5 Mayıs 2015 Salı

odlar yurdu - yanıqlar ölkəsi

       
   Etiraf edək ki, cəmiyyətimiz zorlanma və ölüm xəbərlərini hədsiz səbirsizliklə gözləyir. İnsanlar yalnız şou xarakterli məsələlərə diqqət göstərirlər. Azərbaycan jurnalisti hansısa “müğənninin harasısa çöldə qaldı ”  başlıqlı məqalələr yazır. Mən jurnalistləri həm qınayıram həm də yox. Çünki hər kəs qazanmaq , yaşamaq istəyir. Lakin peşəkar jurnalist səviyyəsini qorumalıdır. Cinsi zorakılıq hallarına görə oğul ataları cavabdehdirlər. Atalar öz oğullarına, analar öz qızlarına cinsi bilgiləri aşılamalıdır. Hər bir normal yetkin insanda cinsi həvəslər olur. Bu həvəslər zamanla tələblərə çevrilir. İnsanın cinsəl tələbləri ödənilmədikdə nevrozlaşma prosesi yaşanır. Çünki seks ən gözəl antistressdir. Atalar öz oğullarına cinsəl dünya haqqında bilgilər verməli və seksual tələblərin ödənilməsi üçün maddi vəsait ayırmalıdır. Bu proses baş verərsə zorlanma hadisələri azalacaq. Əksər hallarda azyaşlı qızlar öz yaxın qohumları tərəfindən zorlanırlar. Qızın valideynləri bu hadisədən xəbər tutduqları zaman məsələni gizli saxlamağa çalışaraq övladlarının haqqını tapdalayırlar. Qızlarının əxlaqsız hesab olunacağını zənn edirlər. Amma kim müəyyən edib bu meyarı ki, zorlanmış qız əxlaqsızdır. Azərbaycan cəmiyyəti boşanmış, əri ölmüş qadını əxlaqsız sayır. Dul qadınla icdivac qurmaq istəyən çox az kişi tapılar. Siz yalnız Bakını düşünməyin. Əyalətlərimizdə çox ciddi qüsurlar var. Hələ də qadın ərinn hər ləyaqətsizliyinə dözməlidir ideyası ilə yaşayan ailələr var. 
Fahişələrin öldürülməsini tələb edən , küçə qadınlarına qarşı kinayəli münasibət bəsləyən insanlar fahişələr olmadığı halda zorakılıq hallarının dəfələrlə çoxalacağını düşünürlərmi ? Əksər kişilər fahişə xidmətindən istifadə edirlər. İşini bitirdikdən sonra da əxlaqsız deyirlər. Əgər əxlaqsızdırsa niyə o qadınla öpüşürsən, eyni yatağı paylaşırsan,  eyni şüşədən şərab içirsən ? Deməli sən də əxlaqsızsan. Azərbaycanda fahişəlik fəaliyyəti leqallaşdırılmalıdır. Dövlət bu məsələləri nəzarətə almalıdır. Əks halda xəstəliklərin qarşısını almaq çətinləşəcək. Çünki qürurlu Azərbaycan kişisi prezivativdən istifadə etməyi özünətəhqir sayır.
Azərbaycan xalqı qədər özünü boş yerə öyən ikinci xalq tapmaq çox çətindir. Dövlət aparatlarından deyirlər ki, savadsızlıq ləğv olunur, yoxsulluq 0 – a enir. Ya mən koram, ya da onlar yalan danışırlar. Axı biz bir millət olaraq savadlanmırıq. Ən dəhşətli hal bilirsiz nədir ? Azərbaycan insanı hələ də televiziyaya inanır. Xəbərlərə baxır və gerçək olduğunu düşünür. Hətta mübahisə etməyə də hazır olur. Bu məmləkətə o qədər odlar yurdu deyil ki, hər kəs yanıq oldu. Aşıqlar , Vətənşüvən şairlər, ABŞ konqresindən maddi yardım alan portallar insan beynini yumaqla məşğuldurlar. Biz hələ də xalqı uyduran ziyalı ilə oyadan ziyalı arasında seçim edə bilməmişik. Əslində ziyasız deməli idim. Amma istəmədim xətirlərinə dəyim. Çünki yüzlərlə mənasız kitablar oxuyublar. Azərbaycanda zorlanan qadın cəmiyyətin qınağı , gülüşü, nifrət dolu münasibəti ilə qarşılaşacağından əmin olduğu üçün intihar etmək istəyir. Qədim Misirdə Nil çayının daşmaması üçün ən gözəl qızlar qurban verilirdi. Biz də gicbəsər mentalitetimizi yaşatmaq üçün gənc qızları qurban edirik . Odlar yurdunu yanıqlar ölkəsi olmaqdan xilas edək. Azərbaycan gənci işsiz olduğu üçün fahişə xidmətindən istifadə edə bilmir. Nəticədə zorakı hallar yaşanır. Deməli zorlanma hadisələrinə görə  dövlət də günahkardı. Təhsilimiz bərbad haldadır.
Orta məktəblərdə, ali təhsil ocaqlarında psixoloq yoxdur, tibb otağında heç kim tapılmır. Hətta tibb otağı olmayan universitetlər var. Universietlərimizin rektorlarını iş yerində tapmaq insan qəlbində dünyanın 8- ci möcüzəni yaratmaq qədər sevinc yaradır.  Daha çox yazdıqca daha çox əsəbiləşirəm. Valideynlərdən xahiş edirəm, övladlarınızı qoruyun, cəmiyyətimiz üçün nəcib insan formalaşdırın. Tin uşaqları, qəsəbə debilləri yox .

Nicat Həşimzadə 

Hiç yorum yok:

Yorum Gönder