21 Mayıs 2015 Perşembe

Anasız tərbiyələr

  Analar qızlarına tərbiyə əvəzinə nevroz verirlər . Kitab həvəskarı olan gənc oğlan qızın əlindəki kitabı görüb yaxınlaşır .
  - Xanım, kitaba baxmaq olar ?
  Qız qışqıraraq kobud jestlərlə cavab verir :
 - Xeyir, olmaz.
Oğlan pərt olur, bağışlayın belə sərt cavab gözləmirdim.
- Rədd olun da. Gərək qışqırım. ( sanki bayaqdan asta tonda danışırdı )
Sualım belədir, nə üçün bu ölkədə qızlar nevrozdur, niyə elə düşünürlər ki, bütün oğlanlar onları zorlamaq istəyir. Nədir axı bu qorxunun səbəbi ? Analarla qızlar arasında niyə bu qədər uçurum var ? Hansı səbəblərə görə analar qızlarına tərbiyə verə bilmir? Ümumiyyətlə övlada təlim – tərbiyə dərsi keçmək lazımdırmı ? Qızlar sabahın analarıdır, onlar kitab oxumurlar, gələcək anaların beyinlərini manıslar, mənasız şou proqramlar və türk serialları formalaşdırır. Daha dəqiq desəm formalaşdırmır, əksinə olan – qalan beyinləri də bu kimi vasitələrlə yuyulur. Bəs valideynlərimiz istirahət saatlarını nəyə sərf edirlər, Ömrü boyu qəzet – kitab oxumayan ana övladına  nələr öyrədə bilər . Televiziya və internet əsarətindən xilas ola bilməyən valideyn övladına zaman ayıra bilmir, övladının dərslərinin səviyyəsindən xəbərdar olmur, həyatı ilə maraqlanmır, heç olmasa həftədə 1 dəfə gündəliyinə də baxmır. Daha sonra həmin övlad 150 balla heç sevmədiyi, hansısa təsadüfi bir ixtisasa qəbul olur. Yenə də oxumur, çünki genetik kodların böyük əhəmiyyəti var. Ana dünya mədəniyyətinə, dünya tarixinə qarşı laqeyd münasibət bəsləyirsə, intelektuallığa meyilli deyilsə onun qızı da eyni münasibəti göstərəcək.
  Bilirsiz, bu nəyə oxşayır ? Nəvəsini teatra, kitabxanaya aparmaq əvəzinə tində həmyaşıdları ilə nərd oynayan qocalar gənclikdən narazılıq edirlər ? Mən bu cür qocalara tin ağsaqqalları deyirəm .
  Bütün dünya gəncləri oxuyur, çalışır , intelektuallığa meyil göstərirlər, nigah, sevgi kimi məsələləri unudublar, amma Azərbaycanda qızlar ər axtarır, oğlanlarsa “ fırlatmağa ” qız axtarır. Nəticədə hər iki cins yalnız seks haqqında düşünür.
Bu cür düşüncəylə cəmiyyətimiz məhvə gedir. Nə zamana qədər beynimizi yuyacaqlar. 2014 cu ildə ən çox yadda qalan söhbətlər :
 - Tələsmə Zaur, qurban olum , tələsmə.
- Əəə, komandir vur.
-  bax, doyunca bax. Həsret qaleceysen.
Və gələk 2015- ə.
- Həcilik başqa söhbətdi Yavər .
Bütün bunlar xalqımızın intelektual səviyyəsizliyindən xəbər verir . . .


Nicat Həşimzadə    

Hiç yorum yok:

Yorum Gönder