31 Aralık 2014 Çarşamba

Kokain kralının həyat eşqi ( hekayə )

                                       

 Məzar  daşları  oğurlayıb  satdığı   ehtimal edilsə  də  şübhələr  əsassız  qaldı.  Kolumbiyanın Medellin şəhəri narkotik ocağına çevrilmişdi. Narkobaronların silahlı toqquşmaları şəhər əhalisini təşvişə salırdı. Pablo Vaskes  gənclik dövründə maşın oğurluqları edərək ilk cinayətlərini edirdi. Az qazanclı oğurluqlar onu qane etmədiyindən  1970 – ci illərdə narkotik biznesinə qoşuldu. Etdiyi uğurlu oğurluqlar onu cinayət aləmində məşhur simaya çevirdi. Baron ona yeni vəzifə təklif etdi. Kokainin küçə satışına o rəhbərlik edəcəkdi. Yaratdığı  yeni üsula görə kokain şəhərin ən kiçik mağazalarında şokalad qutularında satılacaqdı.

 Qüsursuz  fəaliyyətinə  görə onu  Medelinin ən nüfuzlu narkotik satıcısı  Felipenin səfiri təyin etdilər . Kolumbiyada hüquq- mühafizə orqanları zəngin ailələrin törətdiyi cinayətlərə göz yumurdu. Qanunun hökmü yaşamaqdan daha üstün deyil. O, iş təcrübəsini zənginləşdirdikdən sonra Felipe əhəmiyyətsiz insana olmuşdu .  Bütün tərəfdaşları Felipeni unutmuş, Pabloyla iş birliyi qurmuşdular. Sərt üz cizgiləri, nifrət dolu baxışları ilə dünyaya  meydan oxuyan Vaskes şərikinə nifrət edirdi. Ən zəngin  narkobaron onun sifarişi nəticəsində güllələnərək öldürüldü. Nəticədə Vaskes  Kolumbiyada olan bütün narkotik ticarətinin şəriksiz liderinə çevrildi. Daha sonra ABŞ – a narkotik ixrac etdi . Satılan məhsuldan əldə edilən gəlirin 70 % - i  mübahisəsiz olaraq onun hesabına yazılırdı. Latın Amerikası ölkələri hər zaman narkotik istifadəsinə və satışına qarşı göstərdiyi liberal münasibətlə fərqlənirlər. Nəticədə ən qüdrətli narkobaronlar bu ölkələrin iş adamları olurdu. Pablo biznesini genişləndirərək hakimiyyətdə rəhbər vəziləfələrdən birinə sahib oldu. Dövlət məmurları ilə xoş münasibətlər yaratmaqla öz nüfuzunu artırdı. Rəhbərlik etdiyi qruplaşma yüzlərlə insanın ölümündə günahkar bilinirdi. Lakin hakimiyyət susurdu, çünki dövlət – Pablo Vaskesin özü idi.  Dünyanın ən böyük narkobaronu olsa da heç zaman spirtli içkilərdən, narkotikdən və siqaretdən istifadə etməmişdi. Bu məlumat çoxlarının simasında ikrah dolu gülüş yaratsa da gerçək idi. 80- ci illərdə artıq böyük narkotik imperiyasını yaratdı. Onun karteli gün ərzində 60 kq- a qədər narkotik satırdı. Bacısı  vicdansız əməllərinə  etiraz etsə də, Vaskes  narkobaronluq uğurundan imtina etmirdi.  Mən satmasam zatən ağ ölümü kimlərsə satacaq deyərək bacısına təsəlli verirdi.  Çox qəribə haldır ki, yüzlərlə insanın ölümünə səbəb olan kokain kralı həm də xeyriyyəçiliklə məşğul olur, məktəblər, uşaq evləri tikdirirdi.  Yeganə övladı Xuan Vaskes kokain aludəçisi  olmuşdu . Pablonun hökmünü keçirə bilmədiyi tək insan oğlu Xuan idi. Dəfələrlə  məcburi müalicəyə göndərsə də nəticələr xoşagəlməz oldu. Oğlunun bədbəxtliyinə kədərlə baxan  kokain kralı məhv etdiyi gənclərin atalarını düşündü. Əzablarını dərk etmək, şərəfsizlik etməkdən daha çətindir. Amma təsəllisi dəyişməz olaraq qaldı.
 - Mən olmasam belə  onsuz da bu lənətəgəlmiş tozu mütləq kimsə satacaq..
   Və bir gün narkotik istehsal edilən emalatxanada uyuşdurucunun təsirinə  qapılan   Xuan Vaskes   axmaq hərəkətlər edərək kokain çəlləyinə yıxılmış, boğularaq ölmüşdü. Dünya hələ də kokain tozunda boğulur, lakin Pablo Vaskes bir daha toz işlərinə bulaşmadı. Kokain kralının həyat eşqini, yaşama səbəbini elə kokain öldürmüşdü. 

28 Aralık 2014 Pazar

Müqəddəs ruhun toxumları




Tüpürəsən  hər  şeyə,  gedəsən  bilmədiyin  yerə,
Çıxasan  göyə,  enməyəsən  bir  də. 
Tanrının  qadınını  sevəsən,
Hər  ikisini  aldadasan. 
Əzablarının  heyfini  çıxasan,
Yalnız  özünün  yox,  bəşəriyyətin
qisasını alasan.
Tanrıya  deyəsən,  materiyadan  gözünü  çək,
Bəşər  övladı  daha  inanmır,
öz  oğluna  qıyan  Varlığa .
Müqəddəs  ruhun  toxumları
hələ  o  zaman  günah  şərqisi  oxuyurdu.
Elə o  gündən  məsum  insan 
həsrət  qalıb  bir  udumluq  sevincə,
Elə o gündən  insan  arzuları
beşikdəcə  boğulur,
nakam  eşqin  bakirə  qalan  cismini
ləkələnmiş  ruh  lənətləyir 
Elə o  gündən 
Ömürlər  yuyulur  savaş  qanlarıyla


Yalan  bətnindəki  həqiqət


Kainatın  hər  zərrəsində 
bir  həqiqət  bir  yalanın  bətnindən  doğulub.
aclıqdan  ölən  körpənin  ümidsizliyindən 
yoğrulub  ən  acı  həqiqət.
Nifrət  gülləsindən  ölən  əsgərin 
dul  qadını  boğub  gerçəkləri.
bütün  nifrətlərin səbəbi  zənginlik  arzusu ,
sevgilərin  özəyisə  vəhşi  ehtiras,
Kainatın  hər  zərrəsində  bir  kiçicik  ümid  var,
o ümid  savaş  sözünü  bilməyən 
körpənin  həyat  eşqidir. 
atam  niyə  öldü  sualını  sora  bilməyən 
lal  qız  uşağının  Tanrıya  inamıdır. 
Övlad  qatillərinin  bağışlanma  arzusudur  o  ümid.
kainatın  hər  zərrəsində min ölüm əvəzində
ölümlərin  səbəbi tək 
bir  mənasız  həyat  var
.




Tənhalığım köhnəlir,
nişan tarixin qocaldıqca.
qızının doğum günündə
ümidisizliyimin 10 yaşı oldu.
ərli qadını sevmək,
qovuşmağa ümid etmək,
keçəl qızın hörüklərini
sığallamağa bənzəyir.
yazdığın son məktubda
dodaq boyasıyla, vida busəsinin
izini xatirə qoymuşdun.
yemlədiyimiz göyərçinlər
çürək qırıntılarını udmaqla
məni yadlaşdırdı gözündə.
xəyallarımızı aparır,
Xəzərin neftindən bezən qağayılar.
və gəmilər üzür nəhayətsizliyə
bir xatirəlik səadət tapmaq üçün.
Tənhalığım qocalır,
sevgilərim köhnəldikcə
barmağındakı üzükdən,
nigah sənədindən daha çox,
dəyişilən saç düzümün,
ərli qadın olduğunu xatırladır.
Yalqızlığımı yadıma salır.
arzularım tükənir,
sən ruhumda qaldıqca ,
hər gün bir az ölürəm,
hər gün bir az içirəm,
sərxoş olur,
dəli kimi gülürəm.
Tanrıdan küsürəm,
bəzən qarğış edirəm.
qaranlıq otağımda
gəlirəm , gedirəm,
bir az deyinirəm,
Tənhalığım qocalır,
sevgisizliyim köhnəlir,
həyat eşqim tükənir,
köçəri quşlar aparır ömrümü
bahar nəğməsi oxunan ellərə..


9 Aralık 2014 Salı

bəşəri həqiqət

Həqiqət Somalidə aclıqdan ölən körpələrdi. Həqiqət qaradərili, azyaşlı qızların təhqir olunmasıdır. Həqiqət Qarabağda əsir düşən qadınların alçaldılmış ləyaqətidir. Həqiqət dilənçi qarının baxışlarındakı dünyanı inkar fəlsəfəsidir. Həqiqət soyuq qış günündə yoxsul atanın su keçirən ayaqqabısıdır. Həqiqət anası xadimə işləyən tələbənin lahmacun yemək arzusudur. Həqiqət çörək pulu tapmayan bomujun şərab üçün yalvarmasıdır. Həqiqət kral itinin boynundakı qızıl zəncirdi. Həqiqət körpəsinə süd verən dul gəlinin göz yaşlarıdır. Həqiqət nişanlı qıza bəslədiyin sevgini məktəb partalarına köçürməkdir. Həqiqət gözləri xəstə şairin ruhundakı tənhalıqdır. Həqiqət mənfi və müsbət sonsuzluqlardı. Həqiqət təsirlə əks - təsirin bərabərsizliyidir. Həqiqət günəş şəfəqlərinin sənə aid olmamasıdır. Həqiqət Fələstindəki uşaqların süd əvəzinə güllə içməsidir. Həqiqət müdrik qocanın 50 illik ömür yoldaşının məzarı başında ağlamasıdır. Həqiqət küçə qadının keçmişi qaytarmaq arzusudur. Həqiqət sonsuz qadının ana olmaq istəyidir. Həqiqət nifrət dolu baxışlarını dünyaya zilləyən, üçbucaq arasındakı möcüzəvi gözdür.

Tənhalıq tablosu

Siqaret tüstüsüylə boş otaqda tənhalığın rəsmini çəkmək,
Həyatındakı sonuncu qadının vidalaşma anını düşünmək,
hər gün yaşamaq istədikcə bir az daha ölmək,
Puç olmuş arzularını mavigözlü qaraçı qızın baxışlarında görmək,
dərdlərini şərab dolu qədəhlərin son damlasında unutmaq,
Limana getmək. qağayıların uçuşunda ümid axtarmaq.
Nizami küçəsindəki bomujla dərdləşmək, yoxsulluğa tüpürmək,
Kirə haqqını ödəyə bilməmək, Tanrını öldürmək,
Səliqəsiz saqqalında dünyanın tozunu gəzdirmək,
Van Qoq kimi qulağını hansısa" Raşel " ə hədiyyə etmək,
Salvador Dali kimi dəlilik etmək, ağıllı adamları söymək,
Ruhunu döymək, cismini əzmək, sonsuzluğa enmək
Əzablarına aşiq olmaq, kədərdən həzz almaq,
Sevişməyə qadın tapmamaq, erotik filmlərə baxmaq,
Könüllü aldanılmaq
və ölümü gözləmək,

Rahibələr monastrında kişilər ( hekayə )


Zorlanma nevrozu dinin karikaturasıdır.( Freyd ) Ən böyük həqiqət sənsən, qalan hər şey uydurmadır.

Uğursuz qadınların ömürlərini çürütdükləri bir məkan düşünün, sonra o məkanda toz basmış, oxunmayan minlərlə kitabı xəyal edin, kişi üzü görməyən divarların qadın kimi zərif görkəmdə olmasını, bir də həyatının 40 ilini burada keçirən 60 yaşlı bakirə qadının aqibətini təsəvvür edin. Qotik üslubunda inşa edilmiş monastrın divarları insan kədəriylə bəzədilmişdi. Gürcü memarlarının hazırladığı Məryəm ana ikonası mərkəzə, hər kəsin görə biləcəyi yerə qoyulmuşdu, ikonanın arxasındakı divardan “ Çarmıça çəkilən İsa ” tablosu asılmışdı. Rəssamın kimliyi bilinmirdi, monastırı inşa edən memarın bəlli olmadığı kimi. Deyilənlərə görə gürcü bir memarın sxemi əsasında inşa edilib bu tarixi məkan, Xaç yürüşündə əsir düşən müsəlmanlardan qul kimi istifadə olunmuşdu. Məğlubiyyəti həzm edə bilməyən Səlahəddin intiqam alanadək çox insan ölmüşdü aclıqdan. Monastır divarlarından kədərlə bərabər günahsız insan qanları da axırdı. Bəzən rahibələr qorxu hissi yaşayırdılar.

Rahibələr İsanın Tanrı oğlu olduğuna inanırdılar, əmin idilər ki İsa heç zaman qadınla yatmayıb. Fəqət, İsa çarmıxa çəkiləndə Maqdalalı Məryəm hamilə idi. Ona sədaqətlərini nümayiş etdirən rahibələrlə yanaşı peşiman olanlar, gənc ömrümü niyə bu vəhşətli divarlar arasında məhv edirəm deyə düşünənlər də var idi. Özlərini mühakimə etməyə yetərincə səbəbləri olan qadınların yeganə təsəllisi vardı. Onlar üçün Günəş əbədilik qürub etmişdi, yalnız İsanın zühuru sayəsində Günəş yenidən doğacaqdı onlara görə . Körpə görəndə gənc rahibələrin qəlbi sızlayardı, lakin susardılar və düşünərdilər :
- Məryəm ana Tanrı yolunda Övladı İsadan imtina edərdimi?
Yalnız mavi gözlü, qumral saçlı gözəl Yelena İsanın ruhuna tüpürərək sevdiyi kişiylə sevişirdi. O, əmin idi ki, Tanrının elçisinin mübarək vücudu bir neçə qadının qoynunda həzz duyğusu yaşayıb. Məsələdən xəbərdar olan rahibələr Yelenanı qovmaq qərarına gəldilər. 60 yaşlı qarı hökmü təsdiq etdi. Hər kəslə ehtiramla sağollaşan qız ilk dəfə idi ki, uğursuzluğundan zövq alırdı. Uzun müddət övlad sahibi ola bilməyən valideynlər Tanrıya dua etmişdilər :
- Yeri göyü heçdən xəlq edən ey müqəddəs Yaradan, bizə övlad yetir, vəd edirik, onu monastra göndərəcəyik, ömür boyu sənə səcdə etsin. Oğlumuz olsa onu keşiş məktəbinə göndərərik, insanlara Tanrının sözlərini oxuyar. Qızımız olsa rahibələr məktəbinə göndərib dini biliklər qazanmasına və əbədilik sənin qulun olmağına səbəb olarıq. Və beləcə Yelena 12 yaşına çatanda monastıra göndərildi, daha doğrusu qovuldu. Bir neçə dəfə qaçmaq istəsə də Tanrının qəzəbindən qorxmuşdu. Yelena 218 addım atmaqla məzarlığa çatırdı, həmin məsafəni geri qayıtdığı zamansa 209 addım atırdı. Məzarlıqdan qorxduğu üçün asta addımlarla gedirdi. Geri qayıdan zamansa özünü rahat hiss etdiyindən sürətini nisbətən artırmalı olurdu. O, bütün dinlərə qarşı üsyan etməyə hazır idi, lakin məğlubiyyətdən, tənha mübarizə aparmaqdan qorxurdu. Kilsəni məcburən tərk etdikdən sonra sevgilsinə qovuşdu, zatən istədikləri zaman görüşə bilirdilər, əvvəlkindən fərqli olaraq indiki görüşlər, sevişmələr həyəcansız idi. Yelena sevişməkdən bir kdaha əvvəlki kimi həzz ala bilmədi, ona zövq yaşadan səbəb yalnız sevgi rəqsi olmayıb, təlatümlü duyğuların ruhuna hakim kəsildiyi an monastr qorxusuyla sevişmək olub.
Və bir gün gözlənilməzlərin ən dəhşətlisi yaşandı bəlkə də, ilk dəfə idi ki, monastra quldurlar hücum etmişdilər. Mərhəmətsiz canilər monastırdakı qiymətli əşyaları, yoxsulların yardımı üçün bağışlanılmış bəxşişləri oğurlamaqla kifayətlənməyib rahibələri zorladılar. Müqəddəs İsa, mərhəmətli Məryəm ana, bizə kömək ol, - dedi rahibə qadınlar. Amma heç bir qüvvə onlara təcavüz edilməsinin qarşısını ala bilmədi, Bütün dini inancların edam olunduğu gün idi , həmin gün. Tablodakı İsa dəli kimi gülürdü, Məryəm ana ikonası isə başını aşağı dikmişdi utankc hissindən. Sanki bu sözləri demək istəyirdi:
-- İnsan faciəsinə istehzayla gülən o varlığı mənmi dünyaya gətirmişəm ?
Yelena həmin gün ana olmuşdu, məsum körpənin dünyaya göz açdığı gündə zorlanan qadınlar öldürüldülər. Ölən rahibələrin sayı haqqında heç kəsin dəqiq məlumatı yox idi. İki nəfər sağ qalmışdı, monastırdan qovulan Yelana və 60 yaşlı bakirə rahibə. Qarını zorlayan olmamışdı, bu idi , sağ qalma səbəbi. O hələ də bakirəliyini İsa üçün qoruyurdu

29 Kasım 2014 Cumartesi

sevgi varsa uğur yoxdur

bir zamanlar ümidlərim
bir özündən razı qızın 
baxışlarında gizlənmişdi .
indisə nə ümidlər var, nə baxışlar,
sonlu həyat, sonsuz ölüm var
və bir də ümidsiz, sevgisiz həyat.
mən vuruşub məğlub olmağı
mübarizəsiz qələbədən üstün sayıram,
amma onun üçün vuruşmadım,
səbəbini bilmirəm, heç nə anlamıram,
mən tez sevib erkən ayrılanlardanam .
yalnız külək qumral saçlarına toxunanda,
əsən tellər mənə ayrılığı xatırladır,
ruhumu parçalayır.
amma sevgi varsa, uğur yoxdur,
aşiq olmaqdan qaçmaq .
ya da hər gün fərqli qızlara
aşiq olmaq lazımdır.
sevgi yalnız iki tərəfdən biri
qeyri - ciddi olanda uğurlu alınır.
hələlik, saq olun, 6 saatlıq ölüm
gözləyir məni, gözlərim yumulur,
daha dözə bilmirəm, amma sevdiyim olsaydı
səhərə qədər yuxusuz qala bilərdim.
amma dəqiq bilirəm, sevgi varsa uğur yoxdur.

dünən şəhid oldun

\\


Qəbir daşı küləklə pıçıldaşır,
həyat davam edir, yenə qaynaşır,
dünən şəhid oldun, aman nə gözəl.
inanma vədlərə, boş-boş sözlərə,
unudulmaz deyilsən,
bir gün hər kəs unudar.
atan yad qadın qoynunda,
öz yeni körpəsinin əsasın qoyar,
anan səndən sonra övlad istəməz.
sən yoxsansa, neynir başqa övladı?
mənasız sonsuzluq adın qazanar.
ölümdən sonra həyat yoxdur,
öldünsə hər şey bitdi,
inanma ruhun varlığına,
ruhun özgə anaların
bətninə köçməyəcək.
o dünya sözünə inanma dostum,
ölüm həyatın sonu deməkdir,
bəs öldürdüyün düşmən əsgəri,
bəxbəxt bir ananın tək təsəllisi,
yazıq deyilmiydi söylə, a dostum.
budur savaşların fəlakətləri,
qanlar axır su yerinə,
qanı qanla yumazlar desək də.
Vətən sevgisi heçdir,
övlad eşqiylə müqayisədə.
Öldün dostum. öldün
geri gələn deyilsən.
amma xoşbəxtsən,
bir də ölən deyilsən,
xilas oldun bu gicbəsər dünyadan,
o gün olsun , mən də ölüm,
amma şəhid olmadan.......

8 Kasım 2014 Cumartesi

İsa, Məryəm və tənha qadın

Tənha qadın Məryəm ana ikonasına baxaraq düşünürdü : Ey müqəddəs hesab edilən qadın, dünya sənin və övladının göz yaşlarında boğulur. İsaya inanmaq bədbəxtlik və tənha ölüm bəxş edir. İnsanlara din adlı uydurma gərək deyil. Cəhalət əslində xoşbəxt edir, lakin axmaq xoşbəxtlik sevgisiz seks qədər mənasızdır. Dünyadan bixəbər olmaq hüzur dolu həyat yaşamaqdır. Müdrik insanlar daha çox əzab çəkir.

Eh Məryəm ana, dünyaya övlad gətirən qadın bakirə sayıla bilərmi? Müqəddəs İsa, yəhudilər sənə peyğəmbərlik vəd edəndə heç düşündünmü bir yəhudi əsla qarşılıqsız xeyirxahlıq etməz. Müqəddəs kitabda yazılana görə Yusif Məryəmlə yatmadı, lakin İsa dünyaya gəldi. Bu dərəcədə hədsiz yalan olarmı? Tanrı İbrahimdən oğlu İsmayılı  qurban etməsini istədi, belə qəddar varlıq bizə lazımdırmı? Hətta əgər İsanın Tanrı oğlu olduğuna inansaq, öz övladına qıyan Tanrıya ehtiyacımız varmı? İnsanları sənin zühurunla qorxudurlar, din sevgisi bəşəriyyəti məhv edir, dünyanı təşviş içində saxlamaq, həyəcanlandırmaq kimlərin mənafeyinə xidmət edir. Başa düşürəm ki, siz dünyanı idarə edən nəslin, Misir fironlarının nümayəndələrisiz.( bütün peyğəmbərlər bu nəsildən olub ) 
Elə bu zaman, xaç şəklində bıçaq ikonanın sinəsini yararaq tənha qadının qəlbinə saplandı. Qadın son nəfəsində bir daha anladı ki, despotizm dinin təməl daşıdır və bəzi məsələlər əbədi sirr qalacaq. Və bəşəriyyət heç zaman “ Sang Real”ı ( kutsal kase ) – ni tapmayacaq. İkonanın dodaqları aralandı, danışmağa başladı :
- İsanı ölümsüz edən, işıqlı ailənin əbədi sirrini gizli saxlayan müqəddəs simvolu tapmaq istəyən hər kəsin cəzası ölümdür. Ata, oğul və Müqəddəs ruh naminə Tanrı səni bağışlasın.

Nicat Həşimzadə

5 Kasım 2014 Çarşamba

"Mexikolu alfonsun Bakı macəraları" + 18



Sevdiyi qadın ona xəyanət etmişdi, qəzəbli idi. uşaq yaşlarında zorlanan imperator dünyadan necə qisas aldısa o da belə vəhşi şəkildə intiqam almaq istəyirdi. Mexikoda doğulmuş, orada böyümüşdü. gözəl qaməti, yaraşıqlı siması, seksual bədəni vardı. Əlləri hamar və ağappaq idi. Brend ayaqqabılar geyinərdi. Qadınların ən çox diqqət etdiyi iki əsas məsələ, kişinin əlləri və ayaqqabıları. Şəhərləri gəzir, qadınların pulları hesabına yaşayırdı, bütün alfonslar ilk tanışlığa kədərli eşq əhvalatıyla başlar, ya da uşaqlıq illərində yaşadığı çətinliklər, gənclik məhrumiyyətləri əsas söhbət mövzusu olar. Alfonslar qadından sevgi yox, mərhəmətlə verilən bəxşişləri tələb edər. Amma bəzən yaşlı qadınlara xidmət göstərəndə əsəbləri korlanar, peşələrinə görə nifrət edərlər özlərinə. Amma nə qədər ki pul var, hər şey satılacaq, alınacaq.  Məşhur filmdə deyildiyi kimi. İnsanlar 3 qrupa bölünür , satanlar, alanlar və satılanlar.
Bəzən gənc xanımlar da düşürdü bəxtinə, belə hallarda təəccüblənərdi. Axı bu qızlarla yatmağı çox kişi arzulayar. Amma bunun da müxtəlif səbəbləri var, Alfonslar əsla utanmaz, komplekslərdən uzaq olar, Sirr saxlamağı bacararlar. Erotika dərslərində peşəkardırlar, bədənlər  qovuşmadan təkcə əlləri ilə gözəl sevişərlər, qadını orqazma çatdırarlar. Alfonsların bədən və beyin dilləri  eyni sözləri danışar. Onlar dünyanın gerçək simalarıdır.
 Garsiya Ernandes ölkələri gəzərək alfonsluq fəaliyyətini davam etdirirdi. Eşitmişdi ki, Bakı adlı şəhərdə transları, homoseksualları təhqir edir, alçaldır və hətta ya öldürür, ya da özünü öldürmə həddinə çatdırırlar. Ölümlə oynamaq Ernandes üçün xüsusi adrenalin idi. Böyük həvəslə Bakıya gəldi. İşləri yaxşı alınmadı. Çünki Azərbaycanda alfons fəaliyyətinə elə də kəskin ehtiyac olmur. Yalnız ərləri impotent olanlar onun xidmətindən istifadə edirdilər. Anatomiya müəllimi orta məktəb illərində Ernandesdən soruşmuşdu, insan bədənində o nədirki, 7 saniyəyə qalxır,
Ernandes cinsi orqan deyə cavab vermişdi, Müəllimi qulağını burmuş və demişdi:
 - Qan təzyiqi Ernandes, qan təzyiqi.

Səni sevən insana sevgi əvəzinə mərhəmət göstərmək onu öldürmək deyil,  ruhunu sındırmaqdır, insanı öldürmək olar, amma ruhunu alçaltmaq vəhşilikdir. Ernandes mərhəmətli insan idi, amma peşəkar alfons olduğuna görə təmənnaslz iş görmürdü. Azərbaycan haqqında fərqli məlumatlara malik idi, amma düşüncələrində yanıldığını dərk etdi. Cəmiyyət intelektual olmağı bacarmadan "Avropalaşırdı ". bu süni xəstəlik özünü incəsənətdən, mədəniyyətdən, intelektual sahələrdən başqa hər şeydə göstərirdi.
 Dünyanın ən əxlaqsız yazarı sayılan Markis De Sad bakirə qızla sevişmək üçün qıza deyir:
 - Valideynlərindən icazə al,özümü səni zorlamış kimi hiss etməyim.
intelektuallıq insandan eleqant olmağı tələb edir. Ernandes sivil, savadlı insan idi. Düşünürdü ki, tez- tez sevişməsən dünyanın nizamını itirərsən, qadının sevişmə istəyinin olub- olmaması kavalerinin baxışlarından, vücud dilinin danışığından asılıdır. O anladı ki, Azərbaycan qadınları vəhşi seksi romantik, nəzakətli əlaqədən daha üstün hesab edirlər.
Hər kişinin ruhunda bir qadın ağlayır, hər qadının ruhundasa ömür boyu nə olduğunu kəşf edə bilməzsən.. qadınlar sərhədsiz dərəcədə sirlidilər, təhtəlşüurlarını heç zaman oxumaq olmur. və bu yaxınlarda bir həqiqəti kəşf etdim ki, ötəri münasibətləri qadınlar kişilərdən daha çox arzulayır. Bakıda cəmi bir müştərisi oldu. Əri impotent olaN vəzifəli bir qadın alfonsun xidmətlərindən həvəslə istifadə etdi. Ernandes də narazı deyildi, qadın yaşlı olsa da pul xərcləməyi sevirdi. Lakin bədənin intim yerləri tüklü olduğundan Mexikolu alfons bəzən hirslənirdi. 
Qadın insanların  bu hadisələrdən xəbər tutacağından ,  nüfuzunu itirəcəyindən qorxdu. Və Mexikolu alfons sadəcə “ yox ”  oldu. Hələ də yaşadığı ya öldüyü bilinmir. Mexikolu alfonsun Bakı macəraları beləcə sona çatdı, bu şəhər taleyinə meydan oxuyan qisasçı insanları sevmir.

                                                                         Nicat  Həşimzadə

29 Ekim 2014 Çarşamba

göz yaşlarına döndü sevgimiz

Sən günəşsən, mən bir ayam, qovuşmayan iki varlıq xoşbəxt ola bilərmi? baxışların bir cəlladdır, eşq kədərli bir fəryaddır müqəddəs dodaqlarını öpəndə ilk günahımı etdim, qəlbimi özünlə apardığını biləndə daha çox sevdim. sən buludsan, mən yağışam qovuşsaq da ayrılarıq, göz yaşlarına dönüb məni tərk edərsən. görüşməyə bir kilsə də tapmadıq, günahların olmadı kı, kilsəyə getmə səbəbimiz olsun. eşqin nəzakət qaydaları çətin olur sevgilim. katoliklər seviş rəqsini günah zənn edər, oysa bu məhəbbətin meyvəsi deyilmi? eşq uğrunda dueldə öldürülən aşiq olmaq istəyirəm, get, başqa birini sev, məni duelə çağırsın. güllə qəlbimə dəysin, baxışlarının sədaları altında dünyanı tərk edim

you are life

you are life,
you are death,
you are my heart, 
but my heart is weak
my spirit is ill.
i don t want,
my love will be non-living
i can t stand it.

i love you, my lovely,
you are life,
you are faithful friend,
but you are not faithful lovely.

good night, good night, my lovely,
forget me, don t remind me.
please, don t look at the Moon .
because you looking at the moon,
you will remember me.
and i am very sad.
you will be far from me,
lovely, lovely,
i am sorry,
forget me, forget me,
don t remember once more

həyatın dəyəri

Mən yoxsul adamam,
tənhalıqdan başqa bir şeyim yox.
gözəl qızlar sevərəm,
gözəllərsə bir səfili sevməzlər.
çox deyib gülməyimə baxmayın
özüm boyda kədər yaşayır içimdə.
hətta bəzən arsız adamlar deyir
şair, get bir az "duz" ye,
cəhhənəmə ki, qoy rədd olsun hamısı.
həyatın göllərdə palçığa
bulaşan" duz" qədər də dəyəri yoxdu.
bəlkə də mənim" duz"um azdır,
amma siz avaralar istiotu çox yemisiz.
nə sevgilər yaşadım,
hamısı vəfasız, qeyri ciddi.
unutqan, amma biri vardı
unudulmaz eşqə çevrildi.
adını deməyəcəm, oxuyub sevinməsin,
düşünməsin həsrətini çəkdiyimi
hətta geri qayıtsa belə ona deyərdim
çıx get, sevmirəm səni
o qədər məğrur bir insanam
sahib olduğum hər şeyi
lənətəgəlmiş qürurum üzündən itirdim.
nəysə deyəsən narazısız,
dinləmək istəmirsiz,
açılın başımdan ,
siz də rədd olun.....

bir qadın aglayır

bir qadın ağlayır 
gecənin zülmətində qaranlıq otaqda
kədəriylə baş-başa qalaraq.
sevgilisi onu tərk edib,
o siqaret çəkir, şərab içir
küçələrdə gecələyir.
bir bar köşəsində fahişələrin
çəkdiyi siqaretlərin tüstüsündə uyuyur.
qadınsa tənhadır, nədir axı ayrılığın səbəbi
gözəl idi münasibətləri,
aralarındakı seviş rəqsi də
ecazkar olub hər zaman.
bəs nə idi ayrılığın səbəbi?
hətta hər şey qaydasında olanda da
ayrılıqlar yaşanır,
hər şey doğru olanda yaşamaq cansıxıcı olur,
dəlilik etmək sevdasıyla yaşayırsan.
və hər şey qaydasında olanda
ayrılıqla bitir sevgilər.....

20 Ekim 2014 Pazartesi

silah, şərab, göz yaşları, gülüş və eşq



məsafələr ayırır natamam sevgiləri,
yolların sonsuzluğuna dikilən baxışlar 
kor edir gözləri.
payız gecəsi boğulur
dul gəlinin göz yaşlarında.
ana öz körpəsinə şirin laylay deyəndə
səmadan yağıştək bombalar yağır.
hansısa bir milyonerlər səltənətində
hələ də zənci qadınlar zorlanır,
sülh içində yaşamağı arzulayan
gənc qızları saqqalı kişilər ləkələyir.
5 yaşlı körpələr kədərlə söyləyir,
Tanrı atamızı cənnətə apardı.
insan həyatları neft sularında yuyulur,
neytral zonalar narkotik bağına çevrilir,
sionizm şən sevgi nəğmələri oxuyaraq
özümüz də bilmədən ruhumuzu əsir alır.
cizgi filmləriylə uşaqlarımızın beynini formalaşdırıb
öz siyası qullarına çevirir.
dünən zənciləri alçaldan dünya
bu gün rasizmə meydan oxuyur,
dünən Hitlerin goruna söyən dünya
bu gün daha əxlaqsız sözlərlə söyür,
yəhudilərin kökünü kəsmədiyi üçün.
sonra da həqiqətsevər insanı öldürüb,
növbəti gün adına küçə salırlar.
Fironların nəsli hələ də dünyaya meydan oxuyur,
rəhmətlik babam deyərdi, 13 nəs rəqəmdi,
uşaq ağlımla bilməzdim bu sözlərin mənasın,
sonra 13- lər məclisi haqqında eşitdim.
xristianların əksinə illuminatlar
müqəddəs hesab edirdi bu rəqəmi.
Rokfellerin yaratdığı inflasiyadan sonra
yeni dünya düzəni yarandı.
Dünya əhalisinin 80 % i ölməlidir,
qanlı savaşlar, heyvan qripləri və ebola virusları
qəlbimizdəki sevgi duyğusunu dondurur,
bizdə nifrət yaradır, əgər hamı öləcəksə
dünya kimə qalacaq???

28 Eylül 2014 Pazar

sükutla gələn intihar

sükutla gələn intihar
sükutla gələn intiharın
zövqü bir başqadır,
əzablarını zərrə-zərrə duyarsan.
öz içində gizlətdiyin dünyanı,
bir də tapa bilməzsən,
şərab yuyar qəlbindəki həqiqəti,
doğrudan bezib,
başlayarsan yalanı sevməyə
bax elə o zaman ilk addımını atar intihar,
bax elə o zaman başlar
şərab dolu qədəhlərlə dostluğun.
bax elə o zaman zənginlikdən
yoxsulluğa enərsən,
sevgililərin səni atar.
bax elə o zaman
sükutla gələn intihar
çatar öz məqsədinə
əbədi yoldaşlığa başlar.....

son dəfə gülün

Son dəfə gülün
dostlar, qədəhləri qaldırın içək,
yuyaq nakam eşqin əzablarını.
içək, sərxoş olaq, doyunca gülək,
həyatda son dəfə
gülən insanlartək.
uçaq səmalara, qalxaq göylərə,
bu çirkin dünyanən rəzalətinə,
gedək səmalara, göydən tüpürək.
gəl deyək son sözü, son arzuları,
məzar isti deyil ana qoynutək.
torpaq çox soyuqdur, badə dostlarım,
bəzi laqeyd sevgilər kimi.
bir yarın eşqində yandım, dostlarım,
qaçdım, uzaqlaşdım küskün bəxtimdən,
son mənzil məzardır, bilirəm bunu
qorxmayın, nə olar son dəfə gülün,
təbəssüm göstərən cəsədlər kimi.....

2 Eylül 2014 Salı

Boşanma mədəniyyəti

    Səfalət içində ömür sürən gənc yazıçı məhrumiyyətlərdən usanmışdı. Bu səbəb onu intihara sövq edirdi. Lakin izlədiyi film düşüncələrini qarışdırdı. Yeni qərarlar qəbul etdi. Vicdanlı aşiq obrazı yaradaraq ərli qadınları yoldan çıxartmaq, pullarını mənimsəmək istədi. Bu işdə tək deyildi. Keçmişdə müğənnilik edən, sponsor tapa bilməyən yaşlı qadın ona bu işin sirlərini öyrədirdi.
    Nəhayət bir gün elit təbəqənin tədbirlərindən birində gənc yazıçı  məclisə dəvət olundu. Maddi imkanları bərbad halda olsa da kübar cəmiyyət istedadlı olduğunu düşünürdü. Hədəfə aldığı qadını rəqsə dəvət etdi. Baxışları ilə ovsunlamağa çalışdı. Qadın başını onun çiyninə söykəyəndə uğurundan həzz aldı. Qulaqlarına pıçıldayaraq şəhərin mərkəzindəki teatrın önündə görüş təklif etdi. Qadın gülümsəyərək razılaşdı. Bundan sonrakı işlər şantajçı qadının təcrübəsindən asılı olacaqdı. Sevgililər görüş məkanında görüşdülər. İlk görüş üçün həddən artıq səmimi görünürdülər. Gənc yazıçı ilk fürsətdəcə məşuqəsini öpməyi bacardı. Necə deyərlər qadının ürəyi qulaqlarında və dodaqlarında olur. Yaradıcı adamlar bu həqiqəti daha gözəl bilir.
  Sonra vidalaşdılar. Növbəti gün şantaşçı qadın ərli qadına anonim məktub göndərdi:
    -  Ərinizə xəyanət etdiyinizi, gənc məşuqunuzla sevişdiyinizi bilirəm. Məktubu gətirənə dərhal 300  avro ödəyin.
    Qadın məyus oldu. Həyəcandan sarsıldı. Axı kim idi onu şantaj edən? Əri bilsəydi şübhəsiz. ailə həyatı dağılacaqdı. Bəs 5 yaşlı qızı nə deyəcəkdi, anam atama xəyanət edib? Bu dəhşət olardı. Dərhal pulu göndərdi. Məşuqu olan qadınların hər zaman ehtiyatda pulu olur. Sonra şantajçı qadın tərəfindən izlənildi. Qaçmağa çalışsa da bacarmadı. Keçmiş müğənni hər addımda izləyirdi onu. Yazıçı məktub göndərdi:
    - Sabah səhər ərin işə getdikdən sonra keçən dəfəki məkana gəl. Gecikmə.
    Hazırlaşıb yola çıxdı. Şantajçı qadın yox idi, təəccübləndi. Rahatlıqla görüş yerinə çatdı. Təxminən 1 saatdan sonra sevgililərin qarşısından keçdi. Ərli qadın yenə də həyəcanlandı. Əsəbləri dözülməz həddə çatmışdı. Amma qaçıb uzaqlaşmadı. Olan olmuşdu. Bilirdi ki, bu dəfə də rüşvətsiz keçinə bilməyəcək. Bu dəfə keçmiş müğənni 500 avro qopara bildi. Yazıçı və Şantajçı qadın yenə də gəlirləri yarı böldülər.
      Üçüncü görüşdə əri də görüş yerinə gəldi. Sonra arvadından boşandı. Hadisələr sona çatdıqdan, qarşıya qoyulan məqsəd uğurla yekunlaşandan sonra qadının əri -  artıq keçmiş əri, Gənc məşuqu və şantajçı qadın qələbələrini zəfər nəğmələri və Bordo şərabıyla qeyd etdilər. Məlum oldu ki, ər uzun zamandır ki, xanımından boşanmaq istəyib, lakin lazımı bəhanələri olmayıb.
                                                                                          

28 Ağustos 2014 Perşembe

Məzardakı dul qadın

Səni səbirlə gözləyən var,
ey kədərli qoca bağban.

ölümüylə xəyanət edən,
məzardakı dul qadın.

ruhu kədərlənəcək ölümünə,
amma həm də sevinəcək.
sevdiyimi görəcəm deyə.

Bəlkə ləyaqətlə öləcəksən,
bəlkə həyatla vidalaşman
ərli qadını sevmək qədər
şərəfsiz olacaq.

bəlkə ölüm tezdir hələ,
nə sən həyatdan boşana biləcəksən,
nə məzardakı dul qadın
ölümdən ayrıla biləcək.

düşün, düşün, qoca bağban,
həyat sevgilinin cəsədini
öpməkdən, ruhuna qovuşmaqdan
daha dəyərlimi?

26 Ağustos 2014 Salı

gecikdin

Ya sən dünyaya gec gəldin ya mən tələsdim. ya mən sevməyə gecikdim, ya sən tərk etməyə tələsdin. ya mən layiq olmayacaq qədər sevdim, ya sənin ruhun sevgi duyğusuna səcdə etmədi. ya sən duyğularını edam etdin, ya mən layiq olmadım əbədi eşqə. ya əbədi sevgi yoxdur, ya da əbədi sevən sevgili. axı insan ölümsüz deyil. sevgi də həmçinin. ya sən inanmadın eşqin gücünə, ya mən sevmədim sən gözləyən qədər. uzun müddət görmədin məni, ya bəlkə gözlər görməyəndə könül unudur? ya mən çalışmadım özümü unutdurmamaq üçün. ya sən dünyaya gec gəldin, ya mən tələsdim. ya sən sadiq sevgili deyilsən, ya mən dəli aşiq.......

ayrılıq

Qəlbində kirədə qaldım, iki il,
son ayın ödənişin gecikdirdim.

ömürlük çöllərdə qaldım, 
kimsə qəlbində ev vermədi mənə.

üşüdüm soyuq qış gecələlərində,
qəlbindəki evin həsrətini duyaraq...

Daha gecdir sevgilim,
saç ağarıb, yaş ötüb.
bu yaşda məhəbbbət yaraşmır bizə.
inan ki, sevgilim gülərlər bizə.

gözlərində məskən salıb,
sükuta dalan arzularım.
özümsə dolanıram
Bakının bakirə gecələrində
utancaq qız kimi
başımı yerə dikərək.

Dünyaya sığmayan sevgin,
məni sənsizləşdirdi.
hər kəsi sevdin məndən başqa.
dərs dediyin uşaqları,
bəslədiyin gülləri,
yazdığın şeirləri,
çəkdiyin rəsmləri,
hər kəsi, hər şeyi sevdin,
məndən başqa.

Dünyaya sığmayan sevgin,
məni sənsizləşdirdi...

25 Ağustos 2014 Pazartesi

sadist məhəbbət


Həm çox yaxınsan,
həm bir o qədər uzaq.
sevsən də, sevilsən də,
hələ dünənki uşaqsan.
böyüdə bilmədim səni,
kiçik qəlbimin böyük sevgisi ilə,
bu o deməkdir ki,
anan haqlıdır, 
səni xoşbəxt edə bilmərəm.
get sevgilim, get,
anan böyütsün,
özü arzuladığı oğlana qovuşdursun.

Mənsə Tanrının bakirə fahişəsi,
Mariyanın rəsminə baxaraq,
tənhalıqla söhbətləşim.

Dünyanın seks simvolu -
Silvia Sayntın təhqir olunmuş
dodaqlarından öpüş almaq qədər
mənasızdır həyat.
Fəqət ölüm daha amansızdır.
Nakam qalır arzular,
anlayırsan ki, artıq hər şeyin sonudur.

Hə, bu arada, unut məni,
sənə divanə sadist gərək deyil,
mənə də xəstə mentalitet çoçuğu....

23 Ağustos 2014 Cumartesi

Fahişənin edam günü

Qərar verilmişdi , edam olunacaqdı . Bu zamana qədər həvəslə yanına qaçan kişilər indi sakit halda ölümünə tamaşa edəcəkdilər . Ölüm hökmünü oxuyan şeyx özü keçən həftə yatağında qonaq olmuşdu . Dörd divar arasında səbirsizliklə gözləyirdi ölümünü . Bezmişdi ləyaqətsiz həyatdan , təhqiramiz sözlərdən . Ərli qadınlar sevinclə baxacaqdılar onun edamına . Çünki bu edamdan sonra ərləri yalnız onlara məxsus olacaqdı . Doğrudur , şəhərdəki fahişə təkcə o deyildi , çox idi onun kimiləri , fəqət ən gözəli idi o . İndi isə utancverici ölümlə son qoyurdular həyatına . Hətta dul qadınlar və subay qızlar da məmnun olacaqdılar , bəlkə bundan sonra kişilərin gözləri onları görəcəkdi . Axı şəhərin ən gözəl qadını idi – bu fahişə . Kişilər öz arvadlarına deyə bilmədikləri sirrləri , söz – söhbətləri rahatlıqla onunla bölüşərdilər . Deyingən deyildi . İnsanları dinləyər , onların halına acıyar , dəstək olmağa çalışardı . Hətta pulsuz gənc oğlanları da yatağında qonaq edər , həvəslə xidmət göstərərdi . İndi isə dəqiqələri sayırdı Və nəhayət vədə yetişdi , günahkarı edam səhnəsinə gətirdilər , kəndiri boğazına keçirdilər , son arzusunu soruşdular . Övladımı tənha qoymayın , lənətləməyin onu , axı o , günahsızdır . Doğma balanız kimi baxın , qulluq edin ona . Bax bu idi , son arzusu . Üç yaşlı körpə qız dərin qüssə , kədərli göz yaşlarıyla seyr etdi anasının həyatla əbədilik vidalaşma səhnəsini . Sonra Azan səsi eşidildi və insanlar Tanrını axtarmaq üçün məscidə yollandılar.

20 Ağustos 2014 Çarşamba

iki sevgilin ola

Hava limanına gedib iki bilet alasan,
biri getmək, digəri geri qayıtmamaq üçün.
iki qadın sevəsən, biri səni yad kişiyə satanda
digərinin sədaqətindən həzz alasan.
iki kamandaya azarkeşlik edəsən ,
biri məğlub olanda digəri qalib gələ.
atan zəngin bəy oğlu,
anan fəhlə qızı ola.
zənginliyin sevinciylə yanaşı,
yoxsulluğun kədərini yaşayasan.
iki mənzilin ola, birində arvadın,
digərində məşuqənlə sevişəsən.
iki ali məktəb bitirəsən,
birini atan, digərini özün oxuyasan.
Qohum-qonşu sevinsin,
desinlər ki, iki ali təhsili var.
iki kitabın ola,
biri yazılmışların ən gözəli,
digərinsə özün yazasan..
iki şadlığın ola,sevgilinlə
övladının məhəbbəti.və
körpə nəvələrinin ilk dəfə baba deməsi
iki dərdin ola
qızını gəlin köçürəsən,
və bir də itirdiyin ana sevgisinin
həsrətini duyasan.

Ayrılıqdan öncə sevişək

gəl sevişək, ayrılıqdan öncəki son görüşdə.
sonra ağlayaq, göz yaşlarımızla yuyaq sevgimizi.
axı sevgi sona çatır, gözyaşları quruyanda.

bitsin zəfər nəğməsinin xoş sədası,
səslənsin həsrətin odlu nəğməsi.

sonra bir az şərab, bir az da
başqa qadınlarla sevişmək.
unutmaq reseptinə çevriləcək.
yadlaşaraq uzaqlaşacaqsan,
Qütb ulduzu kimi sonsuzluğa.

Mənsə yetim uşaqlartək
səmaya baxaraq səni xatırlayacam.
unutsam da yadıma düşəcəksən.
bəlkə bu heç unutmaq deyil?
mənasız təsəllidir.

sonra nigah gününə dəvət olunacam.
bəy olmasam da bəydən daha yaraşıqlı görünərək
sənə acıq verəcəm, məni sonadək sevmədiyin üçün.

sonra illər keçəcək, qısqanclıqdan dəliyə dönüb
ərini öldürərək qatil adını qazanacam.
Həbsə yollanacam, sənsə başqa kişiyə
qoşularaq gedəcəksən bu ölkədən,
xatirələrini də özünlə aparacaqsan.
mənə qalansa kədərli tənhalıq olacaq.



17 Ağustos 2014 Pazar

sonuncu sevgi

Dünyanın sonuna həsr olundu sevgimiz,
Anan razı olmadı izdivacımıza.
qan qruplarımız söylədi ki,
ey xoşbəxt sevgililər,
övladınız olmayacaq heç zaman.

Sən qorxdun, axı qızların arzusudur ana olmaq,
mənsə qorxmadım, sevgim məsafəsiz idi.
Unutmadım, unuda bilmədim, aradan uzun illər ötsə də.
Övladların mənə dayı desələr də
körpə qızın sevgi şeirlərimi söyləsə də.
təsəlli tapmadım lənətəgəlmiş dünyada.

Başa düşdüm ananın nənə olmaq arzusunu,
anlayışla qarşıladım insanların istəyin,
bəs mən indi hardayam, kiməm, kimdir məni anlayan?
kim yanacaq halıma, əgər ölsəm
kim yuyacaq göz yaşıyla məzarımı.

bəlkə körpə qızın ağlayacaq ölümümə,
bir zamanlar anamın sevgilisi olub deyərək.

Nicat Həşimzadə