışan Yura sinaqoqa daxil olub ravinə qışqırdı :
-  Mən günahsızam və bədbəxtəm . Üç dəfə evləndim , heç birində bəxtim gətirmədi. Axı İsa insanlara xoşbəxtliyinizi paylaşın , - deyirdi. Mən o qadınları sevirdim. Onlar mənim xoşbəxtliyim idi . Təkcə İsanın sözlərinə görə mən öz qadınlarımı, öz xoşbəxtliyimi başqaları ilə paylaşdım. Bəs hanı Tanrının ədaləti, hanı xoşbəəxtlik haqqında moizələr oxuyan İsanın bəşəri müqəddəsliyi ?

İki həftə sonra Yura əsəb sarsıntısından öldü. Anya, Natalya və Mavra birləşərək onun dəfn mərasimini təşkil etdilər. Yuranın cəsədiylə növbə ilə vidalaşdılar. 

15 Mayıs 2015 Cuma

Kamyunu öldürənlər

                                                   

  İnsanlar ölür və onlar xoşbəxt deyillər. Bu fikir Kaliqulaya məxsusdur. Bəs Kaliqula kimdir ? Roma imperatoru , həqiqət axtaran müdrik insan ya daxili gərginlik içində boğulan,  Ayı axtardığını söyləyən axmaq ? O yaxın qohumu Druzillanı sevir. Hər kəs onun qızı zorladığını düşünür. Bəs həqiqət nədir ? Kaliqula eyni anda bir neçə qadını sevir, lakin bunu xəyanət zənn etmir. Bəzi anlarda o bütün insanları sevir. Lakin həm də köməkçisi ilə söhbətləşəndə necə qəddar imperator olduğu hiss olunur. Bəlkə də bu, qəddarlıq deyil. Hakimiyyətin tələbidir. Əgər xəzinə varsa insan həyatının heç bir önəmi yoxdur. Bunu Kaliqula deyir, həmçinin onu da deyir ki, insanlar xoşbəxt deyil, onların həyatında çatışmazlıqlar var, hiss edirəm ki, mənim də içimdə adsız varlıqlar oyanır. Mən elə bilirdim ki, ümidsizlik qəlbin xəsislidir. İnsan olmaq necə də çətin və acıdır. Əgər dünyadakı qayda – qanunları dəyişə bilmirəmsə qüdrət mənim nəyimə gərəkdir ? Mən əzablardan gülüş zərrələri yaratmaq istəyirəm . Mən istəyirəm ki, insanlar ölməsin, xoşbəxt olsunlar, hər kəs bərabər olsun. Lakin mənə qurbanlar və müqəssirlər gərəkdir. Bütün bunları Kaliqula sevgilisi Sezoniya ilə  söhbətində danışır.
Patrisilər elə zənn edir ki, Kaliqula onların ləyaqətini alçaldır. Həqiqətən belədir. Qay onların hisslərini heçə sayır, qadınlarını əllərindən alır, yaxın silahdaşının və sevgilisi Sezoniyanın atasını öldürür. Onun hərəkətləri insanlarda ikrah yaradır. Haqlı olaraq ondan qurtulmaq üçün sui – qəsd planı hazırlanır. Ən yaxın silahdaşları və sevgilisi Sezoniya bu planda fəal iştirak edirlər. Lakin Qoca patrisi Kaliqulaya bu sui – qəsd planı haqqında xəbər verir .             Kailula isə qocaya deyir :
 - Sən mənə sadiqliyini göstərmək üçün  öz yoldaşlarını satırsan ? Səncə mən sənin satqın olduğunu düşünməliyəm ?
Kaliqula dözülməz azadlıq arzu edir. O, Ayı axtarır, onu ovcunda saxlamaq istəyir. Təmmənasız sevgiyə ehtiyacı var. Xereneyanın ona nifrət etdiyini bilsə də qarşı tərəfə kinayəli münasibət bəsləmir. Xereneyaya gözəl qəlbə, möhtəşəm duyğulara sahib olduğunu deyir. Əsərin sonunda Kaliqula öz – özünə deyinir :
 -  yox, deyəsən mənə Ay qismət olmayacaq.
Öz mənəvi susuzluğunu yatırmaq üçün sonsuz ülviyyət axtarışına çıxan Kaliqula axtardığını tapa bilmir. Acizliyini dərk edir. Helikon ona sona qədər sadiq qalır. Sonda sui qəsd gerçəkləşir. Helikon və Kaliqulanın ölümü ilə əsər sona çatır .
Kaliqula tarixə doğru gedir və ona qılınc vuranların üzərinə qışqırır :
- Mən hələ yaşayıram . .
Albert Kamyu müəmmalı avtomobil qəzasında həlak olub. Bu ölümün sui – qəsd olduğunu düşünürəm. Əsərin sonuna çatanda düşdündüm  : Bəlkə Kamyunu öldürənlər elə Kaliqulanı öldürənlərdir ? Təbii ki ideyalar baxımından . Kamyu da Kaliqula kimi ziddiyətlər tufanında boğulan insandır. Biri bədii , digəri isə həyati obrazdır.
Xan Rəsuloğlunun tərcümə etdiyi “ Kaliqula ” əsərini mütləq oxuyun .


Nicat Həşimzadə 

Rahibələr monastrında kişilər ( hekayə )


Zorlanma nevrozu dinin karikaturasıdır.( Freyd ) Ən böyük həqiqət sənsən, qalan hər şey uydurmadır.

Uğursuz qadınların ömürlərini çürütdükləri bir məkan düşünün, sonra o məkanda toz basmış, oxunmayan minlərlə kitabı xəyal edin, kişi üzü görməyən divarların qadın kimi zərif görkəmdə olmasını, bir də həyatının 40 ilini burada keçirən 60 yaşlı bakirə qadının aqibətini təsəvvür edin. Qotik üslubunda inşa edilmiş monastrın divarları insan kədəriylə bəzədilmişdi. Gürcü memarlarının hazırladığı Məryəm ana ikonası mərkəzə, hər kəsin görə biləcəyi yerə qoyulmuşdu, ikonanın arxasındakı divardan “ Çarmıça çəkilən İsa ” tablosu asılmışdı. Rəssamın kimliyi bilinmirdi, monastırı inşa edən memarın bəlli olmadığı kimi. Deyilənlərə görə gürcü bir memarın sxemi əsasında inşa edilib bu tarixi məkan, Xaç yürüşündə əsir düşən müsəlmanlardan qul kimi istifadə olunmuşdu. Məğlubiyyəti həzm edə bilməyən Səlahəddin intiqam alanadək çox insan ölmüşdü aclıqdan. Monastır divarlarından kədərlə bərabər günahsız insan qanları da axırdı. Bəzən rahibələr qorxu hissi yaşayırdılar.

Rahibələr İsanın Tanrı oğlu olduğuna inanırdılar, əmin idilər ki İsa heç zaman qadınla yatmayıb. Fəqət, İsa çarmıxa çəkiləndə Maqdalalı Məryəm hamilə idi. Ona sədaqətlərini nümayiş etdirən rahibələrlə yanaşı peşiman olanlar, gənc ömrümü niyə bu vəhşətli divarlar arasında məhv edirəm deyə düşünənlər də var idi. Özlərini mühakimə etməyə yetərincə səbəbləri olan qadınların yeganə təsəllisi vardı. Onlar üçün Günəş əbədilik qürub etmişdi, yalnız İsanın zühuru sayəsində Günəş yenidən doğacaqdı onlara görə . Körpə görəndə gənc rahibələrin qəlbi sızlayardı, lakin susardılar və düşünərdilər :
- Məryəm ana Tanrı yolunda Övladı İsadan imtina edərdimi?
Yalnız mavi gözlü, qumral saçlı gözəl Yelena İsanın ruhuna tüpürərək sevdiyi kişiylə sevişirdi. O, əmin idi ki, Tanrının elçisinin mübarək vücudu bir neçə qadının qoynunda həzz duyğusu yaşayıb. Məsələdən xəbərdar olan rahibələr Yelenanı qovmaq qərarına gəldilər. 60 yaşlı qarı hökmü təsdiq etdi. Hər kəslə ehtiramla sağollaşan qız ilk dəfə idi ki, uğursuzluğundan zövq alırdı. Uzun müddət övlad sahibi ola bilməyən valideynlər Tanrıya dua etmişdilər :
- Yeri göyü heçdən xəlq edən ey müqəddəs Yaradan, bizə övlad yetir, vəd edirik, onu monastra göndərəcəyik, ömür boyu sənə səcdə etsin. Oğlumuz olsa onu keşiş məktəbinə göndərərik, insanlara Tanrının sözlərini oxuyar. Qızımız olsa rahibələr məktəbinə göndərib dini biliklər qazanmasına və əbədilik sənin qulun olmağına səbəb olarıq. Və beləcə Yelena 12 yaşına çatanda monastıra göndərildi, daha doğrusu qovuldu. Bir neçə dəfə qaçmaq istəsə də Tanrının qəzəbindən qorxmuşdu. Yelena 218 addım atmaqla məzarlığa çatırdı, həmin məsafəni geri qayıtdığı zamansa 209 addım atırdı. Məzarlıqdan qorxduğu üçün asta addımlarla gedirdi. Geri qayıdan zamansa özünü rahat hiss etdiyindən sürətini nisbətən artırmalı olurdu. O, bütün dinlərə qarşı üsyan etməyə hazır idi, lakin məğlubiyyətdən, tənha mübarizə aparmaqdan qorxurdu. Kilsəni məcburən tərk etdikdən sonra sevgilsinə qovuşdu, zatən istədikləri zaman görüşə bilirdilər, əvvəlkindən fərqli olaraq indiki görüşlər, sevişmələr həyəcansız idi. Yelena sevişməkdən bir kdaha əvvəlki kimi həzz ala bilmədi, ona zövq yaşadan səbəb yalnız sevgi rəqsi olmayıb, təlatümlü duyğuların ruhuna hakim kəsildiyi an monastr qorxusuyla sevişmək olub.
Və bir gün gözlənilməzlərin ən dəhşətlisi yaşandı bəlkə də, ilk dəfə idi ki, monastra quldurlar hücum etmişdilər. Mərhəmətsiz canilər monastırdakı qiymətli əşyaları, yoxsulların yardımı üçün bağışlanılmış bəxşişləri oğurlamaqla kifayətlənməyib rahibələri zorladılar. Müqəddəs İsa, mərhəmətli Məryəm ana, bizə kömək ol, - dedi rahibə qadınlar. Amma heç bir qüvvə onlara təcavüz edilməsinin qarşısını ala bilmədi, Bütün dini inancların edam olunduğu gün idi , həmin gün. Tablodakı İsa dəli kimi gülürdü, Məryəm ana ikonası isə başını aşağı dikmişdi utankc hissindən. Sanki bu sözləri demək istəyirdi:
-- İnsan faciəsinə istehzayla gülən o varlığı mənmi dünyaya gətirmişəm ?
Yelena həmin gün ana olmuşdu, məsum körpənin dünyaya göz açdığı gündə zorlanan qadınlar öldürüldülər. Ölən rahibələrin sayı haqqında heç kəsin dəqiq məlumatı yox idi. İki nəfər sağ qalmışdı, monastırdan qovulan Yelana və 60 yaşlı bakirə rahibə. Qarını zorlayan olmamışdı, bu idi , sağ qalma səbəbi. O hələ də bakirəliyini İsa üçün qoruyurdu
Tanrı olmaq istəyinin nəticəsi
əzablardan gülüş zərrəcikləri
yaratma arzusudur. 
kədər içində ali varlıq
bir heçliyə çevrilir,
fəqət hətta donuzlar da
sevişəndə gözəlləşirlər.
müqəssirlər Tanrının havadarı,
qurbanlar aristokratların əyləncəsidir.
əgər kainata sahib olma istəyi varsa
bəşər övladı xoşbəxtliyi dadmadan öləcək .
məhəbbətlə həyat ayrı - ayrı nəsnələrdi,
eşq yaşam, həyat həqiqət,
həqiqətsə ölümdür.
hətta ən saf eşqdə də
bir azacıq zorakılıq olmalı ki,
hədsiz müqəddəslik meşşan
əxlaqına çevrilməsin .


İngilis dilində şeir yazdım .
My life is dark, is cold noWdays
but before ı had faund light.
again i have lost my hapiness
and noW i am sad,
i am hopeless.
becouse everyone forgets me.
humanity is unkind, impolite

i missed for my childhood.
now i am listening to Adam Hurst
no, i am not happy.
give me my dreams, my past
and i shall kiss your hand.

10 il sonrakı mənə məktub




Salam, Nicat. 10 il əvvəlki hesabata görə sən artıq ölməli idin. Amma materiya səni çox sevidiyindən  dünyanı tərk etməyinə icazə vermədi. O zamanlar hər həftə bir qıza aşiq olardın. İndisə eenrjin qalmayıb, qocalmısan, şair. Bir az da yoxsullaşmısan. Qadınlar üçün uğursuz kişi obrazısan. Qadın yazarlar səndən mükəmməl personaj yarada bilər. Elə bilirdin ki, kitabların satılacaq. Gözəl qadınlar səndən imza almaq üçün saatlarla növbədə dayanacaqlar. Unutmuşdun ki, kapitalizm dünyasında səfil şair uğurlu sevgili sayılmır. 10 il ərzində çox şey dəyişsə də müsbət hadisə olmayıb. Valideynlərin qocalıb. Aldığın əmək haqqı səni qane etmir. Zaman keçdikcə əyyaşa çevrilirsən. Nədir, ay axmaq, elə bilirsən ki, özünü Heminqueyə bənzətsən dahi yazar olacaqsan. Azad olmaq istəyirdin. Nə olsun ? Nədir axı azadlıq ? Hakimiyyətsizlik sənin ən üstün ideyan idi. Dəfələrlə həbs olundun. İdeyandan imtina etmədin. Amma heç nəyi də dəyişdirə bilmədin. O zamanlar sən Tanrı olmaq, dünyaya hökm etmək istəyirdin. İndisə ən rəzil varlıqlar sənə Tanrılıq edirlər. Kədərinin miqdarı artıb. Saçların ağarıb, üzündə qırışlar var. Əsəbdən əllərin əsir. Unudulmusan şair. O qədər sevgilər yaşasan da tənhasan. Müdriklik tənha insanlara məxsusdur. Bəlkə  taleyinin belə alınması daha yaxşı olub.
Məğlub oldun. Ehtiyac səni də sındırdı.  Səmimi ol, həqiqəti de. Hələ də ümidlisən. Sən həqiqəti Nizami küçəsində şərab üçün pul dilənən bomujun simasında tapmışdın. Hüzn dolu o sima bəşəriyyət üçün yas saxlayırdı. Aradan 10 il keçib. 10 ildir ki, o həqiqətlə görüşməmisən. Tənbəl olma. Cəhd elə, saqqalını qırxma, üzünü yuma. Səliqəli görünsən bomuj qəzəblənəcək. Ona bənzəməyənlərə nifrət edən  o müdrik insan 10 il səni gözlədi. Bu gün onun yatdığı küçəyə gedirsən. Bax, elə bu daş pilləkənin üzərində yatardı şərab şüşəsini qucaqlayaraq. O dalandar qadın da sənin gəncliyinə şahidlik edib. Soruş o qadından bomuj dostunu. Cavabı səni məhv edir. O bomuj 2 gün öncə sətəlcəmdən ölüb. Yox, Nicat niyə bu qədər qəddarsan? Axı o bomuja bir martini söz vermişdin. Bəlkə də 10 il ərzində həmin martinini içməyi arzulayıb. İncimə şair, özünü çox öysən də sən də həyat kimi yalançısan .


Nicat Həşimzadə 

13 Mayıs 2015 Çarşamba

Ölünün canlıdan yeganə fərqi 
ölüm arzulamamasıdır. 
doğulanda bətindən, 
öləndə həyatdan azad olursan,
ölüm də doğuluş kimi əsarətdən qurtuluşdur,
yaranışla son arasındakı insan
quldarlıq qurbanıdır.
hər bir tazə mövcudluq
kədərli sonluqdur.
həyat sirrdir, ölüm ümidsizlik
ən dəhşətli ümidsizlik
elə sirrin özüdür.
gecəyarı ölüm gözünə görünəndə
təlaşlanırsan, qorxursan
yaşayırsan yenə də qorxursan,
qorxudur sülhə və savaşa səbəb olan nəsnə
savaşın sülhdən yeganə fərqi
ölümün gözlənilən fəqət bir az da
təhlükəli olmasıdır.
tənha kişi yalnız ölüm anında dərk edir ki,
gözəlliyə həsrət qalan qadın
dünyanın ən gözəl qadını imiş .
gözəlliyin çirkinlikdən yeganə fərqi
insanda ehtiras yaratmasıdır.
həyatın gerçək üzüysə
elə dünyanın sonucu qadınıdır
ölüm , həyat- hər ikisi
həm son, həm də yaradılışdır


Hər qadın yeni məğlubiyyət,
özünü öymə fəlsəfəsi, 
bir az da gicbəsərlikdir.
Bir az əsəb mənbəyi, 
bir az da soyuq duşdur
hər yeni qadın.
Məqsəddən uzaqlaşmaq,
unudulmaq, tənha qalmaq,
borca düşmək, şəraba qurşanmaq,
boşanmaq üçün aliment axtarışına çıxmadır
hər yeni qadın.
Mənasız çərənləmələri dinləmək,
öncə özünə, sonra bəşəriyyətə nifrət etmək,
sonra da intihar dadını duymaqdır
hər yeni qadın.
rədd olsunlar hamısı
heç biri bir zibilə şəfa deyil.
bütün savaşların səbəbkarıdır
hər yeni qadın .


Həyatın ən dəhşətli anı
Qızın qadına çevrilmə anıdır.
Qızlar qadın olanda saxtalaşırlar 
Müqəddəsliklərini itirirlər,
bəşəri hissləri unudub bir kişinin
köləsi olurlar.
Indiki zamanın bitmiş forması
gələcəyin gəlməyəcəyini söyləyir
söyləyir ki,
sədaqət yalnız ölülərə məxsusdur,
yalnız ölü qadın sadiqdir,
yalnız ölü kişi xəyanət etmir
Əlacı olsa Azərbaycan qadını
ölü ərini işə göndərər.
qızın qəlbində sevgini
qadın ruhundakı vərəm əvəzləyir
inandığı eşq dünyası dağılır
ümidsizlik yaşayır,
qız öpüşləri qadın çərənləməsinə dönür.
bədən formalarını itirir,
enlə - uzunu birləşdirirlər
zirvələrdən enib müstəviləşirlər
qızlar qadın olanda


Ömür bitsə bu gecədə
sabahkı Günəş səni isitməyəcək,
heç zaman sənin olmayan sevgilin
sabah sənin olsa belə
bu həqiqət səni ovundurmayacaq.
Küləyin səsi qulaqlarına
həyat şərqisi pıçıldamayacaq.
Ömür bitsə bu gecədə
maddi borc qayğıları
sabah səni üzməyəcək.
məktəbli oğlununun geyim dərdi
səni bezdirməyəcək,
ananın qocalar evinə ,
sənin məzara yola salınmağın
sabah qonşuların ilk işi olacaq.
Ömür bitsə bu gecədə
həsrətində olduğun kitabı
heç kim çap etməyəcək,
üzüləcəksən nakam olmayan eşq
yaşamadığın üçün .
Sabahın Azan səsi
səni Tanrıyla barışdırmayacaq
Ömür bitsə bu gecədə.

11 Mayıs 2015 Pazartesi

Kenquru yarışları

                                             

- Qonşu, deyirlər məmləkətimizdə kenquru yarışları keçirilir. Düz söhbətdir ?
- Nə kenquru, nə yarış , başın qaçıb ya təkərə düşmüsən ?  
- Yox, ciddi deyirəm. Kenqurular artıq gətirilib. Özü də Avstraliyadan.
- Ay ağıllı, bəs kenquruları  Şəmkirdən gətirməlidirlər ? Kenquru Avstraliyada olur da.  Yəqin çox xərc çəkilib hə ?
- Hə, təxminən 25 milyon manat. Sadəcə başa düşmürəm ki, kenqurular 1 ay əvvəl gətirilib, amma vəsait indi ayrılır.
- Eee qonşu, boş ver bu söhbətləri. Dövlətimiz nə etdiyini yaxşı bilir. 25 milyondan 10 manat  versəydilər pivə içərdik.
- Sən axı əsas məsələni bilmirsən. Siyasi partiyaların ümumi görüşündə qərara alınıb ki, kenquru yarışlarında hər partiyanı bir  kenquru təmsil edəcək. 1 – ci yerə  çıxan kenquru təmsil etdiyi partiyanın parlamentdə üstünlük qazanmasına səbəb olacaqdı.
- Aydaa, başım xarab oldu e. AZTV – yə baxandan yaman savadlı danışırsan. Yox e, mədəni dildə necə deyirlər , nəql edirsən ?
Yarış başladı. Kenqurular finiş xəttinə yaxınlaşanda dalaşdılar. Heç kim siyasi üstünlüyünü itirmək istəmirdi. Qalib müəyyən olunmadı. Növbəti iclasda qərara alındı ki, inək yarışı keçirilsin. Hansı partiyanın inəyi daha çox nəcis istehsal etsə o partiya da üstünlük qazanacaqdı. Bütün inəklər eyni miqdarda nəcis dünyaya gətirdilər. Parlament nəcislə doldu. Üstünlüyü “  Bəşəri nəcis ” patiyası qazandı
P.S. Hadisələrin Azərbaycanla əlaqəsi yoxdur , sadəcə yazıçı təxəyyülünün məhsuludur

Nicat Həşimzadə 

9 Mayıs 2015 Cumartesi

Cənnətin İblisi – Henri Miller

O , təsadüfi yazar deyildi. Düşündüyü hər şeyi cəsarətlə ifadə edir. Fəsləfə, mistizm , erotizmi birləşdirərək özünə məxsus qeyri – adi üslub yaratmışdır. Katolik ailəsində dünyaya gələn Henri Miller uğursuz tale yaşayıb . “ Cənnətdə bir iblis ” romanında bir çox fəlsəfi cərəyanların ideyalarını görmək olar. Ziddiyətlərlə zəngin olan bu romandan hər kəs fərqli mesajlar ala bilər. Morikan obrazı təzadlı həyat tərzi ilə insanı təəccübləndirir. Bədbəxtliyini insanlara həddindən artıq inanması ilə əlaqələndirən Morikan öz müsibətlərinə görə heç vaxt başqalarını günahkar hesab etmir. Onunla söhbət etmək çətindir. Söhbət şiddətli münaqişəyə çevrilir, sanki bir axmaq fanatiklə danışırsan. Lakin səliqəli insandır, Ümidsiz yoxsulluq, gərgin səfalət anında olduğu zamanda belə səliqəli görünməyə çalışır. Kübarlıq onun daxili tələbatıdır. Dünya ilə bütün əlaqələri kəsilsə də xarici görünüşünü qoruyur. Əsərdə Balzakın “ Serafita ” əsəri haqqında müəllifin fikirləri var. Obraz həmin əsəri öz müdafiəçisi hesab edir. Mirikana kömək etmək istəyən insan bəzən bezir, hər şeyi atıb uzaqlaşmaq istəyir, bəzən öz- özünə danışır. 
Morikan, mənə lazımdırmı ? Axı ona borcum yoxdur. Həyatı boyunca etdiyi mücadilələri və verdiyi qurbanları qabartmaq arzusunda olmayan qəhrəman Morikandan bezir, lakin imtina da edə bilmir. Henrix Miller yazır ki, nəticə etibarı ilə yalnız bir dil var – həqiqətin dili. 
Morikan dostunun anarxist olduğunu düşünür, onun dəstəyindən , həmçinin həkim yardımından imtina edir. Bəzən Morikan olduqca səhih nəticələr çıxarır. Henrix Miller bu romanında bir nəzər nöqtəsinə kölə olub qalmağa etiraz edir. Bütün nəticələr həm doğrudur, həm də yanlış. Kainat haqqında nə qədər danışsaq da o formasını dəyişdirməyəcək. İstisnalar yoxdur, hər kəsin şəxsi kədəri və əzabları var, həyat əbədi mübarizədir, mübarizə isə qəm- qüssə və iztirab gətirir. İztirablar bizə güc və xarakter verir. Bəzən insan öncədən məğlub olacağını bilsə də yarışa hazırlaşır. Bu , iztirabların yaratdığı güclü xarakterdi. 
Bəzən Henrix Milleri Bukovski ilə eyniləşdirirlər. Miller mübahisə yaradacaq yazarlardan sayılır. 1960 – ci illərə qədər əsərlərinin nəşri qadağan olunub. Miller öz üslubunu yaratmış yazıçıdır. “ Cənnətdə bir iblis ” romanı vulqar ifadələrlə zəngindir. Lakin müəllif həmin məqamlarda başqa nəzakətli ifadələr işlətsəydi əsər bəlkə də səmimiyyətini itirərdi. Haqqında danışdığım əsərdə fəlsəfi fikirlərlərə , aforizm ola biləcək düşüncələrə tez – tez rast gəlinir Dünyanın yaranışı və mövcudluğunu davam etdirməsi üçün bütün növlərə, hətta zərərverici qüvvələrə belə ehtiyac var. Lakin baxışlar, zövqlər haqqında eyni şeyi söyləmək olmaz. Bütün fikirləri, baxışları, bütün rəsm əsərlərini bir yerə topla, yenə də bir bütünlük əldə edə bilməzsən. Bütün fikirlərin cəmi həqiqət yarada bilməz. Ağıl intelekt deyil, intelekt egonun məhsuludur. Həqiqəti bilən zaman insan məğlub olur. Daha çox dərinə endikcə insan daha çox batır. 
Müəllif romanda şizofrenik durumlara münasibətini bildirib. Şifozreniya hər zaman , bəşər övladı yaranandan bu günədək var və olacaq. İnsan parçalananda minlərlə xırda fraqmentlər yaranır. Lakin onlar hər an birləşə bilərlər. Adəmlə bugünkü insanın fərqi odur ki, biri cənnətdə doğulub, digəri isə cənnəti özü yaratmalıdır. 
Morikon həyatının son anlarında siçovul kimi yalqız, dilənçi kimi çılpaq idi. Roman bu cümlə ilə bitir. Çox təsirlidir. 
Siz bu kitabda həmçinin Henri Millerin “ Paris Review ” dərgisinə verdiyi müsahibəni oxuya bilərsiz. Yazıçı hesab edir ki, yazı prosesi zamanı mütləq narahat şəraitdə olmaq lazımdır. Əks halda uğurlu əsər yaratmaq olmaz. Həmçinin yazıçı digər əsərləri ilə bağlı verilən sualları cavablandırır . Bir kitabın yazılmasına sərf edilən zaman fərqli ola bilər. Müəllif anarxizmi sevsə də dadaizmi daha çox sevdiyini bildirir. Çünki dadaizm hər şeyi kökündən yıxıb yenidən qura bilər. Müəllif bildirir ki, sevimli yazıçısı Dostoyevskidir. Dostoyevski hər zaman bədbəxt olub. Əminəm ki, o bunu romanlağı uğurlu olsun deyə planlı şəkildə etmirdi. Əzablar, işgəncələr Dostoyevskinin həyat tərzi idi. Henri Miller bildirir ki, çox düşünür, lakin bəzən çox da dərinə enməyi sevir. Dərinliklərə enmək insanın itməsinə səbəb ola bilər. Caz musiqi janrına sevgisindən bəhs edən müəllif bəzən eyni anda bir neçə əsər yazmasından , əsərlərinin yazılma hallarından danışır. 
Kitab Alatoran Yayın Evi tərəfindən dilimizə tərcümə olunub və nəşr edilib. Ümumiyyətlə bu roman müəllifin ölkəmizdə nəşr edilən ilk kitabıdır. Bu kitabı mütləq oxuyun. Henri Millerin digər kitablarını da tezliklə oxuyacam. Cənnətdə bir iblis əsərini oxuyarkən anladım ki, Henri Miller Cənnətdəki iblisin özüdür. İnsanı sanki bütöv materiya üzərində gəzdirir və beynini istədiyi şəkildə yönləndirir. 

8 Mayıs 2015 Cuma

“ Camal Feyzulla Nobel alır “



  Sənə Camal Feyzulla deyirəm e, elə - belə adam deyil, elə - belə yazıçı olsa da. Ağıldankəm olmasına baxma. Orta əsrlər Avropasında yaşasaydı, 4-cü Gözəl Fillipin məsləhətçisi təyin olunardı . Varlığa nə darlıq, keçən  ay  dünya  şöhrətli  Uqanda yazıçısı ilə görüşüb. Həmin yazıçı  İtaliya  tarixi  haqqında roman yazaraq adını Nobel siyahısına əlavə etdirib. Qəhrəmanımız Camal Feyzulla  da milyonlarından keçib  adını həmin  siyahıya saldırıb. Qəhrəmanı çox da qınamayaq. İnsandır da, həvəsi var, ümidlənib. Möhtərəm Camal bəy haqqında şəhər əhalisi bir lətifə danışır.  Günlərin bir axşamı Camal Feyzulla müəllim həmkarı ilə çayxanada ədəbi söhbət edir :
- S, türk ədəbiyyatının poeziyası gözəldir.
- Hə, Camal, haqlısan. Cəmal Sürəyya yaxşı şeirlər yazır.
- Hmm, savadlı qadındır.
Bir dəfə də qoca şairlə şəhərdə gəzərkən təsadüfən gənclərin söhbətini eşidir. Gənclər Elif Şafakın “ Aşk ” romanını müzakirə edirlər. Camal Feyzulla həmkarına deyir:
- F, bu türklər də bizim kimi şablon mövzularda yazırlar a.
- Bəli, Camal müəllim elədir.
- Kimdir axı bu Əlif Şafak , erməniləri söyən ?
- Hə də o açkili kişi. Nə qanmaz adamdır e.
Söhbəti çox da uzatmayacam. Qısa danışacam, təxminən 40 dəqiqə. Deməli növbəti həftə ədəbi dərgilərdə, ictimai portallarda, tele- kanallarda “ Camal Feyzulla Nobel alır ” adlı məlumatlar yayıldı. Dünya ədəbi mühitinin bu məsələdən xəbəri yox idi. Bu məsələ yazarımızı bir anda məhşurlaşdırdı . 

Yoxsul gənc yazarlar pul qazanmaq üçün Camal Feyzulla haqqında tənqid yazırdılar, möhtərəm yazarımız da onları pulla şirnikləşdirib tənqid əvəzinə tərif yazdırırdı. Gənclər pul qazanmaq yolunu tapıblar. Bədbəxt Camal Feyzulla hələ də bilmir ki, onun kitablarını heç kim oxumur . Bildirmək istədiyim məsələ ibarətdir ondan ki, Camal Feyzulla təhlükəli yazıçıdır. Onu tənqid etməyin. Tənqidə ehtiyacı yoxdur. Yaradıcılığı insanın özünütəhqir üsuludur. 

Sveyq vicdanın özüdür

                              


Alman roman ustası , bioqrafiya yazarı, araşdırmaçı və publisist. Stefan Sveyqi “ Yad qadının məktubları ” əsərinə görə tanımışam. Uzun zaman bu əsərin təsirindən xilas ola bilməmişdim.  Yəhudi əsilli fabrikantın oğlu olan Sveyq əsasən yaratdığı tarixi xarakterlərə və bioqrafik əsərlərə görə tanınır. Yaşadığı zamanda bir çox həmkarları Freydi qınaq obyektinə çevirsələr də Sveyq Freyd təfəkkürünü yüksək qiymətləndirir, onun ideyalarından yararlanır və bunu səmimi şəkildə etiraf edirdi. Hər iki dünya müharibəsinə şahidlik edən Sveyq savaşa həmişə etiraz etmiş,  sivil qaydada mübarizə aparmışdır.  1942 ci ildə savaşa, dünya böhranına etiraz edərək qadını ilə birlikdə intihar etmişdir. Həyatının son illəri nasist təqiblərindən qaçmağa sərf olunub.
“ Dünənin dünyası ” kitabında müəllif öz yaşadığı hadisələrdən bəhs edir. Tolstyoy haqqında bioqrafiya yazan müəllif  RomaN Rollandla tanışlığı və Ceyms Coysla bağlı xatirələrindən danışır. Nasistlər yəhudi bəstəkarlarının musiqilərinin ifasını qadağan edir, bu qadağa hətta ölən bəstəkalara da aid edilir. Sveyq bəşəriyyətə müharibədə ölümün mənasızlığını izah etməyə, sülhü qorumaq naminə hər kəsi bir araya cəlb etməyə çalışır. Maksim Qorki ilə görüş daha maraqlıdır. Çünki Qorki fransız və  alman dillərini bilmir, Sveyq isə rus dilini. Və müəllifin xatirələrindən belə məlum olur ki, Maksim Qorkinin üz cizgilərindən , jestlərindən nə söylədiyini anlamaq olur. Həmçinin bu kitabda Jozef Fuşenin siyasi xadim kimi əhəmiyyətini  , istənilən situasiyada doğru qərar verə bilmək iqtidarına malik olmasını yazır.
Sveyqi narahat edən ən kədərli məsələ bəşəriyyətin insan sevgisizliyidir. Hakimiyyəti, idarəetmədəki  problemləri kəskin şəkildə tənqid edir. Təhsil sistemindən narazılıq hiss olunur. Nasistlərin yəhudilərə qarşı bəslədiyi kin  Sveyqi narahat edir. Kitabda nəzərimi daha çox cəlb edən  məsələ Sveyqin Vyanaya olan həssas münasibətidir. Sveyq müharibə olmasına baxmayaraq Vyana insanından yüksək əhval, hədsiz enerji gözləyir. Lakin  böhran bütün ölkələri məhv etdiyi kimi Vyananı da bərbad hallara salmışdı.
Stefan Sveyq  hətta intihar etsə də inanırdı, inanırdı ki, müharibə bitəcək. İnsanlar müəyyən zamandan sonra savaşı unudub xoşbəxt yaşayacaqlar. Lakin ölən gənclər bir daha geri gəlməyəcək. Ölümə qarşı həssas olan, etiraz edən Sveyq öz həyatına ölümlə son qoyur . Bir çox ziyalılar intihar edərək müharibəyə etirazlarını ifadə ediblər. Sveyq isə tək yox, qadını ilə birlikdə intihar edib. Bu onu fərqləndirən cəhətlərdən bəlkə də ən vacibidir.  “ Dünən dünyası ” kitabını nəyə görə sevdim ?  Sveyq xatirələrində yazır ki , əgər bəşəriyyət müharibə qurbanına çevrilirsə bunun günahkarı siyasətçilər və ya silah satıcıları deyil, daha böyük  ərazilər əldə etmək üçün  vuruşan kapitalistlər deyil. Günahkar - biz ziyalılarıq. Deməli normal təfəkkürə sahib , sivil düşüncəli cəmiyyət yarada bilməmişik. Kitabda Sveyq sanki coğrafi xəritə yaradıb. Parisə səfərində qeyri – adi mühitlə qarşılaşan Sveyq alman sisteminin qəddarlığını daha dərindən dərk edir. Müharibə nələri məhv edir və sülh bəşəriyyətə nələr bəxş edir. Sveyq bütün həyatı boyu ölümsüz olmağı arzu edirdi. Hər iki dünya müharibəsinə məcburən şahidlikk etməyi onun əsəbləri pozmuş , yazıçı milyonlarla insanın ölümündə özünü günahkar saymış və intihar etmişdir. İstənilən savaşa görə hər kəs günahkardır və hər kəs cavab verməlidir. Müharibə mədəniyyət abidələrini məhv edir. Bir çox ziyalı insanların ölümünə səbəb olur. İnsanlar məcburən döyüş meydanlarına aparılır, hətta yəhudi uşaqlar da işgəncələrə məruz qalırlar. Sveyq qeyd edir ki, müharibənin ikinci mərhələsində Berlin də dağıdılmışdı. İnsanlar hakimiyyətə tabe olmaq istəmirdilər. Hər kəsi azadlığa çağıran gizli təşkilatlar dövlətdən daha qüdrətli idi. Sveyq həyatında ilk dəfə aclıq gördüyü insanların acısını təsvir edir. “ Çəkisi az olan çörək qapqaraydı, yapışqan- qətran qarışığını xatırladan dadı vardı , arpadan hazırlanır, qum kimiydi ” Insanların bəziləri ətin dadını unutmuş, digərləri isə unutmamaq üçün dovşan, sincab əti ilə qidalanırdılar. Köhnə çuvallardan şalvar tikilməsi adət halını almışdı. Sveyq bu kitabı yazmaqla sübut edir ki, bəşəri aclıq bütün əxlaqı dəyərləri, ən ali mənəvi aləmləri belə dağıtmaq gücünə malikdir. Həmin illər Sveyq pyeslər yazır. 2 dəfə pyesləri tamaşaya qoyulmağa yaxın olsa da uğursuzluğa düçar olur. Lakin sınmır, mübariizəsini davam etdirir. Romen Rollan bütün təqiblərə, hədələrə , aşağılayıcı qərəzli münasibətə baxmayaraq müharibə , ümumilikdə imperializm əleyhinə beynəlxalq miqyasda əks- səda yaradan məqalələr yazır. Heç bir səbəb onu sarsıtmır, Heç bir təhdid onu yolundan döndərə bilmir. Qorxmadan mübarizə aparmaq Rollandın həyat tərzinə çevrilir. Sveyq Rollanı sarsılmaz, ləkəsiz nümunə hesab edir. Lakin dahi mütəfəkkirin xəstəlik dönəmindəki çətinliklər Sveyqi üzür. Müəllif kitabda yazır ki. Avropa vicdani dəyərlərini qoruyub saxladığı üçün Romen Rollana minnətdar olmalıdır. Həyatı boyu azadlığını hər şeydən üstün tutan Rolland heç bir gizli təşkilata qoşulmur. Sveyq kütlənin ziyalılar, vicdanlı təfəkkür sahibləri tərəfindən deyil, vəhşilər tərəfindən idarə edilməsinə etiraz edir. Kitabda ən ağır səhnələrdən biri müharibədə ərləri ölən qadınların fahişə kimi çalışmasıdır. Savaş illərində fahişəlik kütləvi hal alır. Lakin sülh bərqərar olduqdan sonra bu problem həll olunmuş, fahişələrin sayı azalmışdır. Sveyqin atası yəhudi idi. O nasistlərin işgəncələrinə , yəhudilərə qarşı bəslədiyi vəhşi münasibətə daha həssas yanaşırdı.  Yəhudi xalqını bəşərriyətin canlı mədəni abidəsi sayan Sveyq bu nifrətə göz yuma bilməzdi . Müharibədən fiziki çatışmazlıqla qayıdan kişilər övladlarının aclıqdan əziyyət çəkdiyini görür və intihar edirdilər. Kitab həm də ona görə sevilir ki, Sveyq hər fikrində, hər cümləsində səmimidir, humanistdir. Sveyq bu kitaba qədər də tarixi əsərlər, miniaturlar yazıb. “ Bəşəriyyətin ulduzlu saatları ” bu baxımdan ən dəyərli nümunədir. Tərcümə də çox uğurlu alınıb . Eyni düşmənə qarşı mübarizə bir zamanlar fərqli cəbhələrdə olmuş tərəfləri birləşdirə bilər və bu birləşmə bəzən qaçılmaz olur .    “ Dünənin dünyası” nı oxumazdan öncə “Kazanova” və “ Iblisə savaşanlar – Nitşe haqqında monoqrafiyanı “ oxudum . Stefan Sveyq mütləq oxunmalı olan ziyalıdır. Sveyqi oxumaq dünyanı dərk etmək, özünü aliləşdirmək, mənəvi kamillik əldə etməkdir.                
   Ən çox sevdiyim yazıçılardan birinin kitablarını nəşr etdirən “Alatoran Yayınları” na təşəkkür edirəm . Həm “ Bəşəriyyətin ulduzlu saatları ” həm də “ Dünənin dünyası ” kitablarını Sveyq yazaraq yaşamayıb, yaşayaraq yazıb. Tam əminliklə oxucu dostlara bu kitabı oxumağı tövsiyyə edirəm .  

Nicat Həşimzadə