11 Mayıs 2015 Pazartesi

Kenquru yarışları

                                             

- Qonşu, deyirlər məmləkətimizdə kenquru yarışları keçirilir. Düz söhbətdir ?
- Nə kenquru, nə yarış , başın qaçıb ya təkərə düşmüsən ?  
- Yox, ciddi deyirəm. Kenqurular artıq gətirilib. Özü də Avstraliyadan.
- Ay ağıllı, bəs kenquruları  Şəmkirdən gətirməlidirlər ? Kenquru Avstraliyada olur da.  Yəqin çox xərc çəkilib hə ?
- Hə, təxminən 25 milyon manat. Sadəcə başa düşmürəm ki, kenqurular 1 ay əvvəl gətirilib, amma vəsait indi ayrılır.
- Eee qonşu, boş ver bu söhbətləri. Dövlətimiz nə etdiyini yaxşı bilir. 25 milyondan 10 manat  versəydilər pivə içərdik.
- Sən axı əsas məsələni bilmirsən. Siyasi partiyaların ümumi görüşündə qərara alınıb ki, kenquru yarışlarında hər partiyanı bir  kenquru təmsil edəcək. 1 – ci yerə  çıxan kenquru təmsil etdiyi partiyanın parlamentdə üstünlük qazanmasına səbəb olacaqdı.
- Aydaa, başım xarab oldu e. AZTV – yə baxandan yaman savadlı danışırsan. Yox e, mədəni dildə necə deyirlər , nəql edirsən ?
Yarış başladı. Kenqurular finiş xəttinə yaxınlaşanda dalaşdılar. Heç kim siyasi üstünlüyünü itirmək istəmirdi. Qalib müəyyən olunmadı. Növbəti iclasda qərara alındı ki, inək yarışı keçirilsin. Hansı partiyanın inəyi daha çox nəcis istehsal etsə o partiya da üstünlük qazanacaqdı. Bütün inəklər eyni miqdarda nəcis dünyaya gətirdilər. Parlament nəcislə doldu. Üstünlüyü “  Bəşəri nəcis ” patiyası qazandı
P.S. Hadisələrin Azərbaycanla əlaqəsi yoxdur , sadəcə yazıçı təxəyyülünün məhsuludur

Nicat Həşimzadə 

Hiç yorum yok:

Yorum Gönder