24 Ocak 2015 Cumartesi

Eşcinsəllərin nigahı + 21 ( hekayə )

İsa Şahmarlının xatirəsinə həsr edirəm .

Bağışla dostum, sən intihar etmədin, səni biz öldürdük. .



Şərqin axmaq mental qaydaları onları bezdirsə də Həsənlə Əli biri-birilərini sevirdilər. Lakin amansız Şərq despotizmi onları öz hisslərini gizli saxlamağa məcbur edirdi. Cəmiyətdən qaçır, gizli görüşürdülər. Ən çox da doğma ailələrindən qorxurdular. İslam təfəkküründə eyni-cinslilərin sevgi münasibətləri qəbul olunmur, əksinə rəzillik sayılırdı. Əslində heç bir  təriqət eşcinsəllik anyalışına normal münasibət bəsləmir. Bəzən Həsən halından şikayətlənərək deyinirdi: “ Əgər İslam dini insan azadlığı anlayışını qəbul edirsə, bəs hansı səbəblərə görə bizim hisslərimiz gizli qalmağa məhkumdur. Əli çox  zaman onu sakitləşdirirdi: “Bütün  dinlər   hakim  zümrələrin  mənafeyi  naminə yaradılıb”,  Hammurapi  məcəlləsindən, Drakon qanunlarından  xristianlığa, islama qədər bütün qanunlar   toplusu  və  hətta  müasir  dövrün   konstitusiyaları  belə.

Sivil ölkələrdə  homoseksuallıq  anlayışı normal qəbul edilsə də, Şərq  hələ çox   geridə qalmış, dinin gətirdiyi fanatizmə uymuş, bu səbəbə görə də intelektual cəmiyyət yarada bilməmişdi. İnsanları məscidlərə gedib ibadət etməyə sövq edən müsəlman liderləri özləri qadın alveri ilə məşğul olur, sonra da utanmadan deyirlər ki, qızlarımızı fahişə olmaqdan xilas edirik.

1970-ci illərdən indiki dövrə  qədər dörd mindən çox insan homoseksualizm maddəsi ilə edam edilib. Sudan, Yəmən, Səudiyyə Ərəbistanı kimi müsəlman ölkələrində isə homoseksuallara  qırmanc cəzası verilirdi. Bu fakt Şərqin insan  hisslərinə olan  hörmətsizliyini göstərir. Platonun düşüncələrinə görə insanlar cinsi  təsnifatlara  bölünməzdən əvvəl  ikicinsli androginlər mövcud olub. Lakin Tanrı androginlərin nəsilartırmaq qabiliyyətinin olmadığını gördükdən sonra insanları cinslərə ayırıb. Platon həmçinin homoseksual sevginin İlahi qüvvəyə yaxınlaşacaq qədər ülvi, müqəddəs  duyğu  olduğunu  bildirib.  İntelektual  ölkələrdə insanları  dini, milli,  irqi  mənsubiyyətlərə bölmək  tərbiyəsizlik sayılır. 

Həsənlə Əli Suriyada yaşayırdılar. Qərar vermişdilər ki, təqiblərdən xilas olmaq üçün İsrailə qaçacaq, yeni həyata başlayacaqlar. Lakin doğma ailə üzvləri ilə  vidalaşmadan ayrılmaq, onları tərk etmək çətin idi. Bunu edə bilməzdilər, sirrləri bəlli olardı. Əli  bəzi anlarda  düşünürdü: 
- Tanrı bütün axmaq liderləri  müsəlmanlar üçün yaradıb , İsrailin “uşağı” xalqı bir-birinə qırdırır. Tanrınınsa yəqin daha vacib işləri var  . Peyğəmbər ümmətinin davamçıları ona söyləmişdilər ki, Tanrının cinsi yoxdur. 

Keşiş böyük həvəslə kəbinlərini  kəsdi. Əgər günahınız varsa da cəzanızı Tanrı verəcək, - dedi. Əslində  sevindi. Dünyanın gedişi mənsub olduğu xalqın istəyinə uyğun idi.  Yəhudi rahib nigah mərasimini rəsmiləşdirməkdə  gənclərə kömək etdi. Uzun sürmədi  xoşbəxtlikləri. 

“Saqqallı qardaşlar” tərəfindən  güllələndilər. Dünyanın hər yerinə  qolları uzanırdı  “Saqqallı  qardaşların”. 

Dörd əsr   sonra  Həsənlə  Əlinin  nigah  tarixi  “Eşcinsəllərin nigah  günü ”  kimi  tarixə   düşdü. Dünya eşcinsəlləri məhz həmin gündə izdivac qura bilərdilər . 25-ci  əsr  olmasına  baxmayaraq  bəşəriyyət  hələ də özünü  dərk  etmirdi . 

Qeyd: Hekayədəki  "Saqqallı  qardaşlar" şərti  addır.

Hiç yorum yok:

Yorum Gönder