30 Nisan 2015 Perşembe

Ölümlük həbslər


 ( dindarlar və milliyətçilər oxumasın )
Ömürlük həbsi ölüm cəzası qədər ədalətsiz hökm hesab edirəm. Bir anlıq özünüzü ömürlük həbsə məhkum edilmiş məhbusun yerinə qoyun. Onun baxış istiqamətindən bu məsələyə yanaşın. İnsanı öldürmək olar, lakin onun qürurunu sındırmaq, şərəfini təhriq etmək olmaz. Deyək ki, bu insan azyaşlı qızı zorlayıb, işgəcə verərək öldürüb. Biz də ona ömürlük həbs cəzası arzulamaqla eyni cinayəti etmirikimi? Deyək ki, lap o insan canidir , şərəf və ləyaqət duyğusunu itirib. Bəs bizə nolub?
Müsəlman ölkələri «Quran»ı müqəddəs kitab hesab edir. Lakin ən qatı müsəlman belə Quran ayələrini dərk eləmir və ya o qədər fanatik dindardır ki, kor olub, ayələrin bir - birini zidd etməsindən xəbərsizdir. Qurana görə insanı Allah yaradıbsa canını da yalnız Allah ala bilər. Hansı səbəblərə görə İslam ölkələri bu qaydaya əməl etmir, Allahın yaratdığı varlığa ölüm hökmü oxuyurlar. Bəlkə Allah məhkəmə hakimləri ilə çay içib, nərd oynayanda onların qulağına ölməli adamların adlarını pıçıldayır?
Mənə qalsa dinin tamamilə əlehinəyəm. Bütün savaşların əsas səbəbkarı dini münaqişələrdir. Din cəmiyyətdə qul təfəkkürü yaradır. Milliyətçi də deyiləm. Amma bir həqiqəti anlaya bilmirəm. Ərəblər qız övladlarını öldürəndə, diri - diri torpağa göməndə türk dünyası qız övladının dünyaya gəlməsinə sevinirdi. Bəs necə oldu ki, aldandı ? Bir türk , ləzgi və s. niyə ərəb dilində dua oxumalıdır. Niyə mən sübh tezdən Azanın səsini eşitməliyəm. Bu biodalğalar insanın beyin hüceyrələrini darmadağın edir. Əgər musiqi səsləri sənin tüklərini ürpədirsə, ruhuna nüfuz edirsə deməli, həm fizioloji, həm də əqli cəhətdən o səsdən asılısan. Biodalğa hüceyrələrini öldürməklə məşğuldur.
Mövzum din deyil. Sadəcə ölkəmizdə din naminə həyata keçirilən qətllər də yox deyil.
Mövzudan çox da yayınmaq istəmirəm. 65- 70 yaşını keçmiş insanlar zindanda çürüməməlidir. Hər insanın azadlıqda ölmək hüququ olmalıdır. Nəvəsi, övladı istəyir ki, babaları son günlərini evdə keçirsin, öz doğma ocağında həyatla vidalaşdın. Məncə bu hər kəsin haqqıdır. Bizə də ömürlük həbs verilsə və 70 yaşına çatsaq düşünərik ki, heç olmasa son günlərimdə övladlarımı, sevdiyim qadını, nəvələrimi görəydim. Bu fürsəti məhbuslara üçün də tanımalıyıq. Ən qatı cinayətlər ən qəddar qanunların hökm sürdüyü ölkələrdə baş verir. Deməli, cəzalar cinayətlərin qarşısını almaqda acizdir. Qanunları ağırlaşdırmaq əvəzinə insanların sosial həyat şəraitini inkişaf etdirmək lazımdır. Yaşam səviyyəsindən narazı olmayan insan kimisə öldürmək, oğurluq etməz. Kredit borcları, çətin həyat şəraiti , aclıq və digər bu kimi məsələlər insanları qatilə çevirir. Əslində hamımız qatilik ya da ölümlük məhbuslar... Əgər qatil deyiliksə, o zaman hamımız birlikdə deyək:
- Rədd olsun, ömürlük həbslər. Məhv olsun, ölümlük cəzalar. Maksimum cəza 20 - 25 il olmalıdır. Bu, daha ədalətlidir.
o sonuncu təbəssüm 
sənin tükənən sevgin,
mənim yeni sevgili axtarışım idi. 
o sonuncu sevişmə 
bəşərin kədərinə hamilə qaldı,
sərxoş dünya küçələşdi
o sonuncu pıçıltıdan
bətninə enən həyat
mənim ölüm hökmüm idi.
o sonuncu gecə
Afrodita kor şair Homerin ayaqlarını yuyanda
sən ruhumda əriyib toza çevrildin.
o sonuncu həbs
məni zindana aparanda
son dəfə tənhalaşdım.
əlin əlimə dəymədən,
dodağın dodağıma toxunmadan
qucaqlaşmadan sadəcə baxışlarla sevişmək
unudulmağını gecikdirdi, amma sadəcə gecikdirdi
çox da işə yaramadı.
O sonuncu şənlikdə
Dionis şərab süzməyi unutmuş,
Hermes silahdaşlarını satmışdı
o sonuncu gecədə
həyat davam etmirdi, heç ölmürdü də
sadəcə əbədi olmayan ömrümdə
müvəqqəti sükuta dalmışdı



yoxluğuna ağlayan bir qadının yoxdursa
yaşamağın bir heçdir,
bir qadının simasında təbəssüm ola bilmirsənsə
həyat əfsanədir.
bir qadının əzablarını anlaya bilmirsənsə
oxuduğun yüzlərlə kitab mənasızdır.
xoşbəxt olmaq haqqın bir qadından aslı deyilsə
bəşərin zərrə qədər də dəyəri yox gözündə.
bir qadına sevgin ayrılıqla deyil qovuşmaqla başlayırsa
bu sevginin qüdrətinə bel bağlama.
çərənləmə gecə vaxtı, qüssə çəkib zarıldama
özünü öymə, göyə çox dırmaşsan da unutma ki,
bir qadının vaginasından çıxmısan.
təbiət ədalətsizdir kişilərə qarşı.
bu səbəbə görə də Addəmlər Həvvalardan
itirilmiş cənnətin qisasını alırlar .


bu gün həyat məndən küsdü, mən də ölkədən
belə küsmək hələ görülməmişdi.
dünya hələ belə söyülməmişdi.
ümidlər beləcə döyülməmişdi.
bu zamana qədər bəşər övladı
kədərlə beləcə öpüşməmişdi.
bu gün bir əsgər öldü, gözlənilmədən
bir tərəf üzüldü, bir tərəf güldü.
ailəsi yas qurdu, ağladı xeyli
bu gün bir ulduz söndü, qəmə bataraq
bir tale tərsinə döndü bu axşam
bu Ulduz əsgərin sevgilisiydi.
dul qaldı qəhrəman əsgər qadını.
bu gün düşmən əsgər qəhrəman oldu.
açdığı atəşdən insan ölmüşdü.
dəyişir insanlar, ölür ümidlər
fərqi nə , düşməndi ya da dostundu.
bir cana qıyırlar səbəb bilmədən.
sabah o tərəfdən əsgər öləcək.
bu günü unudan həmin dul qadın
ərinin qatili ölübdür deyə
kədərin unudub büsat quracaq.
hələ neçə canlar öləcək görən
nə qədər qadınlar dul qalacaqdır,
həyatdan həzz alan, ürəkdən gülən ,
sabahkı savaşda vurulacaqdır.

15 Nisan 2015 Çarşamba

Qısa hekayə
Müsəlman qadınla fransız kişi liftdə qalır. Kişi ehtiras duyğusuna tabe olub qadını zorlayır. Qadın baş vermiş hadisə haqqında ərinə danışır. Əri isə qadına deyir :
Nəzirə , hər şey Allahın iradəsi altındadır, Allah istəməsəydi o kişi səni zorlamazdı, əgər zorlayıbsa deməli Allah belə buyurub . . 
bu gece en hüzünlü şiirler
en bulaşık sokaklarda uyuyor 
kollarıma aldım gecenin sessizliyini
sevişdim kaderimle ses çıkarmadan
yıldızlar bulutlarla vedalaşarak
bana mesaj veriyor
unut, unut onu, asla senin olmuyacak.
sevdaların boşuna, kendine gel, amma asla
geçmişi hatırlama , şimdini yaşıyarak
gelecegi düşün.
kendine gel diyorum ama, kendine dönmek
daha çok kendinden göçmek gibi,
tasvire gelmez bir şey.
Ahmet, beni duyuyormusun, hadı koçum,
koş, Ferah ustayı çağır da gelip
bir türkü söylesin, rakı almayı da unutma,
türküler dinleyip, rakı içib,
bir az kendimizden geçelim . . .


bir kadın var uzaklarta,
ne saçlarının rengi,
nü yüzünün ifadesi,
ne dudaklarının kokusu belli
bir kadın var uzaklarta,
görmesem de varlığını duyuyorum.
bana bakıb deli gibi gülümsüyor.
ben siqarayla öpüşürken
o şerapla vidalaşıyor.
bir kadın var uzaklarta
ümitsiz bir odada
tekbaşına dans ediyor.
gidiyor durmadan,
kimseden sormadan
hiç bir zaman gitmediği
bilmediği yere
amma ben biliyorum
o kadın bana doğru geliyor



içimdə günah etmək istəyi var, 
sərhədsiz bir günah,
günahsız ölmək axmaqlıqdır,
Tanrının insana münasibəti 
həyatın ölümcül qocalarla oynadığı
nərd taxta oyununa bənzəyir.
Tanrı bəşərin ən sevimli insanını qısqanır.
bütün sevgilər sözə çevrilib ayrılıq notlarına köklənir,
dostluq tənhalıqdır, sevgi tənhalıq,
həyat tənhalıqdır, ölüm tənhalıq,
yalnız ana bətnində uyuyanda insan tənha olmur,
tale səni ana bətnindən ayırıbsa
anan səni öz bətnində saxlamağı bacarmayıbsa
özgə heç kəsdən əbədi məhhəbət gözləmə.
bir qadının səsini sevmişdim, özünü heç zaman görmədim,
yaxşı ki canlı görməmişəm. bəlkə də üzülərdim
xəyalımdakı obraza bənzəmədiyi üçün .
ən erkən gedən xoşbəxtliyini ən çox arzulayan insandır.
anam idi gedənlərin ilki və ən erkəni.
İçimdə günah etmək istəyi var,
günahsız ölüm axmaqlıqdır,
əzabsız ölüm cəfəngiyyatdır.
Tanrının insanla münasibəti
həyatın ölümcül qocalarla oynadığı
nərd taxta oyununa bənzəyir.


Öpüşlərimi küləklərə qoşub
sənə göndəririəm,
eyvana çıx, qəbul elə.
ömür bir öpüşün həzzi qədər qısa,
işgəncə qədər uzundur,

axmaq olma, heç hirslənmə,
küləklərə qəzəblənmə,
öpüşləri mən göndərdim,
külək yazıq neyləsin ?
sərxoş şair şeir yazıb gileylənsin.
şeirlərim unudulduğu qədər
unudulmaz olacaqsan bəlkə də
xoşbəxtliyə həsrət bizim ölkədə
görən sevgiləri öldürən nədir ?

Aclığa dözməyib çörək oğurlayan bəşəriyyətin başı gilyotində kəsildi .

sonuncu viski şüşəsi boş qalanda
dünya böhranı yaşandı,
müharibə başladı, 
silahlar bahalaşdı, ömürlər ucuzlaşdı.
şərabın təsirindən ayılan ilk insan
cənnət meyvəsinin qabığını çeynəyib
kapitalizmin üzünə tüpürdü .
anarxistlərin itaətsizliyindən qəzəblənən rəhbər
sadə xalqdan qisas aldı.
bəşərin azad olmuş ilk varlığı - Şeytan
insanları tabe olmamağa, üsyan edib qalib gəlməyə çağıranda
Tanrı mənəvi böhran yaşadı .
kədərli qoca təqaüd ala bilmədi insan köləliyindən .
sonuncu viski şüşəsi boş qolanda
mən ilk şeirimi yazdım,
mənim şeir yazmağımla başladı dünya böhranı

bu gecə bir az sərxoşam,
bir az dolu , bir az boşam.
dövlətdən imtina edən,
didərgin vətəndaşam.
dövlət himni himndən daha çox
vida nəğməsinə bənzəyir.
əyilməz bir solçusansa
adın üstündə vətən xaini .
minlərlə can çurban oldu.
övladı acından ölməsin deyə .
bu diyarda səbəblər heç zaman
nəticəni dəyişmir
bu gecə bir az sərxoşam.
şərab almağa pul tapmayanda
məhbusların göz yaşların içirəm .
bir az şirin, bir az acı .
insanlar döyülür, söyülür, həbs olunur
Avropa standartlarına uyğun qaydada .
seksin nə olduğunu bilməyən yeniyetmə
Quranı oxuyub zina sözünü öyrənəndə bildi ki,
təbiət insanlara nəsil artırmaq üçün bəhanə verib.
uşaq vaxtı gül satan həmin qız indi bəşər toxumlarını
bədən güllərində yaşadır
və həm də öyrəndi ki, hər ümmətin özünə layiq
padşahı olur.
sevgi heyvani ehtirasdır, məhv etmək
ən ali yaradılışdır.
bütün dünyada belədir, güc hökm sahibidir.
daha gecdir, gedin yatın. oyanmaq bizə yaraşmır,
25 ildir ki uyumaqla , unutmaqla məşğuluq 

bu gece en hüzünlü şiirler
en bulaşık sokaklarda uyuyor 
kollarıma aldım gecenin sessizliyini
sevişdim kaderimle ses çıkarmadan
yıldızlar bulutlarla vedalaşarak
bana mesaj veriyor
unut, unut onu, asla senin olmuyacak.
sevdaların boşuna, kendine gel, amma asla
geçmişi hatırlama , şimdini yaşıyarak
gelecegi düşün.
kendine gel diyorum ama, kendine dönmek
daha çok kendinden göçmek gibi,
tasvire gelmez bir şey.
Ahmet, beni duyuyormusun, hadı koçum,
koş, Ferah ustayı çağır da gelip
bir türkü söylesin, rakı almayı da unutma,
türküler dinleyip, rakı içib,
bir az kendimizden geçelim . .


12 Nisan 2015 Pazar

Cəlil Cavanşirin “ Qadın Corabları ” romanının təhlili

                             
 Cəlil Cavanşirin “ Qadın Corabları ”    romanının təhlili

  Cəlil Cavanşirin “ Qadın Corabları ”  qeyri – adi əsərdi, detektiv və erotik , həmçinin yüngül eşq romanlarına qarşı açıq bir savaş olmasa da  bu tip əsərlərin kütləvi şəkildə oxunulmasına etiraz motivləri var. Romandakı obrazlarla tanış olarkən  anlamaq olar ki, bu qəhrəmanlar təsadüfi deyil ( yəni müasir dövrün əksər romanlarının qəhrəmanları kimi fiqurlar deyil, real həyatdan götürülmüş canlı obrazlardır .
Əsəri oxuyarkən daha çox bu suala cavab axtardım. Ümumiyyətlə intihar çıxış yolu hesab oluna bilərmi ? Nəyə görə intihar çarəsizlik kimi başa düşülür ? bunu cəsarətsizlik hesab edənlər özləri intihardan qorxacaq qədər cəsarətsizdirlər . Romanda ifadə olunan əsas ideyaları aşağıdakı formada qruplaşdırmaq olar .

               Həyatda əbədi heç nə yoxdu və əbədi olmayan nəsnələr uğrunda gərgin zəhmət çəkib vuruşmaq mənasızdır. ( bəlkə də bu fikir insanlarda bədbinlik yaradacaq , bu mənada romanı tənqid etmək lazımdır )

                   Yaxın gələcəkdə ölkədə intihar hallarının artması gözlənilir və bunun səbəbləri əsərdə göstərilib . Düşüncəni zorlayan, səni öz beyinin məhsulu kimi yaradıb müəyyən qəlibə salmağa çalışan insanlar əslində səni intihara sövq edirlər .
1.    
                                                 Xurafatın hələ də tüğyan etdiyi ölkədə ateist imanı olan şəxslərin məzarlığında dəfn olunmaq istəmir və ya bunu cəmiyyət qəbul etmir. Lakin sonda yenə də azlıq kütləyə tabe olmaq məcburiyyətində qalır .
2.         
                                     İntihara cəhd edən Nicat Aslan dəfələrlə çalışsa da intihar etmir, ya  tam mənada qəti qərar verə bilmir, ya da ki yeganə məqsədi diqqət cəlb etməkdir .
3.     
                      Baş qəhrəman bəlli qərarlara etiraz edir, inqilabçı gəncdir , lakin sonra şəraba, içkiyə qurşanır, qadın düşkünü olur. Bəlkə də bu Nicatın etiraz etdiyi qüvvələr tərəfindən düşünülüb ?
4.    
                                     Psixoloqlara nifrət etdiyimə görə Orxan obrazını məmnuniyyətlə kəsib atardım . Sanki keşiş kimi çalışaraq tərəflər arasında sülhü bərqərar edir. Psixoloqlar həm də sözün həqiqi mənasında psikopat olurlar, amma Orxan obrazı səbirli halda Könül kimi intizamsız, bezdirici obrazı dinləyir. Məncə əsl ölüm elə həmin anda baş verməliydi.
5      
               Elxan obrazı çox maraqlıdır, yəqin ki roman yazmaq istəməkdə yeganə məqsədi qadınlarla tanış olmaqdır. Dindarlar bunu günah hesab edə bilərlər, lakin untumayaq ki, təbiətin öz qanunları var, materialistlər bu həqiqətləri daha dərindən duya bilirlər. ( yəni ki Elxan qardaşımızı yormayaq, roman yazmağında olsun )
6      
            Könül - ən  çox sevdiyim obrazdır, sanki bütün dünyayla məzələnir, heç nəyi vecinə almır, fahişəlikdən həzz alır, amma məsələnin dərininə endikdə anlamaq olur ki, Könülün taleyində cəmiyyət günahkardır. Lakin bu obraz Orxanla danışanda sırf erotik xəyallarını paylaşır, Orxana Nicatla necə sevişdiyini nəql edir. Bu  hissə həqiqətə çox da bənzəmir. Fahişələr əksər hallarda psixoloqlardan, ümumiyyətlə həkimlərdən qaçırlar. Əslində Könülün Nicatı sevdiyini də qəbul etmirəm, bu, sadəcə müəllif fantaziyasıdır. Könül sadəcə ona lazım olanları sevir . Bu mənada Könülü romanın ən real obrazı sayıram
7      
               Romanda hərbi dedavşina məsələləri əks olunub, hansı ki, ordumuzda hər zaman bu kimi məsələlər ən aktual problem olub. Lakin Nicat hərbi xidmətdə olduğu müddətdə belə yalnız diqqət çəkmək üçün intihara cəhd göstərib. Kitabın üstündə ona görə  + 18 qoyulub ki, - 18 lər əsəri oxusalar onlar da intihara cəhd edə bilərlər. ( mən belə düşünürəm )
8      
           Bəlkə də şair obrazının intiharvari sui – qəsdi Azərbaycan cəmiyyətinin şair obrazlarına olan qeyri – etik münasibəti əks etdirir . Hikmətin Nicata şair deyə müraciət etməsində belə alçaldıcı münasibət var. Ümumilikdə isə bir fikir deyə bilərəm ki, istedadına hər zaman hörmət bəslədiyim Cəlil Cavanşir bu romandan daha mükəmməlini yaza bilər.


                                                                                      Nicat Həşimzadə



11 Nisan 2015 Cumartesi

bu gecə bir az sərxoşam,
bir az dolu , bir az boşam.
dövlətdən imtina edən,
didərgin vətəndaşam.
dövlət himni himndən daha çox
vida nəğməsinə bənzəyir.
əyilməz bir solçusansa
adın üstündə vətən xaini .
minlərlə can çurban oldu.
övladı acından ölməsin deyə .
bu diyarda səbəblər heç zaman
nəticəni dəyişmir
bu gecə bir az sərxoşam.
şərab almağa pul tapmayanda
məhbusların göz yaşların içirəm .
bir az şirin, bir az acı .
insanlar döyülür, söyülür, həbs olunur
Avropa standartlarına uyğun qaydada .
seksin nə olduğunu bilməyən yeniyetmə
Quranı oxuyub zina sözünü öyrənəndə bildi ki,
təbiət insanlara nəsil artırmaq üçün bəhanə verib.
uşaq vaxtı gül satan həmin qız indi bəşər toxumlarını
bədən güllərində yaşadır
və həm də öyrəndi ki, hər ümmətin özünə layiq
padşahı olur.
sevgi heyvani ehtirasdır, məhv etmək
ən ali yaradılışdır.
bütün dünyada belədir, güc hökm sahibidir.
daha gecdir, gedin yatın. oyanmaq bizə yaraşmır,
25 ildir ki uyumaqla , unutmaqla məşğuluq .

9 Nisan 2015 Perşembe

sonuncu viski şüşəsi boş qalanda
dünya böhranı yaşandı,
müharibə başladı, 
silahlar bahalaşdı, ömürlər ucuzlaşdı.
şərabın təsirindən ayılan ilk insan
cənnət meyvəsinin qabığını çeynəyib
kapitalizmin üzünə tüpürdü .
anarxistlərin itaətsizliyindən qəzəblənən rəhbər
sadə xalqdan qisas aldı.
bəşərin azad olmuş ilk varlığı - Şeytan 
insanları tabe olmamağa, üsyan edib qalib gəlməyə çağıranda 
Tanrı mənəvi böhran yaşadı . 
kədərli qoca təqaüd ala bilmədi insan köləliyindən .
sonuncu viski şüşəsi boş qolanda
mən ilk şeirimi yazdım, 
mənim şeir yazmağımla başladı dünya böhranı

7 Nisan 2015 Salı

 özün gələ bilməsən də
zalım olma, yerinə bir ümid göndər
amma ümid xoş təsəlli olsa da
xoşbəxtlik bəxş etmir,
əksinə əzabların ömrünü uzadır ,
qovuşmaq sevginin sonudur,
əlçatmazlıq eşqin qüdrətidir.
qadın kişinin günahlarıdır,
kişi qadının müqəddəsliyi,
ax, vəfasız yar, yoxluğun mənə
yenə də gicbəsər bir şeir yazdırır,
bir az içki içib, sərxoş olsam ,
yuxuya dalsam yaxşıdır . . . .

heç kəs bu qədər yaşarkən,
bu qədər ölü olmayıb,
heç kəs bu qədər sevilərkən ,
bu qədər unudulmayıb,
heç kəs sən olmayıb,
sən hər kəs olmusan.
Heç kəs bu qədər zəngin olub,
ümid mənzilində kirədə qalmayıb,
22 il yaşayan heç kəs
bu qədər ölü doğulmayıb
heç kəs bu qədər hər kəsi olsa da
bu qədər heç kəsləşməyib ,

Xatırlamaq sədaqət deyil,
sadəcə unutmağı bacarmamaqdır.
Baxışlardan fikir gözləmək mənasız təsəllidir
Ümidsizlik elmindən yüksək qiymət almaq
sevgisizlik əlamətidir
gözəllik həqiqət qatilidir.
Saxtadır, nifrətlə zəngindir
Uğursuzluq özünü arsızlığa qoymaqdır
İlk gün görürsən, xoşuna gəlir,
ikinci gün şüuruna yönələn impulslar sənə sual verir
Bu qızı sevmək olarmı ?
3 - cü gün gecikmisən, artıq aşiqsən.
4- cü gün onsuz qala bilmirsən.
5- ci gün telefon nömrəsini tapırsan.
6 cı gün mesaj yazmağa cəsarətin çatmır,
7 ci gün eyni mesajı 100 dəfə yazıb eyni sayda silirsən
8 - ci gün nəhayət mesaj yazırsan cavab gəlmir
9 cu gün zəng edirsən
cavab - bu nömrəyə zəng çatmır,
abonent anlamaq dairəsindən xaricdədir.
10 cu gün - artıq həyatında başqası var.
yox dostum, səndən heç zaman Don Juan olmayacaq . . 


hakimiyyət ikiayaqlı işgəncədir,
insanlardan öz bacarıqsızlığının qisasını alır,
sol əlində təsbeh, sağ əlində insan ümidləri fırladır.
zənginlik arzusunda boğur özünü,
seçkini saxtalaşdırıb qutudan ümidsizlik çıxarır,
öz adını unudub, özgədən yardım umur,
eradan əvvələ qayıdır,
irsi hakimiyyət yenidən doğulur,
Ata və oğul mənə
müqəddəs ruhla İsanı xatırladır.
məhbuslara havanı da pulla satırlar.
Zəncirlənmiş Prometey əfsanədəki kimi qüdrətli deyil,
Daha Odisseylər də bu ölkədə dovşana çevriliblər,
Kor şair Homer də rəhbəri tərənnüm edən şeirlər yazır.
Hakimiyyət nüfuzlu intihardı,
həmişə 125 - ci maddəni pozaraq
insanları özünü öldürmə həddinə çatdırır,
Etirazlar mənasızdır, kar qulaq eşitməz,
kor gözlər görməz,
təsbehdəki fırladılan daşlar
fəhlə əməyidir, qul üsyanıdır. . .