9 Mayıs 2015 Cumartesi

Cənnətin İblisi – Henri Miller

O , təsadüfi yazar deyildi. Düşündüyü hər şeyi cəsarətlə ifadə edir. Fəsləfə, mistizm , erotizmi birləşdirərək özünə məxsus qeyri – adi üslub yaratmışdır. Katolik ailəsində dünyaya gələn Henri Miller uğursuz tale yaşayıb . “ Cənnətdə bir iblis ” romanında bir çox fəlsəfi cərəyanların ideyalarını görmək olar. Ziddiyətlərlə zəngin olan bu romandan hər kəs fərqli mesajlar ala bilər. Morikan obrazı təzadlı həyat tərzi ilə insanı təəccübləndirir. Bədbəxtliyini insanlara həddindən artıq inanması ilə əlaqələndirən Morikan öz müsibətlərinə görə heç vaxt başqalarını günahkar hesab etmir. Onunla söhbət etmək çətindir. Söhbət şiddətli münaqişəyə çevrilir, sanki bir axmaq fanatiklə danışırsan. Lakin səliqəli insandır, Ümidsiz yoxsulluq, gərgin səfalət anında olduğu zamanda belə səliqəli görünməyə çalışır. Kübarlıq onun daxili tələbatıdır. Dünya ilə bütün əlaqələri kəsilsə də xarici görünüşünü qoruyur. Əsərdə Balzakın “ Serafita ” əsəri haqqında müəllifin fikirləri var. Obraz həmin əsəri öz müdafiəçisi hesab edir. Mirikana kömək etmək istəyən insan bəzən bezir, hər şeyi atıb uzaqlaşmaq istəyir, bəzən öz- özünə danışır. 
Morikan, mənə lazımdırmı ? Axı ona borcum yoxdur. Həyatı boyunca etdiyi mücadilələri və verdiyi qurbanları qabartmaq arzusunda olmayan qəhrəman Morikandan bezir, lakin imtina da edə bilmir. Henrix Miller yazır ki, nəticə etibarı ilə yalnız bir dil var – həqiqətin dili. 
Morikan dostunun anarxist olduğunu düşünür, onun dəstəyindən , həmçinin həkim yardımından imtina edir. Bəzən Morikan olduqca səhih nəticələr çıxarır. Henrix Miller bu romanında bir nəzər nöqtəsinə kölə olub qalmağa etiraz edir. Bütün nəticələr həm doğrudur, həm də yanlış. Kainat haqqında nə qədər danışsaq da o formasını dəyişdirməyəcək. İstisnalar yoxdur, hər kəsin şəxsi kədəri və əzabları var, həyat əbədi mübarizədir, mübarizə isə qəm- qüssə və iztirab gətirir. İztirablar bizə güc və xarakter verir. Bəzən insan öncədən məğlub olacağını bilsə də yarışa hazırlaşır. Bu , iztirabların yaratdığı güclü xarakterdi. 
Bəzən Henrix Milleri Bukovski ilə eyniləşdirirlər. Miller mübahisə yaradacaq yazarlardan sayılır. 1960 – ci illərə qədər əsərlərinin nəşri qadağan olunub. Miller öz üslubunu yaratmış yazıçıdır. “ Cənnətdə bir iblis ” romanı vulqar ifadələrlə zəngindir. Lakin müəllif həmin məqamlarda başqa nəzakətli ifadələr işlətsəydi əsər bəlkə də səmimiyyətini itirərdi. Haqqında danışdığım əsərdə fəlsəfi fikirlərlərə , aforizm ola biləcək düşüncələrə tez – tez rast gəlinir Dünyanın yaranışı və mövcudluğunu davam etdirməsi üçün bütün növlərə, hətta zərərverici qüvvələrə belə ehtiyac var. Lakin baxışlar, zövqlər haqqında eyni şeyi söyləmək olmaz. Bütün fikirləri, baxışları, bütün rəsm əsərlərini bir yerə topla, yenə də bir bütünlük əldə edə bilməzsən. Bütün fikirlərin cəmi həqiqət yarada bilməz. Ağıl intelekt deyil, intelekt egonun məhsuludur. Həqiqəti bilən zaman insan məğlub olur. Daha çox dərinə endikcə insan daha çox batır. 
Müəllif romanda şizofrenik durumlara münasibətini bildirib. Şifozreniya hər zaman , bəşər övladı yaranandan bu günədək var və olacaq. İnsan parçalananda minlərlə xırda fraqmentlər yaranır. Lakin onlar hər an birləşə bilərlər. Adəmlə bugünkü insanın fərqi odur ki, biri cənnətdə doğulub, digəri isə cənnəti özü yaratmalıdır. 
Morikon həyatının son anlarında siçovul kimi yalqız, dilənçi kimi çılpaq idi. Roman bu cümlə ilə bitir. Çox təsirlidir. 
Siz bu kitabda həmçinin Henri Millerin “ Paris Review ” dərgisinə verdiyi müsahibəni oxuya bilərsiz. Yazıçı hesab edir ki, yazı prosesi zamanı mütləq narahat şəraitdə olmaq lazımdır. Əks halda uğurlu əsər yaratmaq olmaz. Həmçinin yazıçı digər əsərləri ilə bağlı verilən sualları cavablandırır . Bir kitabın yazılmasına sərf edilən zaman fərqli ola bilər. Müəllif anarxizmi sevsə də dadaizmi daha çox sevdiyini bildirir. Çünki dadaizm hər şeyi kökündən yıxıb yenidən qura bilər. Müəllif bildirir ki, sevimli yazıçısı Dostoyevskidir. Dostoyevski hər zaman bədbəxt olub. Əminəm ki, o bunu romanlağı uğurlu olsun deyə planlı şəkildə etmirdi. Əzablar, işgəncələr Dostoyevskinin həyat tərzi idi. Henri Miller bildirir ki, çox düşünür, lakin bəzən çox da dərinə enməyi sevir. Dərinliklərə enmək insanın itməsinə səbəb ola bilər. Caz musiqi janrına sevgisindən bəhs edən müəllif bəzən eyni anda bir neçə əsər yazmasından , əsərlərinin yazılma hallarından danışır. 
Kitab Alatoran Yayın Evi tərəfindən dilimizə tərcümə olunub və nəşr edilib. Ümumiyyətlə bu roman müəllifin ölkəmizdə nəşr edilən ilk kitabıdır. Bu kitabı mütləq oxuyun. Henri Millerin digər kitablarını da tezliklə oxuyacam. Cənnətdə bir iblis əsərini oxuyarkən anladım ki, Henri Miller Cənnətdəki iblisin özüdür. İnsanı sanki bütöv materiya üzərində gəzdirir və beynini istədiyi şəkildə yönləndirir. 

Hiç yorum yok:

Yorum Gönder