2 Haziran 2015 Salı

doqquz hekayənin mənə dedikləri



Rafiq Tağı unudulmaz yazıçı  olmağa  layiq   yazıçıdır.  Bunu  inkar  etmək  ağılsızlıq olar. Qan Turalının   “  Doquz hekayə  ” kitabını  Rafiq Tağıya ithaf etməsi sevindirici haldır. Kitabı oxudum. Hər bir hekayə haqqında fikirlərimi yazıram.
 “ O qız və o oğlanın hekayəsi ”  mental  dəyərlərin sınmaz stereotiplərə çevrilməsi tənqid olunur. Sevil kədərli obrazdır. Qızların zorlanma xəbərlərini tez – tez eşidirik. Və həmin qızlar Sevil kimi onları alçaldan, təhqir edən oğlanla məcburən ailə qurmalı olurlar. Çox acınacaqlı haldır. Bu fikri birdəfəlik məhv etmək lazımdır. Vonnehutun Rüstəm Behrudiyə bənzədilməsi çox uğurlu alınıb. Ən çox bəyəndiyim məsələ hekayənin dialoq formasında qurulmasıdır.
“ Şahmat məktəbinin direktoru ” hekayəsində baş verənlər aktual olaraq qalmaqdadır. Mən belə anladım ki, məktəb direktorlarının savadsızlığı tənqid olunur. Lakin məktəb direktorunun hansı məqsədə xidmət etdiyi sonradan aydın olur. Uşağın məsum düşüncələri mənə saf uşaqlıq xəyallarımı xatırlatdı. Hekayədə axıcı təhkiyəni dəyərləndirmək lazımdır.
“ Şaxta babanın qətli ” hekayəsini oxumuşdum. Təkrar yenə oxudum. Rusiyaya gedib müxtəlif hoqqalardan çıxan kişilər yaramaz adamların sözlərinə aldanıb öz qadınlarını səbəb olmadan qısqanır, ailədə mübahisələr yaradırlar, bəzənsə bu məsələlər qətlə qədər gəlib çıxır. Nailə uşaqları ilə parka gedib Şaxta Babayla şəkil çəkdirir. Bu şəkildən iki ədəd çıxartdırır, birini özündə saxlayır, dgərinisə məktubla birgə ərinə göndərir. Ər də dost  tanışının atmacalarına inanır, arvadını qısqanır və sonra faciə törədir.
“ Bir – birini sevməkdən qorxan iki adamın hekayəsi ”  yaxşı alınıb. Amma dialoq çoxdur və həddən artıq fəlsəfidir.  Gözünün önündə baş verən real hadisələri qoyub səmalarda mövzu axtaran yazıçıların tənqidini gördüm. Çexovla bağlı söhbəti bəyəndim. Yumoristik səhnədir və uğurlu alınıb.
“ Darıxanlar ” hekayəsində ağır sosial həyat şəraiti tənqid olunur. Müəllimlərin gərgin durumlara düşməsindən bəhs olunur. Darıxan iki yoldaşın dialoqunda maraqlı məsələlərdən söhbət açılır. Amma etiraf edim ki, bu hekayəni digərləri kimi çox da bəyənmədim.
“ Kafka” hekayəsini bəyəndim, əla alınıb. Şablon sağlıqlardan uzaqlaşma qistəyən dostlar unikal sağlıqlara üstünlük verir və nostaliji anlar yaşayırlar.
“ Çılğınlar ” hekayəsində obrazların qeyri – adi hərəkətləri məni də cuşa gətirdi. Uğurlu alınıb. Səmimi, kopmlekssiz obrazları sevdiyimdən bu hekayəni sevdim.
Kitabda ən çox sevdiyim əsər “ Füzulinin qayıdışı ” oldu. İnsanı düşünməyə məcbur edir. Bir anlıq inanmaq istəyirsən ki, həqiqətən də heykəl canlı varlığa çevrilib şəhəri dolaşa bilər. Füzulinin şair yoldaşları ilə söhbətində dövrümüzün bir çox hadisələrinə etiraz amillərini görmək olur. Şairlər müxtəlif dpvrlərdə yaşamalarına baxmayaraq görüşləri alınır və söhbətləşirlər. Qan Turalının dialoq qurma bacarığınl qiymətləndirmək lazımdır. Bəzən dialoqlar da , dedi, söylədi, ifadə etdi kimi sözlər görəndə insan istər – istəməz əsəbiləşir. Füzulinin polislərlə söhbətində bir məsələ məni düşündürdü. Azərbaycan polisləri ümumiyyətlə şeir bilirlərmi, Füzulini tanıyırlarmı, ondan heç olmasa 1 – 2 beytlik nəsə əzbər öyrəniblərmi ? Maraqlı əsərdi, oxumağa dəyər. Nə zamansa bu kitabı yenidən oxusam ilk öncə bu əsərdən başlayacam.
“ Prokurorun 3 günü ” əsəri mənim üslubuma yaxın olmadığı üçün çox da zövq almadım. Ancaq aspirantın ölümü və bu ölümün müəyyən səbəblərlə əlaqələndirilməsi , həmçinin kodlardakı rəqəmlərin istintaqı həyata keçirən prokurorun həyatı ilə bağlandırılması çox yaxşı alınıb. Xüsusən də bu ölümün intihar kimi düşünülməsi də maraqlıdır. Firudin bəy Köçərlini öldürənlər bu ölümə görə də günahkar hesab olunurlar.
Qan Turalı haqqında tənqidi məqalə yazdıqdan sonra çoxları bəlkə də onun kitabını oxuduğuma və haqqında yazı yazdığıa inana bilməyəcəklər, amma şəxsi munasibətləri yaradıcılığa qarışdırmağı sevmirəm. Çünki müəllif həqiqətən də istedadlıdır, bunu danmaq olmaz.

Nicat Həşimzadə 


Hiç yorum yok:

Yorum Gönder