15 Mayıs 2015 Cuma

Kamyunu öldürənlər

                                                   

  İnsanlar ölür və onlar xoşbəxt deyillər. Bu fikir Kaliqulaya məxsusdur. Bəs Kaliqula kimdir ? Roma imperatoru , həqiqət axtaran müdrik insan ya daxili gərginlik içində boğulan,  Ayı axtardığını söyləyən axmaq ? O yaxın qohumu Druzillanı sevir. Hər kəs onun qızı zorladığını düşünür. Bəs həqiqət nədir ? Kaliqula eyni anda bir neçə qadını sevir, lakin bunu xəyanət zənn etmir. Bəzi anlarda o bütün insanları sevir. Lakin həm də köməkçisi ilə söhbətləşəndə necə qəddar imperator olduğu hiss olunur. Bəlkə də bu, qəddarlıq deyil. Hakimiyyətin tələbidir. Əgər xəzinə varsa insan həyatının heç bir önəmi yoxdur. Bunu Kaliqula deyir, həmçinin onu da deyir ki, insanlar xoşbəxt deyil, onların həyatında çatışmazlıqlar var, hiss edirəm ki, mənim də içimdə adsız varlıqlar oyanır. Mən elə bilirdim ki, ümidsizlik qəlbin xəsislidir. İnsan olmaq necə də çətin və acıdır. Əgər dünyadakı qayda – qanunları dəyişə bilmirəmsə qüdrət mənim nəyimə gərəkdir ? Mən əzablardan gülüş zərrələri yaratmaq istəyirəm . Mən istəyirəm ki, insanlar ölməsin, xoşbəxt olsunlar, hər kəs bərabər olsun. Lakin mənə qurbanlar və müqəssirlər gərəkdir. Bütün bunları Kaliqula sevgilisi Sezoniya ilə  söhbətində danışır.
Patrisilər elə zənn edir ki, Kaliqula onların ləyaqətini alçaldır. Həqiqətən belədir. Qay onların hisslərini heçə sayır, qadınlarını əllərindən alır, yaxın silahdaşının və sevgilisi Sezoniyanın atasını öldürür. Onun hərəkətləri insanlarda ikrah yaradır. Haqlı olaraq ondan qurtulmaq üçün sui – qəsd planı hazırlanır. Ən yaxın silahdaşları və sevgilisi Sezoniya bu planda fəal iştirak edirlər. Lakin Qoca patrisi Kaliqulaya bu sui – qəsd planı haqqında xəbər verir .             Kailula isə qocaya deyir :
 - Sən mənə sadiqliyini göstərmək üçün  öz yoldaşlarını satırsan ? Səncə mən sənin satqın olduğunu düşünməliyəm ?
Kaliqula dözülməz azadlıq arzu edir. O, Ayı axtarır, onu ovcunda saxlamaq istəyir. Təmmənasız sevgiyə ehtiyacı var. Xereneyanın ona nifrət etdiyini bilsə də qarşı tərəfə kinayəli münasibət bəsləmir. Xereneyaya gözəl qəlbə, möhtəşəm duyğulara sahib olduğunu deyir. Əsərin sonunda Kaliqula öz – özünə deyinir :
 -  yox, deyəsən mənə Ay qismət olmayacaq.
Öz mənəvi susuzluğunu yatırmaq üçün sonsuz ülviyyət axtarışına çıxan Kaliqula axtardığını tapa bilmir. Acizliyini dərk edir. Helikon ona sona qədər sadiq qalır. Sonda sui qəsd gerçəkləşir. Helikon və Kaliqulanın ölümü ilə əsər sona çatır .
Kaliqula tarixə doğru gedir və ona qılınc vuranların üzərinə qışqırır :
- Mən hələ yaşayıram . .
Albert Kamyu müəmmalı avtomobil qəzasında həlak olub. Bu ölümün sui – qəsd olduğunu düşünürəm. Əsərin sonuna çatanda düşdündüm  : Bəlkə Kamyunu öldürənlər elə Kaliqulanı öldürənlərdir ? Təbii ki ideyalar baxımından . Kamyu da Kaliqula kimi ziddiyətlər tufanında boğulan insandır. Biri bədii , digəri isə həyati obrazdır.
Xan Rəsuloğlunun tərcümə etdiyi “ Kaliqula ” əsərini mütləq oxuyun .


Nicat Həşimzadə 

Hiç yorum yok:

Yorum Gönder