11 Nisan 2015 Cumartesi

bu gecə bir az sərxoşam,
bir az dolu , bir az boşam.
dövlətdən imtina edən,
didərgin vətəndaşam.
dövlət himni himndən daha çox
vida nəğməsinə bənzəyir.
əyilməz bir solçusansa
adın üstündə vətən xaini .
minlərlə can çurban oldu.
övladı acından ölməsin deyə .
bu diyarda səbəblər heç zaman
nəticəni dəyişmir
bu gecə bir az sərxoşam.
şərab almağa pul tapmayanda
məhbusların göz yaşların içirəm .
bir az şirin, bir az acı .
insanlar döyülür, söyülür, həbs olunur
Avropa standartlarına uyğun qaydada .
seksin nə olduğunu bilməyən yeniyetmə
Quranı oxuyub zina sözünü öyrənəndə bildi ki,
təbiət insanlara nəsil artırmaq üçün bəhanə verib.
uşaq vaxtı gül satan həmin qız indi bəşər toxumlarını
bədən güllərində yaşadır
və həm də öyrəndi ki, hər ümmətin özünə layiq
padşahı olur.
sevgi heyvani ehtirasdır, məhv etmək
ən ali yaradılışdır.
bütün dünyada belədir, güc hökm sahibidir.
daha gecdir, gedin yatın. oyanmaq bizə yaraşmır,
25 ildir ki uyumaqla , unutmaqla məşğuluq .

Hiç yorum yok:

Yorum Gönder