20 Ocak 2015 Salı

Mavi gəlin (hekayə) + 21





Ucqar  bir   dağ  kəndində ən yaxın  dostunu  homoseksual  olduğuna  görə öldürdülər. Ona  görə  dost  deyirəm ki, bilmirəm rəfiq  deyim, yoxsa  rəfiqə. Hərçənd  ki, Azərbaycan dilinin orfoqrafiyasında  rəfiq  sözünə  rast  gəlməmişəm.  
Qərara  gəlmişdi ki, qisas alacaq. Qəlbi intiqam hissiylə  coşurdu. Əvəllər Vaqif idi, indi Vaqifə olmuşdu. Ehtiyac  belə tələb etmişdi . Bədəninin bütün əzalarını əməliyyat  etdirib  qadın  görkəmi  almışdı. Təkcə  günah alətinə toxunmamışdılar. Özü istəməmişdi.
       
Bilənlər bilir ki, kənd  cavanları vəhşi öküz kimi ehtiraslı olur.  Heyvan  bədəni görməkdən bezən gənclər canlı  qadın bədəni arzulayırlar .  Hara  gedirsiz ,  hələ söhbətimi  bitirməmişəm, inanmırsızsa  rədd olun. 
Amma  inanın, onsuz da  çox  danışmayacam, təxminən  40  dəqiqə . Vaqifə tez  bir  zamanda  fəal əməliyyatlara  başladı . Elxanı  yoldan çıxarmaq elə də çətin olmadı .  Ehtiraslı baxışlar, erotik yeriş,  gözlənilməz   psixoloji  təsir və  vəssalam,  nəticədə  kişi  qadının quluna  çevrilir. Fəqət, Vaqifəyə  tam  olaraq  qadın  da   demək  olmazdı.
Oğlan hətta  öpüşdükləri zaman da heç nə hiss  etmirdi , hiss  etmirdi deyəndə ki,  əslində çox  təsirli   hisslər  kek2çirirdi  həmin an, ən  vacib  olanısa  duymurdu  .  Ehtiras  – Yaradılışın  ən  vəhşi , qarışısıalınmaz ,  sərhəd  tanımaz  duyğusu və  ən  nəhayət kişini qadının  quluna  çevirən amansız  quldar.  Çox  zaman   keçmədi , evlənmək  təklifi etdi Vaqifəyə. (hə,  başımı  o qədər  xarab  elədiniz ki, Elxan  haqqında   danışmağı unutdum .Vaqifənin  dostunu  o öldürmüşdü . Kənd  yerlərində  homoseksuallıq, trans, heteroseksual,  lezbianka  kimi   anlayışları  heç  kim  bilməzdi, hətta  cinsi əlaqəyə  cütləşmə  deyəcək  qədər  sadək8lövh  idilər).
Gözəl məclis təşkil olundu. Toy hələ bitməmiş  Elxan  Vaqifənin  dizlərini sığalladı, belini qucaqlamaq  istəyəndə  sərt  bir  dirsək zərbəsi aldı,  səbri  tükənirdi  artıq. Etiraf etmək lazım ki, plan  qüsursuz dərəcədə mükəmməl  düşünülmüşdü . Səhvsiz də həyata keçirilirdi. Əsas  məsələ  qalmışdı hələ. Zifaf  gecəsi başlandı, Elxan dərhal  soyunmağa  başladı, yengələr də  gizlincə  baxırdılar.  Vaqifə də  soyundurulmasına  mane  olmadı. Sonra isə müharibənin    həlledici   döyüşündə zəfər qazanmış döyüşçü kimi  hədsiz  həvəslə  günah   alətini    Elxana  göstərdi. 








Hiç yorum yok:

Yorum Gönder