22 Mart 2015 Pazar

Arzular maye halındadır,
hər zaman harasa axır. 
insanı uzaqlara aparır
ümidlər kor olsa da
duyğuları güclüdür. 
və istəklər uğurun yarısıdır ,
hər zaman qovuşmağın deyil
ayrılığın şeirini yazır.



Gecədir, Ay ağlayır,
göz yaşları yanağında quruyur,
boz ləkəyə çevrilir. 
ulduzlar gizlənir buludların bətnində ,
ümidlər yox olur, gecənin tənhalığında .
Gecədir, inqilabçı gənc zindanda döyülür,
körpə övladının gözləri qapıya zillənir ,
ananın qəlbində tufan oyanır.
gənclikdə hələ sevgi yoxdur,
sonsuz nifrətdən yaranır
gecənin kimsəsiz əhalisi .
Gecədir, ulduzlartək qeyb olur,
kimsəsiz ümidlər.
gecə rəqqasəsi
erotik rəqsiylə beynini yuyur,
inqilab eşqini öldürür.
gecədir, daha bir günahsız insan
əbədi heçliyə çevrilir,
Bakirə şəhərin fahişə kişiləri
azadlıq himninin sözlərini
dəyişməklə məşğuldurlar.
gecədir, çox da özünü aldatma,
yox bu gecədə xüsusi bir əlamət ,
yoxdu fərqi , başqa gecələrdən,
dəyişməyən yeganə həqiqətsə
sənin ölümsüzləşən tənhalığındır . .



Tanrı, səmimi ol,
düzünü de,
sən heç ölənlərə yas saxlayırsan ?
lüğətində matəm sözü var ?
sən heç ölənin ilini gözləyirsən?
Tanrı , mən şərabı sevirəm,
düzünü de, səmimi ol,
sən heç şərab içmisən ?
axı niyə sən də
mənim kimi tənhasan.
Tanrı, səmada siqaret satırlar ?
bəlkə buludlar çəkdiyin siqaretlərin
yaratdığı dumandır ,
külünü də yerə atıb bizə uddurursan ?
susma Tanrı, cavab ver.
düzünü de, axı niyə tənhasan?
sənin də sevgilin vəfasız olub ?
sən də gecələr mənim kimi
yuxusuz qalırsan ?
sən heç insanların axmaqlığına gülürsən ?
Tanrı, sən də şəffaflığına inanıb
prezident seçkilərinə gedirsən ?
sən də Novruz bayramında
tonqal qalayıb üstündən atlanırsan ?
sən də papaq atıb
şəkərbura gözləyirsən ?
amma əvəzində mənim kimi
zəhər- yara alırsan ?
Tanrı , sən də evdə qadın olmayanda
yemək hazırlamağa tənbəllik edirsən ?
sən də səhərlər yatağını yığışdırmırsan ki ,
gecə onsuz da yenidən yatacaqsan ?
Söylə Tanrı, cavab ver, yox yaxınlaşma,
toxunma mənə, vücudun günah qoxuyur .
səmimi ol, düzünü de,
sən də mənim kimi insanları unutmusan ?



Doktor, möhtəşəm kilsə qübbəsi 
mənə tənhalıq diaqnozu qoyur,
cəfakeş insanın əzablarından 
doğulub bu amansız duyğu.
Buludlar qaralanda vücudlar yuyulub ağarır,
Ruhlar yenə də kirli qalır.
Tanrının məbədini başına uçurur,
Somalidə aclıqdan ölən körpə.
İnsan yalnız ölüm anında
bəşəri həqiqəti dərk edir.
Yalnız aciz adamlar
əbədi həyat arzulayır.
sən xəstədən həyatını rüşvət alırsan, doktor,
utanma, həqiqəti de,
ölüm işgəncələrin sonudur.
Pulum yoxdur, doktor, öldür məni,
ümidlənmə, ziyarətimə gələn olmayacaq.
Kilsə qübbəsi düzgün diaqnoz qoyub
öldür məni doktor,
öldürməsən Tanrı səni bağışlamaz,
gənc yaşında günahkar olma doktor,
öldür məni . . . .


Hər gecə iki qədəh tənhalıq,
bir qədəh də ümid içirəm.
dörd qədəhlik ümidsizliyə çevrilir.
Pulun sayılmayan isim olduğunu deyən müəllim,
axı hardan biləsən ki, mənim üçün pul mücərrəddir,
varlığını duysam da toxuna bilmirəm.
Uğur qazanmaq üçün istinad nöqtəsinə ehtiyacım var.
Kapitalizm dünyasında yeganə istinad nöqtəsi puldur.
Yaşadığım məmləkət monopoliya dalğasında boğulur,
Dünən polislər 76 yaşlı qadını söyür,
yoxsul gənci döyürdülər.
Qədəhlərin sayını itirirəm,
bədbəxt ölkənin ölümünə içirəm.
Sabahdan şərab bahalaşacaq,
insan ucuzlaşacaq,
gözləmirəm sabahı ,
elə indi içirəm,
sonsuzadək sərxoş olub
ayılmamaq ümidiylə . . . .



Bomboş oda, 
duvarlar sensizlik,
resimler yalnızlık okuyor.
Dolaşıyor kafamda 
sınırsız bir tuhaflık .
dans ediyor
hoş gönüllü kelebek
senden haber veriyor
beyaz saçlı adama.
Ümit peşinde koşuyor ,
yaşamaya çalışıyor aksaçlı babalar.
Somada ölen babanın çoçuğu
Tanrıdan yardım bekliyor.
Binlerce sigara seni unutduramadı,
oysa unutmak için bir kadın yeterdi.
sadece bir kadın
Ama olmadı, her kadında bir az sen yaşıyor,
unutmamı engelliyordun



səmada rəqs edən pəmbə buludlar,
sübut edir ki, gələcək keçmişə nəzərən dəyişir.
zaman kədərlə düz mütənasibdir.
xoşbəxtlik keçmiş zamanda yaşasa da
ümidlər gələcəyə səcdə edir.
və sonda heç bir zaman formasında dəyişməyən
ümidsizlik qalib gəlir

Hiç yorum yok:

Yorum Gönder