7 Nisan 2015 Salı

 özün gələ bilməsən də
zalım olma, yerinə bir ümid göndər
amma ümid xoş təsəlli olsa da
xoşbəxtlik bəxş etmir,
əksinə əzabların ömrünü uzadır ,
qovuşmaq sevginin sonudur,
əlçatmazlıq eşqin qüdrətidir.
qadın kişinin günahlarıdır,
kişi qadının müqəddəsliyi,
ax, vəfasız yar, yoxluğun mənə
yenə də gicbəsər bir şeir yazdırır,
bir az içki içib, sərxoş olsam ,
yuxuya dalsam yaxşıdır . . . .

heç kəs bu qədər yaşarkən,
bu qədər ölü olmayıb,
heç kəs bu qədər sevilərkən ,
bu qədər unudulmayıb,
heç kəs sən olmayıb,
sən hər kəs olmusan.
Heç kəs bu qədər zəngin olub,
ümid mənzilində kirədə qalmayıb,
22 il yaşayan heç kəs
bu qədər ölü doğulmayıb
heç kəs bu qədər hər kəsi olsa da
bu qədər heç kəsləşməyib ,

Xatırlamaq sədaqət deyil,
sadəcə unutmağı bacarmamaqdır.
Baxışlardan fikir gözləmək mənasız təsəllidir
Ümidsizlik elmindən yüksək qiymət almaq
sevgisizlik əlamətidir
gözəllik həqiqət qatilidir.
Saxtadır, nifrətlə zəngindir
Uğursuzluq özünü arsızlığa qoymaqdır
İlk gün görürsən, xoşuna gəlir,
ikinci gün şüuruna yönələn impulslar sənə sual verir
Bu qızı sevmək olarmı ?
3 - cü gün gecikmisən, artıq aşiqsən.
4- cü gün onsuz qala bilmirsən.
5- ci gün telefon nömrəsini tapırsan.
6 cı gün mesaj yazmağa cəsarətin çatmır,
7 ci gün eyni mesajı 100 dəfə yazıb eyni sayda silirsən
8 - ci gün nəhayət mesaj yazırsan cavab gəlmir
9 cu gün zəng edirsən
cavab - bu nömrəyə zəng çatmır,
abonent anlamaq dairəsindən xaricdədir.
10 cu gün - artıq həyatında başqası var.
yox dostum, səndən heç zaman Don Juan olmayacaq . . 


hakimiyyət ikiayaqlı işgəncədir,
insanlardan öz bacarıqsızlığının qisasını alır,
sol əlində təsbeh, sağ əlində insan ümidləri fırladır.
zənginlik arzusunda boğur özünü,
seçkini saxtalaşdırıb qutudan ümidsizlik çıxarır,
öz adını unudub, özgədən yardım umur,
eradan əvvələ qayıdır,
irsi hakimiyyət yenidən doğulur,
Ata və oğul mənə
müqəddəs ruhla İsanı xatırladır.
məhbuslara havanı da pulla satırlar.
Zəncirlənmiş Prometey əfsanədəki kimi qüdrətli deyil,
Daha Odisseylər də bu ölkədə dovşana çevriliblər,
Kor şair Homer də rəhbəri tərənnüm edən şeirlər yazır.
Hakimiyyət nüfuzlu intihardı,
həmişə 125 - ci maddəni pozaraq
insanları özünü öldürmə həddinə çatdırır,
Etirazlar mənasızdır, kar qulaq eşitməz,
kor gözlər görməz,
təsbehdəki fırladılan daşlar
fəhlə əməyidir, qul üsyanıdır. . .

Hiç yorum yok:

Yorum Gönder