6 Ocak 2015 Salı

bir qadın

Bir qadın ağlayır ruhumda mənim,
bir qadın nifrətlə baxır üzümə,
bir qadın dolanır başımda mənim,
bir qadın şərabla yad edir məni
bir qadın limanda gözləyir indi,
gözləri dənizdə axtarır məni ,
hər gələn gəmidən soruşur bəlkə.
bir qadın gizlənir qəlbimdə mənim,
bilmirəm, adını, duyğularını,
bəlkə də ərindən ayrılıb qaçıb,
yad kişi qəlbində boş otaq tapıb?
bir qadın yaşayır baxışlarımda,
bəzən gülümsəyir, bəzən ağlayır,
yad qadın üzündə gəzəndə gözüm,
dözməyib acıqla məni danlayır.
bir qadın unudur məni bu gecə,
bu gecə əbədi sevgi tükənir,
mən dərddən ağlayıb şərab içəndə,
yad kişi ruhuna qəlbi söykənir?

Hiç yorum yok:

Yorum Gönder