5 Mayıs 2015 Salı

Aytaca əxlaqsız deyənlər

Aytaca əxlaqsız deyənlər
Öz doğma kəndinin qadınlarını erməni dığalarının altında qoyub qaçan şərəfsizlər Aytac Babayevanı əxlaqsız adlandırır. Tüpürüm üzünüzə. Ay eşşək, sənin millətinin qadını düşmən yatağının bəzəyidir, sənin xalqının qadını rus bazarında hansısa alkaş kişinin ayaq basdığı torpağı təmizləyir. Sənin millətinin qadını günü bü gün də ermənilər tərəfindən fransız və ingilis kişilərinə satılır. bəs hanı sənin əxlaqın, şərəfin, ləyaqətin ? Adam olun, adam. Aytacın tüpürcəyindəki su qədər də deyilsiz . . . Ləyaqətinizi sevim .Facebook da  bu cümlələri qətlə yetirilən Aytacı əxlaqsız hesab edənlər üçün yazdım. Əsəblərimi qarışdırdılar. Mən də ürəyimi boşaltdım. Son hadisələr bir daha sübut etdi ki, Azərbaycan toplumu ölüm hadisələrinə, zorlanma xəbərlərinə qarşı çox həssasdır. İnsanlar daha çox bu sualı verir :
  - 17 yaşlı qız niyə sevirdi ki, başına belə iş gəlir ? Qızlar 12 yaşdan sonra sevə bilər. Hətta 8 yaşlı qızda da müəyyən mənada məhəbbət duyğusu olur. Bunu mən demirəm, şəxsi fikrim deyil.  Elm sübut edib. Bu fikri söyləyən qadınlar özləri qoşulub qaçan, evdən didərgin düşənlərdi. Yıxılan insanı günühkar zənn etmək cəmiyyətimizin həmişəki adətidir. Əgər bir məmurun, bir  milyonerin övladı öldürülsəydi, hər kəs deyəcəkdi ki, rəhmətlik əxlaqlı qız idi. Heyif, erkən yaşda öldü. Çıxarın maskalarınızı, özünüz olmağa çalışın. Hətta əgər bir insan əxlaqsızdırsa onun əxlaqsız olmasına görə bütün cəmiyyət məsuliyyət daşıyır. Azərbaycan ziyalısı partiya binalarında nökərçilik edirsə onun düşüncələri topluma təsir etməyəcək. Satılan ziyalılar sivil təfəkkür formalaşmasına imkan vermirlər.
Nəticə budur, bir insan öldü. Bir daha deyirəm insan. Kainatın ən ali varlığı. Öz millətinin qadının xadiməliyə, fahişəliyə məcbur edən kişilər deyir ki, 17 yaşlı qızın sevməsi, sevdiyi oğlanla görüşməsi milli mentalitetə ziddir. Tüpürüm mentalitetə. Bu sözü kim icab edib bilmirəm, amma rastlaşsam ona iki güllü söz deyəcəm .
Əgər tələbə qızlar universitetlərə dəftər, kitab əvəzinə kosmetik vasitələr aparacaqsa, özlərini dərsdə deyil, koridorda göstərəcəksə, oğlanlar 20 vərəq dəftəri it ağzına salıb çıxarandan sonra şalvarının arxa cibinə qoyaraq fit çala- çala dərsə gəlib müəllimi sındırım ideyası ilə yaşayacaqsa İzzətlər, Aytaclar, Lamiyələr, Nərgizlər günü- gündən çoxalacaq. İzzət yeniyetmə qızı öldürsə də gəncdir. Onu dar ağacından asmaq axmaqlıqdır, həbs olunması daha rəzil şeylər öyrənməyinə səbəb olacaq. Təələbə yoldaşlarımdan birinin dediyinə inansam İzzətin el dili ilə desəm dəlilik kağızı var. Azərbaycan yeganə ölkədir ki, ata oğluna sevinə - sevinə dəlilik kağızı alır. Bu məlumat dəqiq deyil. Həm İzzətin , həm Aytacın yaxınlarına sarsılmaz dözüm arzu edirəm. Valideynlər övladları ilə səmimi olmalıdırlar . Qızlar dərsdən qaçıb sevgililəri ilə görüşürlər. Buna məcburdurlar. Çünki atasına və ya anasına öz sevgisi haqqında danışsa tərbiyəsiz hesab olunacaq. Bir həqiqət var. Nə qədər – malıdır, - məlidir desək də unutmayaq ki, hüquq normaları, mental dəyərlər olsa da  təbiətin öz qanunları var . Bir cəmiyyət olaraq gənclərimizi qoruya bilmirik. Yaşlı nəslin gicbəsər tənqidləri isə gənclərdə depressiya yaradır.  


Nicat Həşimzadə 

Hiç yorum yok:

Yorum Gönder