29 Ocak 2015 Perşembe

Tək olanda yatmaq olmur ( hekayə )



Jozef, yenə nədir, nə çərənləyirsən ?
- Eh, Mark boş ver, sən anlamazsan .
- Niyə anlamıram? Eyni sözləri sayıqlayırsan. Tək olanda yatmaq olmur. 
- Onda anla, mənasız suallar vermə. Axı sən heç vaxt tənha qalmamısan.
- Haqlısan, amma hər kəs tənhadır, tənhalıq varoluşun təməl daşıdır.
- Yox, Mark, mənə qadın lazımdır.
- Amsterdam küçələri və gecə barları qadınlarla zəngindir.
- Mən seks maşını deyiləm. Qadın mənə cinsəl ehtiyacımı ödəmək üçün lazım deyil. Bir sirdaşa, məni anlayacaq bir dosta ehtiyacım var.
- Jozef, sirdaşının niyə məhz qadın olmasını istəyirsən?
- Bilmirəm, Mark , lənətə gələsən, axı həyatda çox suallara cavab tapmaq olmur.
- Qadın 1 dəqiqə dinləyib 1 saat danışacaq. Məcburən dinləməli olacaqsan.
- Razıyam, amma hər bir normal kişinin qadına ehtiyacı var. Hətta seksual mənada qane etməsə belə səmimi dost olmağı məni qane edər.
Mark Jozef üçün qadın axtarışına başladı. Amsterdamda gözəl xanımlar çoxdur, səmimi dost, sadiq sirdaş tapmaqsa çətin. Nəhayət bir gün Elisa adlı qadını sinemaya dəvət etdi, Jozefi də məlum məkana çağırdı.
Çox sevgilər yaşadım bu günədək, hər yeni sevgi köhnə əzabların sonu deyil, yeni kədərin başlanğıcıdır. Hər yeni qadın yeni məğlubiyyətdir. Onlar arasında yaşanan sevgi oyunları haqqında ətraflı danışmaq mənasızdır. Əsrlər boyu sevgi oyunu dəyişilməz olaraq qalır. İki insan görüşür, öpüşür, sevişir və ayrılır. Bütün xoşbəxt sevgilərin nəticəsi belə olur. Həmin gecə Jozeflə Elisa sanki bütün cütlüklərin əvəzinə sevişdilər. Elisa siqaret yandırdı. Jozefsə boşalandan dərhal sonra yatdı. Sübh şəfəqləri pəncərədən boylanaraq yataq otağını işıqlandıranda Jozef yuxudan ayıldı , həyəcanla qışqırdı :
- Rədd olun, axmaqlar, tək olanda yatmaq olmur. . .

Hiç yorum yok:

Yorum Gönder