8 Mayıs 2015 Cuma

“ Camal Feyzulla Nobel alır “



  Sənə Camal Feyzulla deyirəm e, elə - belə adam deyil, elə - belə yazıçı olsa da. Ağıldankəm olmasına baxma. Orta əsrlər Avropasında yaşasaydı, 4-cü Gözəl Fillipin məsləhətçisi təyin olunardı . Varlığa nə darlıq, keçən  ay  dünya  şöhrətli  Uqanda yazıçısı ilə görüşüb. Həmin yazıçı  İtaliya  tarixi  haqqında roman yazaraq adını Nobel siyahısına əlavə etdirib. Qəhrəmanımız Camal Feyzulla  da milyonlarından keçib  adını həmin  siyahıya saldırıb. Qəhrəmanı çox da qınamayaq. İnsandır da, həvəsi var, ümidlənib. Möhtərəm Camal bəy haqqında şəhər əhalisi bir lətifə danışır.  Günlərin bir axşamı Camal Feyzulla müəllim həmkarı ilə çayxanada ədəbi söhbət edir :
- S, türk ədəbiyyatının poeziyası gözəldir.
- Hə, Camal, haqlısan. Cəmal Sürəyya yaxşı şeirlər yazır.
- Hmm, savadlı qadındır.
Bir dəfə də qoca şairlə şəhərdə gəzərkən təsadüfən gənclərin söhbətini eşidir. Gənclər Elif Şafakın “ Aşk ” romanını müzakirə edirlər. Camal Feyzulla həmkarına deyir:
- F, bu türklər də bizim kimi şablon mövzularda yazırlar a.
- Bəli, Camal müəllim elədir.
- Kimdir axı bu Əlif Şafak , erməniləri söyən ?
- Hə də o açkili kişi. Nə qanmaz adamdır e.
Söhbəti çox da uzatmayacam. Qısa danışacam, təxminən 40 dəqiqə. Deməli növbəti həftə ədəbi dərgilərdə, ictimai portallarda, tele- kanallarda “ Camal Feyzulla Nobel alır ” adlı məlumatlar yayıldı. Dünya ədəbi mühitinin bu məsələdən xəbəri yox idi. Bu məsələ yazarımızı bir anda məhşurlaşdırdı . 

Yoxsul gənc yazarlar pul qazanmaq üçün Camal Feyzulla haqqında tənqid yazırdılar, möhtərəm yazarımız da onları pulla şirnikləşdirib tənqid əvəzinə tərif yazdırırdı. Gənclər pul qazanmaq yolunu tapıblar. Bədbəxt Camal Feyzulla hələ də bilmir ki, onun kitablarını heç kim oxumur . Bildirmək istədiyim məsələ ibarətdir ondan ki, Camal Feyzulla təhlükəli yazıçıdır. Onu tənqid etməyin. Tənqidə ehtiyacı yoxdur. Yaradıcılığı insanın özünütəhqir üsuludur. 

Hiç yorum yok:

Yorum Gönder