1 Ocak 2015 Perşembe

Küçə sevgiləri ( hekayə ) + 18



Nyutonun ümüdunya cazibə qanunu cəfəngiyyatdır, mənim üçün sənsən cazibə qanunu. Əgər təsir əks təsirə bərabərdisə biz niyə bərabər ola bilmirik?  Dostluq və sevgi tənha qalmaq üçündür. Əslində bu duyğunu sevgi adlandırmaq gicbəsərlik olardı. Bəzən erotik hisslər sevgidən daha güclü olur. Bu sözləri də sadəcə ağlıma gəldiyi üçün yazdım.
   Bütün nağıllar” biri var idi, bir yox idi “ilə başlar, mənim nağılımsa “biri yox” idi ilə başladı. Amma yox, yadıma düşdü, bir zamanlar biri oldu. Qadın sevgilisinə o qədər sadiq idi ki, mənimlə sevişəndə belə telefondan uzaqlaşmır, məşuquyla mesajlaşırdı. Məşuqu bilirdi sevişdiyimizi, lakin necə deyərlər sevgi fədaakarlıq tələb edir. Elə də tez-tez görüşmürdük, Həftədə 3 dəfə görüşür, 4 dəfə sevişirdik, seviş rəqslərimizdən birini virtual aləmdə edirdik. Nə yaxşı ki Zükerberq “facebook” u yaradıb. Arada müqəddəs hisslərini inboksa boşalda bilirsən. Bunun zövqü tam fərqlidir. Küçə qadınını sevməyin xüsusi gözəllikləri var. Məsələn onunla istədiyin pozada sevişə bilərsən. Həm də dünyaya övlad gətirmə şansı yox idi.  Belə rəzil dünyaya uşaq gətirmək istəmirəm deyərək təsəlli tapırdı, bəzən biz insanların elə mənasız təsəllilərə ehtiyacı olur ki..
     Seksdən doyandan sonra yataqda fəlsəfədən, Tanrının ədalətsizliyindən, dünya tarixindən, erotik yarışmalardan danışırdıq. Ali təhsilli küçə qadınıyla yatmaq kişinin intelektini artırır. Yataq rəqsi zamanı nostaliji hisslər yaşamağı ondan öyrəndim.  Çox zaman Bethovenin “Moon Light” sonatasını dinləyərək klassik üslubda sevişirdi. Tez- tez təkrar edirdi, sevməyə tələs, yoxsa ölməyə gecikərsən.
       Və bir gün, yataq otağında qadının cəsədini tapdılar. İntihar etdiyi söylənirdi. Etmişdimi? Qadın ölümündən əvvəl aynaya dodaq boyasıyla bu sözləri yazmışdı,

dünyaya gələrkən bakirə idim, bakirə olaraq da ölürəm. Əlvida həyat və müqəddəs küçələr..

Hiç yorum yok:

Yorum Gönder